Browsing category

MDU

Mingəçevir Dövlət Universitetinin rektoru Ankara Hacı Bayram Veli Universitetini ziyarət edib

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində yerləşən Hacı Bayram Veli (AHBV) Universitetinin rektoru Yusuf Tekin ilə görüşüb. MDU-nun nümayəndə heyətini səmimi salamlayan Y.Tekin, ilk növbədə, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfər münasibətilə qonaqları təbrik edib. AHBV Universitetinin 2018-ci ildə Türkiyənin köklü […]

Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə əməkdaşlıq edəcək

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldız ilə görüşüb. MDU-nun nümayəndə heyətini Qazi Universitetində salamlamaqdan məmnun olduğunu vurğulayan M.Yılmaz qardaş Azərbaycana olan sonsuz sevgisini bildirib və qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına hazır olduğunu diqqətə çatdırıb. M.Yılmaz əsası 1926-cı […]

Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyənin Özyeğin Universitetində olub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Özyeğin Universitetini (ÖZÜ) ziyarət edib. 2007-ci ildə yaradılan və 2011-ci ildən müasir standartlara cavab verən kampusda fəaliyyət göstərən ÖZÜ Türkiyənin yeni dövr universitetlərindən biri hesab olunur. ÖZÜ-nün rəhbər heyəti ilə görüşən Ş.Bayramov yaşıl kampusda yerləşən tədris binaları, tələbə ofisləri, biznesin inkişafı və […]

Mingəçevir Dövlət Universitetində “Elm Günü”nə həsr olunmuş seminar keçirilib

12 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənc tədqiqatçıların iştirakı ilə “Elm Gününə” həsr edilmiş elmi-nəzəri seminar keçirilib. Seminarda universitetin professor-müəllim və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarda MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin prorektor əvəzi Veysəl Əyyubov “Elm […]

Mingəçevir Dövlət Universiteti ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 12 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Yıldız Teknik Universitetinin (YTU) rektoru Tamer Yılmazla görüşüb. Nümayəndə heyətini səmimi salamlayan T.Yılmaz dost Azərbaycanı təmsil edən MDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə bütün zəruri dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. 110 illik inkişaf […]

Mingəçevir Dövlət Universitetinin rektoru Azərbaycanın İstanbuldakı Baş konsulu ilə görüşüb

2021-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulu Nərminə Mustafayeva ilə görüşüb. Görüşdə yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun İstanbul şəhərində yerləşən müvafiq ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsindən və böyük potensialından faydalanması imkanları müzakirə olunub. MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi, elmi fəaliyyətin […]

Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin Xl elmi konfransı keçirilib

2021-ci ilin 10 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin “Nizami Gəncəvi İli” və “Elm Günü”nə həsr edilmiş XI elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi […]

Fransanın Azərbaycandakı səfiri Mingəçevir Dövlət Universitetində olub

2021-ci ilin 9 mart tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub. Səfirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən MDU-nun rektoru Şahin Bayramov universitetin tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi […]

Mingəçevir Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

2021-ci ilin 6 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirin qonağı 44 günlük Vətən Müharibəsində şəhid olmuş MDU-nun məzunu Əzəmi Hüseynovun anası Sayad Hüseynova olub. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbiri açan MDU-nun rektoru […]

Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb

2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirib. “Microsoft TEAMS” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə,  MDU-nun Tələbə Gənclər Təşkilatının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsi münasibətilə tələbə […]