Ağ sellofanlara bürünmüş Qara dünya
“Dayanın! Törətdiyiniz pisliklərin içində özünüz boğulacaqsınız!”
Browsing category
“Dayanın! Törətdiyiniz pisliklərin içində özünüz boğulacaqsınız!”
Mingəçevir Dövlət Dram Teatrının 57-ci mövsümünün təntənəli açılışı, şəhər sakinləri və teatrsevərlərin marağına səbəb olan unikal bir sənət bayramına çevrildi. 21 sentyabr tarixində Kür sahilində baş tutan tədbir şəhərin mədəni həyatında əlamətdar bir hadisə olaraq yadda qaldı. Ağdaş Regional Mədəniyyət İdarəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti, eləcə də şəhərin media nümayəndələrinin iştirakı ilə […]
09 sentyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Dram Teatrında 57-ci mövsümün ilk iclası keçirilib. İclası giriş sözü ilə açan teatrın direktoru İntiqam Soltan, əvvəlki mövsümün uğurlarını xatırladaraq kollektivə təşəkkür edib və növbəti yaradıcılıq ilində onlara uğurlar arzu edib. Mədəniyyət Nazirliyinin COP 29 tədbirlər planı çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə mövzusunda önəmli layihələrin teatr səhnəsində həyata […]
Problemləri həll etmək üçün bilik lazımdır, özü də əsaslı və hüquqa dayanan.
18.07.2024 tarixində teatrsevərlər Mingəçevir Dövlət Dram Teatrına axın etmişdilər. Sezonun yekun tamaşasını izləmək üçün hər kəs zalda öz yerini tutmuşdu. Tamaşadan əvvəl səhnəyə çıxaraq şəhər sakinlərini salamlayan Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan 56-cı mövsümdə teatrın uğurlarından bəhs etdi. Azərbaycan mədəniyyətinin zənginliyini və teatr sənətimizin inkişafını […]
04.07.2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyiyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Dövlət Dram Teatrında 56- cı mövsümün yekunu ilə bağlı iclas keçirilib. İclası giriş sözü ilə açan teatrın direktoru İntiqam Soltan cari ildə teatrın fəaliyətinin uğurlu olduğunu diqqətə çatdırıb. Bu ildə müxtəlif bölgələrdə qastrol səfərlərdə olan teatrın yaradıcı kollektivinin ümumi […]
Özbəkistanın Namanqan şəhərinin Zəhirəddin Məhəmməd Babur adına parkında “Namangan Flowers-2024” 63-cü beynəlxalq gül festivalı keçirilir. 20.06.2024 tarixində açılış mərasimi keçirilən bayramda Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Azərbaycan, Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn mədəniyyət rəhbərləri, incəsənət nümayəndələri, professional gülçülər, landşaft dizaynerləri, tanınmış şəxsiyyətlər iştirak edirlər. Hər il ənənəvi olaraq keçirilən gül […]
12.06.2024 tarixində Göyçay şəhərində baş tutan tətbirdə Mingəçevir Dövlət Dram Teatrının direktoru İnqitam Soltan, Teatrın əməkdaşları Xalq Artisti Valeh Kərimov aktirisalar Abuşova Lalə, İsmayılova Aytən iştirak ediblər. Azərbaycan mədəniyyətində öz əvəssiz xidmətləri olan Valeh Kərimovun 80- illiyinə həsr edilmiş yubiley tədbirində Göyçay şəhər Həmkarlar İttifaqının sədri Nəriman Məlikov, metodist Bəykişiyev Əlisafa, Göyçay şəhər Mədəniyyət evinin […]
18-19 may 2024-cü ildə Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zaqatala və Balakənə qastrola gəlib və repertuarına daxil olan iki fərqli tamaşa ilə rayon sakinləri qarşısında çıxış edib. Bu barədə MDDT-nın ədəbi hissə müdiri Elçin Məhərrəm məlumat verib. O, bildirib ki, tamaşalar bir gün fərqi ilə hər iki rayonda saat 12-də başlayıb: “Azərbaycan Respublikasının Xalq şairi […]
Aprel ayının 1-dən 6-dək davam edən “Valeh Kərimov həftəsi” fərqli qala gecəsi ilə başa çatıb. Ağdaş rayonundan başlanan həftədə hər gün ya Valeh Kərimovun oynadığı, ya da onun quruluş verdiyi tamaşa nümayiş olunub. Qala gecəsinə isə respublikanın sənət adamları, incəsənət xadimləri təşrif gətirmişdilər. Bir-birini əvəzləyən ürək sözləri, təltif və hədiyyələr, rəngarəng səhnəciklər, mahnı töhfələri, xüsusən […]