Browsing category

MDU

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının iclası keçirilib

29 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil olunan iclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı tarixi qələbə münasibətilə Şura üzvlərini təbrik edib, ölkəmizin […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

29 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. İclasın gündəliyinə uyğun olaraq, MDU-nun tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalovun “2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”, dekan Nüşabə […]

Mingəçevir Dövlət Universitetində “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri” mövzusunda nəzəri-praktiki seminar keçirilib

28 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri” mövzusunda nəzəri-praktiki seminar keçirilib. Seminar MDU-nun “İqtisadiyyat” kafedrasının təşəbbüsü ilə təşkil olunub. “Microsoft TEAMS” platforması üzərindən online formada keçirilən seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun […]

Mingəçevir Dövlət Universitetinin rektoru “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən birinci kurs tələbələri ilə görüşüb

28 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov  Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən universitetin birinci kurs tələbələri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil edilən görüşdə rektor müəllimlik ixtisaslarına yüksək balla qəbul olaraq “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmələri münasibətilə tələbələri ürəkdən təbrik edib, şərəfli müəllimlik peşəsinə yiyələnmək […]

Mingəçevir Dövlət Universitetində “Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi çərçivəsində təlimlərə start verilib

26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən maliyyələşdirilən “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi çərçivəsində “Karyera məsləhətçiliyi” təlimlərinə start verilib. Təlimlərdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak edir. Gələcəkdə Karyera Mərkəzinin fəaliyyətinə dəstək göstərək heyət üzvlərinin potensialının inkişaf etdirilməsi, […]

Mingəçevir Dövlət Universitetində dəyirmi masa keçirilib

26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “İcbari tibbi sığorta” və “Daşınmaz əmlakın icbari sığortası” mövzularında dəyirmi masa keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən dəyirmi masanı giriş sözü ilə açan  MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ilk növbədə, konfrans iştirakçılarına rektor Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın […]

İki universitet birlikdə ADNSU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirib

Dekabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan birgə tədbir keçirilib. Tədbirdə hər iki universitetin rektorları, professor-müəllim heyəti, o cümlədən hər iki universitetin Elmi Şurasının üzləri və tələbələr iştirak ediblər. Online formatda təşkil olunan tədbiri açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ilk növbədə, […]

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı “Vətən Müharibəsi Qəhrəmanı” olub

2020-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı 44 günlük Zəfər Yürüşünün iştirakçısı, “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinov olub. Əvvəlcə, MDU-nun əsas tədris korpusunda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün və universitetin şəhid məzunlarının xatirə guşəsinin qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin və Vətən […]

Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin X elmi-praktik konfransı keçirilib

2020-ci ilin 22 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) X elmi-praktik konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan rektor Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə tələbələri təbrik edib, ölkəmizin […]

Mingəçevir Dövlət Universitetinin gənc müəllimi Türkiyənin Qazi Universitetində doktorantura təhsili alacaq

Mingəçevir Dövlət Universitetinin (MDU) “Riyaziyyat” kafedrasının gənc müəllimi Nailə Allahyarova Türkiyə Respublikasının 2020/2021-ci tədris ili üzrə elan edilmiş “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə uğurla iştirak edərək Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantura ali təhsil səviyyəsinə qəbul olub. MDU əməkdaşının milli təhsilimiz üçün prioritet […]