Türkiyəli professorlar Mingəçevir Dövlət Universitetinin kollektivinə təqdim edilib
2021-ci ilin 12 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni fəaliyyətə başlayan Türkiyənin Qazi Universitetinin professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz kollektivə təqdim olunub. Təqdimatda MDU-nun rektoru Şahin Bayramov və inzibati heyət üzvləri iştirak ediblər. Görüş iştirakçılarını salamlayan rektor Ş.Bayramov qardaş Türkiyənin aparıcı tərəfdaş ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin professorlarını MDU-nun kollektiv […]