Browsing category

Mədəniyyət

Məndən soruşsan…

Sənə böyüdücü ilə də baxsam, ətsən, sümüksən, ya da molekullar, atomlar, hüceyrəsən. Qəlbinə də baxsam, beyninə də baxsam, yenə də ətsən, sümüksən, hüceyrəsən. Orda nə arzuların görünməz, nə xəyalların, nə düşüncələrin, nə də ümidlərin. Bəs nədir səni danışdıran, hərəkət etdirən, ağladıb-güldürən, düşündürən, gözlərin gördüyünə necə sevinər, necə kədərlənər? Vücudun bir kimyadır, beynin də, qəlbin də […]

Xalq artistinin keşməkeşli TALEYİ

1969-cu ildə Mingəçevir Dövlət Dram Teatrının aktrisalardan biri Mingəçevir Doğum Evində səhər saat 5-də dünyaya qız övladı gətirir. Amma həmin gün çoxdan hazırladıqları tamaşanın prmeyerası keçirilməli idi. “Xəyanət andı” adlanan bu tamaşada isə onu əvəz edəcək başqa birisi yox idi: “Rol aldığım tamaşanın son məşqləri zamanı anidən pilləkəndən yıxıldım. Həmin vaxt hamiləliyimin son günlərini yaşayırdım. […]

İncəsənət məktəbində Tofiq Quliyevin yaradıcılıq gecəsi keçirilib

Mingəçevir şəhərindəki şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimləri dekabrın 17-də Tofiq Quliyevin yaradıcılıq gecəsini keçiriblər.  Aysel İsmayılova, Leyla Hacıyeva və Ülviyyə Adıgözəlovanın təşkilatçılığı ilə baş tutan gecədə məktəbin gənc müəllimlərindən ibarət xor kollektivi çıxış edib. Tədbir zamanı dahi bəstəkarın bir-birindən fırqli ifaları səsləndirilib. İstedadlı şagirdlərin rəqsləri və səhnəciklər tədbirə rəng qatıb.

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Sözün sehri” adlı layihə hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə elan olunan “Nizami ili” çərçivəsində  Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsi, ARB, ARB Günəş və ELTV ilə birgə “Sözün sehri” adlı müştərək layihə hazırlayıb. Layihə Nizaminin əsərləri əsasında 14 yaş və daha böyük yaş kateqoriyasından olan şəxslərin iştirakı nəzərdə tutulan qəzəl müsabiqəsindən ibarətdir. Ağdaş […]

Qasım bəy hamamı 30 ildən sonra ziyarətçilərin üzünə açılır

16 noyabrda  saat 18.00-20.30-da  “ŞƏRQ İRSİ” adlı Beynəlxalq Muasir İncəsənət Sərgisi açılacaq. Açılış  İçəri şəhərdə yerləşən və ”Yaşıl aptek” kimi tanınan tarixi memarlıq abidə olan Qasım bəy hamamında baş tutacaq. Bu barədə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyindən “Mingəçevir işıqları” qəzetinə məlumat verilib. Məlumatda bildirilir ki, sərgi Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi […]

“Zəhər tuluğu” gəlir – Rəsmi tizer VİDEO

Taleh Yüzbəyov Youtube Video platformasında paylaşdığı videoya şərh olaraq bildirib ki, bu trailer deyil. Bir həftə sonra ikinci tizer, trailer isə bu ayın sonuna qədər paylaşılacaq. Filmi kinoteatrlarda izləyə biləcəksiniz. Xaricdə yaşayan həmvətənlərimiz üçünsə film bir müddət sonra stream servislərin birində paylaşılacaq. “Zəhər tuluğu” filmi 23 dekabr tarixindən ölkənin BÜTÜN kinoteatrlarında yayıma başlayır.

“Zəfər nəğmələri” Zəfər Gününə hədiyyə oldu

Noyabrın 5-də Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında səslənən “Koroğlu” Uverturası  Mingəçevir Dövlət Dram Teatrının salonunu lərzəyə gətirdi. Bu bir qələbə marşı idi. Ötən il noyabrın 8-də Azərbaycan ordusunun yağı düşmən üzərində çaldığı və 30 il aparılan mübarizənin Zəfər Gününün marşı idi. “Cəngi”, “Heyratı” ritmik müğamı, “Zəfər marşı”, […]

300 000 Avro qrantı Azərbaycanda hansı şəhər alacaq: Şəki, Xırdalan, yoxsa Lənkəran?

Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq. Qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. O, Avropa Mədəniyyət Paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını […]

Dənizkənarı Milli Parkda fotosərgi

Dənizkənarı Milli Parkda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgi təşkil edir. Sərgi açıq havada “Park Bulvar” ticarət mərkəzinin yanındakı foto qalereyada nümayiş etdirilir. Bu haqda Aİ-nin Azərbaycan nümayəndəliyindən “Mingəçevir işıqları” qəzetinə məlumat verilib. Məlumatda deyilir ki, sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlandırmanı […]

Şəhidlər xalqımızın qürur mənbəyidir

Sentyabrın 27-də ikinci Qarabağ müharibəsinin başlandığı gündən 1 il ötdü. Bu münasibətlə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində  keçirilən Anım Günündə müharibədə həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, mərasim Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. Tədbirin […]