Browsing category

Maraqlı

WhatsApp-da silinən mesajları oxumaq mümkündür!

Günümüzdə ən çox istifadə olunan WhatsApp Messenger mobil tətbiqində yeni bir boşluq aşkarlanıb. Belə ki, bu məhşur mesajlaşma tətbiqində silinən mesajları oxumağın bir yolu varmış. Sizinlə danışan şəxs sizə yolladığı mesajı silsə belə siz onu oxuya bilərsiniz. Bunun üçün WhatsApp mobil tətbiqini telefondan silib yenidən yükləmək kifayətdir. WhatsApp yenidən yüklənib tamamlandıqdan sonra mesaj tarixiniz saxlandığına […]

Azərbacanda ən unutqan insanlar harada yaşayırlar?

“Maxim” xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Mariya Puxovanın qəzetimizin müxbirinə verdiyi məlumata görə, Azərbaycanda 2019-cu ilin əvvəlindən “Maxim” xidmətinin sərnişinləri taksidə 958 əşya unudublar: “Bu o deməkdir ki, hər gün ölkə daxilində təxminən 5 insan öz əşyalarını avtomobildə yaddan çıxarır. Bununla belə, bəzi şəhərlərdə il ərzində stabil olaraq çoxlu sayda müraciət müşahidə olunur. Aparılan araşdırma […]

Hər bir qadın mütləq bu müayinələrdən keçməlidir

Skrininq testləri sağlam insanlarda simptomsuz şəkildə inkişaf edən xəstəliklərin diaqnostikasına yönəlib. Skrininq müayinələrin hansı yaşda, hansı tezliklə, hansı müddət ərzində aparılması ekspertlər arasında tez-tez mübahisə predmenti olur. ABŞ-ın Profilaktik Tibbi Xidmətlər üzrə İşçi Qrupu müstəqil ekspert qrupu ilə birlikdə yaşdan asılı olaraq dəyişən skrininq üstünlükləri və risklərini müəyyən edib. Bunun əsasında qurum

Alimlərdən bəd xəbər – Xərçəngdən tam sağalmaq mümkün deyil

Əksər hallarda insan orqanizmində bütün xərçəngli hüceyrələri məhv etmək mümkün olmur. Xərçənglə mübarizədə daha effektiv metod metastazların inkişafını əngəlləməkdir. “Lock-‘n’-block” adlandırılan yeni yanaşma artıq heyvanlar üzərində uğurlu şəkildə sınaqdan keçirilib. MedicalXpress nəşrində dərc olunan məlumata əsasən, bunu ABŞ-ın Perdyü Universitetinin tibbi kimya və molekulyar əczaçılıq kafedrasının dosenti Maykl Vendt

Hindistan ordusu Qar adamın ayaq izlərini paylaşdı – FOTO

Hindistan ordusunun  rəsmi Twitter səhifəsində Qar adamın ayaq izlərinə rast gəlindiyi barədə məlumat verilib və fotolar yayımlanıb. Əsgərlər ayaq izlərinin əfsanəvi Yetiyə aid olduğuna inanırlar. Ayaq izləri aprelin 9-da Himalay dağlarındakı Makalu hərbi bazası yaxınlığında tapılıb. Qeyd edək ki, alimlər Yetinin varlığına dair bir iz olmadığını bildirirlər. Amma Himalay bölgəsində yaşayan xalqların böyük bir qismi bu […]

Ronaldu dünyadakı ən bahalı avtomobilə sahib oldu

Turinin “Yuventus” və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu dünyada ən bahalı avtomobil sayılan “Bugatti La Voiture Noire”nin sahibi olub. Ulduz futbolçu bunun üçün 11 milyon avro ödəməli olub. La Stampa xəbər verir ki, “Bugatti La Voiture Noire” 1500 at gücünə malikdir və maksimal sürəti 420 km/ saat təşkil edir. Lakin futbolçu bu gözəl avtomobili […]

Dünya ölkələrində vaxt anlayışları – Vaxtında gəlmə, ayıb olar

Dünyanın bir çox ölkələrində görüşlərə, tədbirlərə, məclislərə gecikmək etiket qaydalarına zidd olsa da, bunun əksi olan, 30-40 dəqiqə gecikməyin mütləq sayıldığı ölkələr də var. Məsələ mədəniyyətlər arasındakı fərqdədir. Bu barədə Thewallmagazine.ru- da məqalə yayımlanıb. 1990-cı ildə amerikalı antropoloq, mədəniyyətlərarası tədqiqatçı Edvard Holl monoxrom və polixrom mədəniyyətlər bölgüsünü etdi. O, operativlik

Elman balıq ovundan həm ləzzət alır, həm də qəpik-quruş qazanır

Kür sahilində  balıq tutmaq mingəçevirlilərin ən sevilən istirahəti və məşğuliyyətidir. Onlar “həm ziyarət, həm ticarət” deyiminə əsaslanaraq, vaxtlarının bir hissəsini gözəl təbiətin qoynunda, çay qırağında keçirirlər. Nəticədə həm mənəvi zövq alır, həm də dadlı təamlar dadmaq üçün balıq tuturlar. Həvəskar balıqçı Elman Süleymanov da Mingəçevir sakinidir. İlin hansı fəsli olur-olsun, o, Kürün  sahilinə gələrək balıq […]

Populyar məhsulların ölümcül təhlükəsi təsdiq olundu

Harvard Universitetinin alimlərinin  mindən çox insanın iştirakı apardığı  irimiqyaslı tədqiqatda, şəkərtərkibli içkilərdən istifadənin ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskini artırdığı ortaya çıxıb. Bundan başqa gündəlik olaraq  tərkibində şəkər əvəzləyicisi olan dörd stəkandan çox maye qəbulunun qadınlarda ölüm hallarının artımına səbəb olduğu deyilir. Bu haqda pres-reliz MedicalXpress nəşrində dərc

Bədəninə meyvə suyu yeridən qadın ölümdən döndü

Çinin Hunan bölgəsində yaşayan bir qadın sağlam olmaq məqsədi ilə bədəninə iynə ilə meyvə suyu yeridib. Yenişafak.com xəbər verir ki, 23 meyvənin qarışımından hazırlanan şirə inyeksiyası qadını şok vəziyyətinə salıb və o, 51 gün koma vəziyyətində qaldıqdan sonra nəhayət özünə gəlib. Xinagnan Universitetində müalicə alan qadının qaraciyər, böyrək, ürək və ağ ciyərlərində böyük problemlərin yarandığı […]