Browsing category

Mədəniyyət

Üzeyir bəyin adını daşıyan 11 illik musiqi məktəbinin uğurları artır

Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində olan Mingəçevirdəki Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi pandemiya dövründə də məhsuldar işləyib. Məktəbin bütün şagirdləri onlayn dərslərə qoşulub. Müəllimlər müəyyən səbəblərdən dərslərə qoşula bilməyən şagirdlər üçün videodərslər hazırlayıb, telefonlarına göndəriblər. Məktəbin internet səhifələrində mədəniyyət xəbərləri, görkəmli bəstəkar və sənət adamları haqqında maarifləndirici videoçarxlar hazırlanıb, paylaşılıb. Bu barədə […]

Mingəçevirli Səxavət Məmmədov Ağdaş Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub

Mingəçevir Dram Teatrının direktoru Səxavət Məmmədov yeni vəzifəyə irəli çəkilib. O, Ağdaş Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub. S.Məmmədov bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və Premier Production MMC-yə rəhbərlik edib. Sonralar Yevlax şəhərində fəaliyyət göstərən ArbAran televiziyasında Layihələr departamentinin rəhbəri, Mingəçevir Dövlət Dram Teatrında isə direktor vəzifəsində çalışıb. Uğurlar, Səxavət bəy!

Azərbaycan və Türkiyənin mədəniyyət işçiləri bir araya gəldilər

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi rəhbərliyinin təşəbbüsü və Araz Doğa Sporları və Kültür Kulübü Derneğinin təşkilatçılığı ilə keçirilən görüş Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunub. Görüşdə Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il […]

Uşaqları niyə aldadırıq?

Uşaq anadan olanda anası ona süd verir, qayğı, nəvaziş göstərir, çünki uşağın məhz bunlara ehtiyacı olur. Sonrakı  günlərdə, həftələrdə, aylarda, hətta illərdə uşaqlara onların ehtiyacı olanları vermək valideynin, onlara qayğı göstərən insanların vəzifəsi və borcudur. Uşağa süd verərkən ana uşağına xoş sözlər, layla deyir, onun rahat yeməsi və yatması üçün lazım olanları edir, çünki etməlidir! […]

Bərabərlik Nəsili – Təsvir edin!

BMT Qadın, Avropa Komissiyası, Belçika, Fransa və Meksika Hökümətləri və “Cartoon for Peace” (Barışıq naminə Karikatura) Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25-ci ildönümünü qeyd etmək üçün qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verir. Qadın və qız uşaqlarının səlahiyyətlərinin artırılmasına yönəlik ən görməli gündəm olan 1995-ci il tarixli Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, bərabərliyi və […]

Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi sənədli film çəkib

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllim kollektivi 18 sentyabr – Milli Musiqi Günü münasibətilə sənədli film çəkib. Film dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, Azərbaycan milli musiqisinin inkişafında misilsiz xidmətləri olan ictimai xadim Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə həsr olunub. Sənədli filmin ərsəyə gəlməsində məktəbin müəllimləri iştirak […]

Tapılan daşlaşmış qədim ağac parçasının gələcəkdə Mingəçevir Tarix Muzeyində sərgilənməsi planlaşdırılır

Mingəçevir su anbarının altında qalan ərazi zəngin fauna və floraya malik Samux vadisi kimi məşhur olub. Zaman-zaman anbarda su çəkilmələri baş verdiyi üçün yaşı qədim olan bir çox nümunələr üzə çıxır. Nəsli kəsilmiş cənub fillərinin, yaxud indiki dövrdə də yaşamaqda davam edən heyvan növlərinin skletlərinin daşlaşmış hissələri ərazinin maraqlı keçmişindən xəbər verir. Bu günlərdə isə […]

Heydər Əliyev Azərbaycan xalqının sərvətidir

Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyev irsinin təbliğ edilməsi, Heydər Əliyevin zəngin həyat və fəaliyyətini yetişməkdə olan gənc nəsillərə çatırılması məqsədilə respublikanın şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə “Xoş xatirələr” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, regional idarənin şəhər və rayon üzrə nümayəndələri, Heydər Əliyev […]

Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, daşlaşmış ağac parçası anbarda suyun enməsi nəticəsində üzə çıxıb. Balıqçılar tərəfindən aşkarlanan eksponat heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim edilib. Böyükkişi Adilbəyli APA-nın yerli bürosuna bildirib ki, ağacın dəqiq yaşını dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmək niyyətindədir.  O qeyd edib ki, əvvəllər də Mingəçevir su anbarından suyun çəkilməsi nəticəsində qədim heyvan qalıqları da tapılıb.

Xalq nəyi sevir?

Mədəniyyətin gücü Deyilənə görə hind xalqı yeməksiz, susuz yaşaya bilər, amma kinosuz əsla, hətta son rupilərini belə, yeməyə yox, kinoya xərcləyirlər. Hind xalqının belə bir xüsusiyyəti olduğunu mən də bilirəm, lakin bu an üçün bilmədiyim odur ki, mənim xalqım nəyi sevir, nəyə görə susuz, çörəksiz qalar və hətta son pulunu da xərcləyər? Hələ də fikirləşirəm […]