Browsing category

MDU

Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzi tərəfindən imtahan prosesində tələbələrə psixoloji dəstək davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzi 2024/2025-ci tədris ilinin payız semestirinin imtahan sessiyasında tələbələrə imtahanqabağı stress, motivasiya və imtahan prosesinə adaptasiya ilə bağlı məsələlərə psixoloji dəstək göstərilməsinə davam edir. Məqsəd tələbələrin imtahan prosesində sərbəst şəkildə bilik və bacarıqlarını nümayiş etdirməklərinə, imtahanqabağı stresslə mübarizədə dəstək olmaqdır.

Valideynlər 2024/2025-ci tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində imtahanları müşahidə ediblər

Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib. Valideynlər universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə auditoriyalarda imtahanları izləyiblər, imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumatlandırılıblar. Müşahidələrdən sonra, imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnunluqlarını ifadə edən […]

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

2024-cü il dekabrın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) genişləndirilmiş iclası keçirilib. İclasda akademik və inzibati heyət üzvləri iştirak edirdilər  Görüş Ümummilli lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçən şəhidlərin və 25 dekabr Aktau faciəsində həyatını itirən həmyerlilərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir […]

MDU kollektivi qanvermə aksiyasında iştirak edib

2024-ci ilin 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin bir qrup kollektiv üzvü, tələbə və magistrantları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilən qanvermə aksiyasında iştirak edib. Qeyd edək ki, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək göstərmək məqsədilə keçirilən bu cür […]

Mingəçevir Dövlət Universitetində Monitorinq Qrupunun növbəti görüşü keçirilib

2024-cü il 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetində rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor cənab Üzeyir Zeynalovun 06.12.2024-cü il tarixli , 01-02/518 nömrəli əmri ilə  tədrisin keyfiyyətinin mövcud vəziyyətinin öyrənilməsi və akkreditasiyaya hazırlıq məqsədilə yeni tərkibdə təsdiq olunmuş Monitorinq Qrupunun növbəti görüşü keçirilib. Görüşdə Monitorinq Qrupunun sədri Namaz Manafov və qrupun digər üzvləri iştirak edib. […]

Mingəçevir Dövlət Universitetində “Beş Məktub” kitabının təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Əfqan Dönməz və Rəvanə Nəsibovanın həmmüəllif olduqları “Beş Məktub” kitabının təqdimat mərasimi keçirilib. Tədbir universitetin Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın giriş sözü ilə açılıb. Təqdimat zamanı kitab müəllifləri Əfqan Dönməz və Rəvanə Nəsibova öz təəssüratlarını bölüşüblər. Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova isə əsərin […]

Bakı Avrasiya Universitetində təyyarə qəzasında dünyasını dəyişən tələbəmiz Mahmud Tutunçiyevin xatirəsi anılıb

Bakı Avrasiya Universitetinin (BAAU) Marketinq ixtisasının III kurs tələbəsi Mahmud Tutunçiyev 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirib. Universitetin girişində M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün xatirə guşəsi yaradılıb. BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin […]

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası(AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası(AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib. 2024-cü il 19 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib. Bu tədbir, […]

Mingəçevir Dövlət Universiteti (MDU) “Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forum”nda iştirak edib

Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə (ADAU) “Region Universitetlərinin Ik İnnovasiya və Sahibkarlıq Forumu” keçirilib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzüb. Sonra tələbələrin hazırladıqları startaplar qonaqlara nümayiş olunub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla […]

“Strateji kommunikasiya” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin Tələbələrlə İş və tədbirlərin təşkil şöbəsinin mütəxəssisi Könül Məmmədova və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair “Strateji kommunikasiya” mövzusunda keçirilən təlimdə iştirak ediblər. […]