Browsing category

MDU

Mingəçevir Dövlət Universitetinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb

14 yanvar 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə  iştirak etmiş “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov ilə görüşüb. Görüşdə rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən tarixi Zəfər münasibətilə M.İsmayılovu təbrik edib, torpaqlarımızın işğaldan […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

2021-ci ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə rektor, ilk növbədə, cari tədris ilinin payız semestrinin uğurla başa çatması münasibətilə […]

Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

2021-ci ilin 10 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyəti ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor, xüsusi karantin rejimi dövründə tədris prosesinin məsafədən təşkilində göstərdikləri fəallığa görə universitetin professor-müəllim və inizbati-texniki heyət üzvlərinə təşəkkürünü bildirib. Elektron resursların, xüsusilə də […]

Mingəçevir Dövlət Universiteti: yeni çağırışlar və nailiyyətlər

Azərbaycan müəllimi (08.01.2021) PDF versiya Ali təhsil sahəsində yeni reallıqlar və uğurlu dövlət siyasəti Müasir dövrdə dördüncü sənaye inqilabının çağırışlarına və əmək bazarının dinamik dəyişən tələblərinə cavab verən yüksək ixtisaslı, rəqabətqabiliyyətli kadrların hazırlanması, “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın və cəmiyyət həyatına səmərəli inteqrasiyanın təmin olunması ali təhsil müəssisələrinin başlıca strateji məqsədlərindən hesab edilir. Qlobal pandemiya şəraitində dünyada […]

Mingəçevir Dövlət Universitetinin rektor Şahin Bayramovun tələbə və magistrantlara müraciəti!

Mingəçevir Dövlət Universitetinin hörmətli tələbə və magistrantları! Əziz dostlar! Sabahdan etibarən Mingəçevir Dövlət Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilir. Hər birinizə imtahanlarda uğurlar diləyir, yüksək nəticələr göstərməklə müəllimlərinizi və valideynlərinizi sevindirməyi arzulayıram. Mövcud reallıqlar nəzərə alınmaqla semestr ərzində “Microsoft Teams” platforması üzərindən məsafədən təşkil olunan dərslərdə fəal iştirak etməyiniz imtahanlarda müvəffəq […]

Mingəçevir Dövlət Universitetində online imtahan sessiyası ilə əlaqədar təlimlər keçirilib

2021-ci ilin 9 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Microsoft Teams” proqramından istifadə qaydaları ilə bağlı növbəti təlimlər keçirilib. Online formatda keçirilən təlimlərin əsas məqsədi 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası öncəsi universitet əməkdaşları, magistrantlar və tələbələrin “Microsoft Teams” proqramından istifadə bacarıqlarını inkişaf etdirmək və onların imtahan prosesində fəal iştirakını təmin etmək olub. Ümumilikdə […]

Mingəçevir Dövlət Universiteti payız imtahan sessiyasına tam hazırdır

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş 14 dekabr […]

Mingəçevir Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

30 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən tədbirdə MDU-nun tələbə gəncləri yola saldığımız 2020-ci təqvim ili ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən əlamətdar hadisələrdən danışıblar, Müzəffər Ali Baş Komandanımızın və […]

Mingəçevir Dövlət Universitetinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşüb

30 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə  iştirak etmiş “Riyaziyyat” kafedrasının müəllimi Rövşən Babayev, “Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov və texniki işçi Asim Misirzadə ilə görüşüb. Görüşdə rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşı şəhid ailəsi üzvlərinə sosial dəstək tədbirlərində fəal iştirak edib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir. Bu tədbirlər çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) “Pedaqogika və psixologia” kafedrasının əməkdaşı Nərgiz Həsənova bir ay müddətində 25-dən artıq şəhid ailə üzvlərinə və onların yaxınlarına […]