Browsing category

MDU

La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb

2018-ci ildə İtaliyanın La Sapienza Roma Universitetinin “İnkişaf və Beynəlxalq Əməkdaşlıq Elmləri” magistr proqramı üzrə məzunu olan Sənan Mehdi Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq əməkdaşlıq ofisində fəaliyyətə başlayıb. İtaliya hökumətinin təqaüdü ilə təhsil almaq imkanını reallaşdıran S.Mehdi buna qədər Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat səviyyəsində təhsilini başa vurub. O, “Müqayisəli Sosial […]

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “XX əsrin faciəsi: Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı açan MDU-nun rektoru Şahin Bayramov Xocalı soyqırımını XX əsrin ən qəddar genosid aktlarından və insanlığa qarşı törədilmiş ən qanlı tarixi cinayətlərdən biri […]

Mingəçevir Dövlət Universitetində Fransada təhsil imkanlarına dair vebinar keçirilib

23 fevral 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Campus France” təşkilatının Azərbaycan ofisi tərəfindən “Fransada təhsil” adlı vebinar keçirilib. “Skype” platforması üzərindən onlayn formatda keçirilən vebinarda MDU-nun tələbə və magistrantları iştirak edib. Vebinar zamanı Fransada təqaüd imkanlarından faydalanaraq təhsil almaq, düzgün motivasiya və tövsiyə məktubu hazırlamaq, təhsil müddətində yaşayış xərcləri, ixtisas seçimində diqqət edilməsi […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2021-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb. İclasın gündəliyinə uyğun olaraq, “2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında” hesabat dinlənilib. Tədris şöbəsinin müdir müavini Ü.Zeynalov tərəfindən təqdim olunan hesabatda […]

Mingəçevir Dövlət Universitetində “Gələcəyin marketoloqları” adlı təlim keçirilib

2021-ci ilin 20 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “Marketinq” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri Cavid Qəhramanov və Miryusif Məmmədli birinci, ikinci və üçüncü kurs tələbələrinə “Gələcəyin marketoloqları” adlı təlim keçiblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən təlimdə çıxış edən MDU-nun İqisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşı “ASAN xidmət” mərkəzində seminar keçirib

2021-ci ilin 19 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Pedaqogika və psixologiya” kafedrasının əməkdaşı Nərgiz Həsənova “ASAN xidmət” mərkəzində könüllülərə “Eqo və özgüvən” mövzusunda psixoloji seminar keçirib. Seminarda N.Həsənova eqo və özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri haqqında danışıb və mövzu ilə bağlı müxtəlif […]

Vətən müharibəsində iştirakımdan qürur duyuram

“Azərbaycan müəllimi” qəzetində Vətən müharibəsi iştirakçısı olan Mingəçevir Dövlət Universiteti əməkdaşının məqaləsi dərc olunub Vətən müharibəsində iştirakımdan qürur duyuram Azərbaycan müəllimi qəzeti, 19.02.2021 Qəzetin PDF versiyası Dünyaya səs salan Müzəffər Azərbaycan Ordusunun gücü Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki […]

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Ceyhun Məmmədov olub

2021-ci ilin 18 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olub. “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ali təhsil müəssisələrinin rolu” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, dəvəti […]

Torpaqlarımıza göz dikənlərin başında dəmir yumruq olacaq

Bu ilki gənclər gününü əvvəlki illərdən fərqli hisslərlə kecirdik. Çünki bu il bu günü qalib bir dövlətin, öz əbədi-əzəli torpaqlarını azad etmiş bir millətin, ərazi bütövlüyünü təmin eymiş bir dövlətin qürurlu gəncləri və vətəndaşları olaraq qeyd etdik.Məlum olduğu kimi 2020- ci il 27 sentyabrdan 10 noyabra qədər 44 günlük Vətən müharibəsi dediyimiz II Qarabağ müharibəsi […]

İkinci Qarabağ Müharibəsi müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvoludur

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba, tarixi torpaqlarından (Zəngəzur, Göyçə, İrəvan mahalı) didərgin salındı. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə […]