Browsing category

Mədəniyyət

Mingəçevirdə “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib

Mingəçevir Dövlət Dram Teatrında yazıçı və dramaturq, Prezident təqaüdçüsü Elçin Məhərrəmin “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib. Tədbirdə şəhərin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, teatr xadimləri, qonaqlar və oxucular iştirak ediblər. Qonaqlar çıxışlarında müəllifin yaradıcılığından, onun ədəbi-bədii fəaliyyətindən və yeni kitabın mövzu baxımından fərqliliyindən danışıblar. İmza mərasimində yazıçının əsərləri əsasında tanınmış kino və teatr […]

Xalq artisti Ramiz Quliyev vəfat etdi

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti Ramiz Quliyev bu gün səhər saatlarında vəfat edib. Mərhum sənətkarın oğlu, dirijor Əyyub Quliyev atasının ölüm xəbərini təsdiqləyərək bildirib ki, vida mərasimi Əjdərbəy məscidində keçirilə bilər, lakin dəfn yeri hələ dəqiqləşməyib. Qeyd edək ki, Ramiz Quliyev bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalında müalicə olunurdu. Ramiz Quliyev 1947-ci il […]

Qərbi Azərbaycan yaddaşına həsr olunmuş layihə

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Keçmişin İzləri: Qərbi Azərbaycan Adət və Ənənələri” adlı qrant layihəsi uğurla başa çatıb. Layihənin əsas məqsədi gənclərin milli-mədəni irslə bağlılığını gücləndirmək və Qərbi Azərbaycandan köç etmiş insanların yaddaşında qorunan dəyərləri gələcək nəsillərə ötürmək olub. Bu çərçivədə yaşlı nəsil nümayəndələri ilə videomüsahibələr çəkilib. Onlar toy mərasimləri, gündəlik məişət, […]

Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Mingəçevir Dövlət Dram Teatrı 58-ci teatr mövsümünü açıq elan edib. 23 sentyabr saat 18:00-da teatrın səhnəsində yazıçı Qriqori Qorinin “Herostratı unudun” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Əsərin tərcüməsi yazıçı Elçin Hüseynbəyliyə, quruluşu isə rejissor Emin Mirabdullayevə məxsusdur. Mövsümün açılışı münasibətilə keçirilən tədbirdə teatrın direktoru səlahiyyətlərini icra edən Vəfadar Rəhimov, Gəncə Milli Dövlət Dram […]

Mingəçevir İcması maarifləndirmə tədbirlərini davam etdirir

Mingəçevir İcması olaraq maarifləndirmə tədbirləri davam etdirilir. Fəaliyyət planına əsasən təlimçi Şəbnəm İslamova tərəfindən “İnsanın yaşıllıqlar aləminə təsirinin ekoloji nəticələri” və “Bərpa olunan enerji mənbələri” mövzusunda təlim təşkil olunub. Təlimin əsas məqsədi iştirakçıları ekoloji problemlər, insan fəaliyyətinin təbiətə təsiri və alternativ enerji mənbələrinin əhəmiyyəti haqqında maarifləndirmək olub. Təlim zamanı Şəbnəm İslamova insanın təbii mühitə təsirlərinin […]

Kür Sahilində Səhnələşən Obrazlar: Mingəçevir Dram Teatrının 57-ci Mövsümünün Təntənəli Açılışı

Mingəçevir Dövlət Dram Teatrının 57-ci mövsümünün təntənəli açılışı, şəhər sakinləri və teatrsevərlərin marağına səbəb olan unikal bir sənət bayramına çevrildi. 21 sentyabr tarixində Kür sahilində baş tutan tədbir şəhərin mədəni həyatında əlamətdar bir hadisə olaraq yadda qaldı. Ağdaş Regional Mədəniyyət İdarəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti, eləcə də şəhərin media nümayəndələrinin iştirakı ilə […]

Mingəçevir Dövlət Dram Teatrında 57-ci Mövsümün ilk iclası keçirildi

09 sentyabr 2024-cü il tarixində Mingəçevir Dövlət Dram Teatrında 57-ci mövsümün ilk iclası keçirilib. İclası giriş sözü ilə açan teatrın direktoru İntiqam Soltan, əvvəlki mövsümün uğurlarını xatırladaraq kollektivə təşəkkür edib və növbəti yaradıcılıq ilində onlara uğurlar arzu edib. Mədəniyyət Nazirliyinin COP 29 tədbirlər planı çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə mövzusunda önəmli layihələrin teatr səhnəsində həyata […]

Mingəçevir Dövlət Dram Teatrı 56 -cı mövsümə “Subaylarınızdan Görəsiniz” tamaşası ilə yekun vurdu

18.07.2024 tarixində teatrsevərlər Mingəçevir Dövlət Dram Teatrına axın etmişdilər. Sezonun yekun tamaşasını izləmək üçün hər kəs zalda öz yerini tutmuşdu. Tamaşadan əvvəl səhnəyə çıxaraq şəhər sakinlərini salamlayan Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan 56-cı mövsümdə teatrın uğurlarından bəhs etdi. Azərbaycan mədəniyyətinin zənginliyini və teatr sənətimizin inkişafını […]