Browsing category

MDU

Təşkilat komissiyasının növbəti iclası keçirilmişdir

Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan Təşkilat komissiyasının növbəti iclası keçirilmişdir. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri ilə yanaşı, Təşkilat komissiyasının üzvləri olan əmək bazarının nümayəndələri də iştirak edirdi. Universitetin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov komissiyanın işinə uğurlar […]

Mingəçevir Dövlət Universitetində Elm və innovasiyalar şöbəsi və Biznes və menecment kafedrasının təşkilatçılığı ilə Elsevier bazalarından istifadə üzrə praktiki təlim keçirilib

2024-cü ilin 20 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) elmi fəaliyyətin inkişafına və tədqiqat resurslarına çıxış imkanlarının artırılmasına dəstək məqsədilə “Elsevier bazalarından istifadə üzrə praktiki iş mövzusunda təlimi təşkil edilib. Təlimdə MDU-nun akademik və inzibati heyəti iştirak edib. Təlimin əsas məqsədi akademik heyət və tədqiqatçıları dünyanın nüfuzlu elmi platformalarından biri olan Elsevier bazalarının funksionallıqları, məqalə […]

Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirililib

Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun akademik, inzibati heyəti, tələbələr və əmək bazarının müxtəlif sahələrindən mütəxəssislər iştirak edib. Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin müdiri Mirsahib Eminov, Əmək bazarının təhlili departamentinin Əmək bazarının təhlili […]

Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində görüşü keçirilib

2024-cü ilin 16 dekabr ayında Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Technest” Təqaüd Proqramı çərçivəsində Gənclərin “Tech buddy” ilə görüşü keçirilib. Fəal üzvlərin (Active memberlər) axtarışı və icmanın gücləndirilməsi məqsədilə keçirilən görüş MDU-nun Akt zalında baş tutub. Tədbirdə MDU-nun akademik inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. MDU-nun rektor vəzifəsini […]

Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi bir qrup akademik inzibati heyət üzvləri ilə birgə “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər

2024-cü ilin 13 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Türkiyənin Düzce Universitetinin rəhbərliyi və bir qrup akademik inzibati heyəti “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) səfər ediblər. Bu səfərin məqsədi, hər iki universitetin əməkdaşları arasında əməkdaşlığı gücləndirmək, enerjinin istehsalı və idarə olunması sahəsində bilik və təcrübə mübadiləsini həyata keçirmək olub. İstilik elektrik stansiyasına ziyarət edərək, […]

Bakı Avrasiya Universiteti ilk dəfə “UI GreenMetric 2024” dünya universitetləri reytinqində yer alıb

Bakı Avrasiya Universiteti (BAAU) ilk dəfə olaraq “UI GreenMetric 2024” dünya universitetləri reytinqinə daxil olmaqla dayanıqlı inkişaf sahəsində mühüm uğura imza atıb. 95 ölkənin ali təhsil müəssisələrinin iştirak etdiyi reytinq siyahısında BAAU “dayanıqlılıq” istiqamətində göstərdiyi fəaliyyətləri ilə beynəlxalq reytinqdə təmsil olunub. Reytinqin əsas meyarları arasında elm və təhsil fəaliyyətləri, istehlak və enerjiyə qənaət göstəriciləri, su […]

Mingəçevir Dövlət Universiteti “UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində yer alıb

“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqinə ilk dəfə müraciət edən MDU 928-ci yerdə qərar tutmuşdur. Cari ildə, Mingəçevir Dövlət Universiteti də daxil olmaqla, Azərbaycanın 8 ali təhsil müəssisəsi “UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində yer almışdır. Ümumilikdə Azərbaycanın 6 ali təhsil müəssisəsi bu reytinqdə TOP 1000 -də yer alır. Qeyd edək ki, “dayanıqlı” istiqamət üzrə […]

MDU rektoru Üzeyir Zeynalov ilə Düzce Universiteti rektoru Nedim Sözbir tərəfindən iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalandı

Konfransın açılım mərasimi yekunlaşdıqdan sonra, plenar iclasa keçilmədən əvvəl, MDU rektoru Üzeyir Zeynalov ilə Düzce Universiteti rektoru Nedim Sözbir tərəfindən iki ali təhsil müəssisəsinin elmi-pedaqoji sahədə, ikili diplom proqramını da əhatə edən qarşılıqlı əməkdaşləğa dair Anlaşma Memorandumu imzalandı. Memorandum çərçivəsində tərəflər müştərək elmi-pedaqoji tədbirlərin (konfrans, seminar, dəyirmi masa, ustad dərslər) təşkili, professor-müəllim heyətinin müddətli mübadiləsi, […]

Mingəçevir Dövlət Universitetində keçirilən II Beynəlxalq elmi konfrans öz işini plenar iclasla davam edir

Dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilir.  Konfrans öz işini plenar iclasla davam etdirir. Plenar iclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov “Ali pedaqoji təhsildə səriştə əsaslı kadr hazırlığı üzrə işin təşkili”, Qazi […]

Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II Beynəlxalq elmi konfrans (ISCERA 2024) öz işinə başlayıb

2024-cü il dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Qazi Universiteti (Türkiyə), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Düzce Universiteti (Türkiyə), Kayseri Universiteti […]