Beynim fikir emalatxanası kimi…
Beynim fikir emalatxanası kimidir, Dolur bir yığın taraz, nataraz, anlamlı, anlamsız fikirlərlə. Bəzisinin qoxusu, bəzisinin rəngi xoşuma gəlməz, Bəzisinin naməlumluğu qorxudar məni… Amma ələ gəlməz, tutmaq olmaz fikirləri, Nə taxta deyil yonasan, düzəldəsən əyri-üyrüsünü, Siləsən xoşagəlməz rəngini, itirəsən qoxusunu. Nə də dəmir deyil əridib tökəsən qəlibə, salasan lazım olan şəklə. Fikrin qəlibi sözdür, cümlədir. Yaxşı […]