Browsing category

Mədəniyyət

Bu payız Mingəçevirə kino bayramını gətirib

Oktyabrın 9-da Mingəçevirdə “Mənim taleyim öz əlimdədir” adı ilə sənədli filmlər festivalı başlanır. Mingəçevir Media Mərkəzində (MMM) gerçəkləşəcək üçüncü kino bayramını “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi təşkil edir. Filmləri Henrix Böl Fondu və People in Need təşkilatı təqdim edib, sponsorluğu Mingəçevir Bələdiyyəsi, “Elastik” MMC və “Mingəçevir işıqları” qəzet öhdəsunə götürüb. Festivalın açılışı həvəskar rəssam Yunis […]

“Üzeyir bəy milli musiqimizə lazım olan hər nə varsa, hamısını yazıb, yaradıb”

Sentyabrın 17-də dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 129-cu ildönümüylə bağlı Mingəçevirdəki 11 illik musiqi məktəbində konsert olub. Konsertdə məktəbin müəllim və şagird kollektivindən ibarət xalq çalğı alətləri orkestrinin (bədii rəhbər Elşən Bağırov) ifasında bəstəkarın möhtəşəm […]

“Sındıra-sındıra oynamağı hər adam arzulayır, amma hamı bacarmır”

Təkcə istəməklə deyil, həm də yaxşı oynaya bilmək üçün qabiliyyətin olmalıdır. Rəqs etməyi bacaran insanlar həm də ondan zövq alırlar, rahatlanırlar, stress atırlar. Rəqs həm də bir mədəniyyətdir. Etiraf edək ki, oynayanlar çox olsa da, əsl rəqs haqqında dərin anlayışa malik olanların sayı azdır. El şənliklərində, toylarımızda bəziləri necə gəldi oynayır, eyni hərəkətləri təkrar edirlər. […]

“Köhnə qalmaqallar geridə qaldı”

Səxavət Məmədov bir müddətdir ki, Mingəçevir Dövlət Dram Teatırının direktoru kimi fəaliyyət göstərir. Ziyalı ailəsində dünyaya göz açan S.Məmmədov İqtisadiyyatın idarə olunması ixtisası üzrə təhsil alsa da, ali məktəbi bitirdikdən sonra əsasən media sahəsində çalışıb, daim insanlarla təmsda olub. Bu da müsahibimizə rəhbər vəzifədə işləməyə böyük imkanlar yaradıb. -Məlumdur ki, bu şəhərin sənət məbədi olan […]

Musiqi məktəbinin növbəti uğuru

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 2014-cü ilin aprel – may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini təşkil edib. 2 turdan ibarət olan müsabiqə tar, kamança, kanon, qarmon, […]

Xalq çalğı alətləi ifaçıları zona baxışında

Aprelin 16-dan 18-dək Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının 3-cü zona müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin əmri ilə gerçəkləşən tədbirin məqsədi professional musiqi təhsilinin inkişaf etdirilməsi, yeni gənc istedadlarin aşkara çıxarılması və on-ların gələcək inkişaf istiqamətlərinin müəy-yənləşdirilməsini dəstəkləməkdir. 2 turdan ibarət müsabiqədə 6 ixtisas […]

“Sevginizi teatrdan əsirgəməyin”

Teatr uşaqlıq yaddaşımda İnsanlar işdən sonra, axşamlar bu möhtəşəm binaya gələr, tamaşalara baxar, mənən və ruhən dincələrdilər. Sənətkara, aktyora, teatra böyük hörmət vardı. Ən çox da Bakıdan qastrol truppalarının gəlişi şəhərimizdə toy-bayrama çevrilərdi. Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının tamaşa saloninda iynə atsan, yerə düşməzdi. Uşaq vaxtı valideynlərim mənim əlimdən tutub, tez-tez teatra gətirərdilər. […]

Gülnar XII Beynəlxalq Türk Dili Olimpiadasına qatılaçaq

Mart ayının 4- də Heydər Əliyev Sarayında “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin və XII Beynəlxalq Türk Dili Olimpiadasının Azərbaycan mərhələsinin mükafatlandırma mərasimi keçirilib. Mərasim ölkəmizin Təhsil Nazirliyi, Milli Elmər Akademiyası, Azərbaycan Beynəlxalq Təhsil və Anadolu Dil Kültür mərkəzlərinin təşkilati dəstəyi ilə baş tutub. Orta ümumtəhsil məktəblərinin 7-11 ci sinif şagirdlərinin qatıldıqları tədbirin şeir kateqoriyasında Mingəçevirin […]

Mingəçevirdə “Müasir Azərbaycan fotoqrafiyası” mövzusunda sərgi keçirilib

Azərbaycan Fotoqraflar Birliyi və ARTFAKTOR təşkilatı Mingəçevirdə “Müasir Azərbaycan fotoqrafiyası” mövzusunda sərgi təşkil edib. Mingəçevir Rəsm Qalereyasında baş tutan sərgidə Azərbaycan Fotoqraflar Birliyi Mingəçevir bürosunun acılması da elan olunub. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev, Azərbaycan Fotoqraflar Birliyinin sərdi Mirnaib Həsənoğlu, təşkilatın Mingəçevir bürosunun rəhbəri Şahin Məmmədli çıxış edərək fotoqrafiya sənətinin əhəmiyyətindən danışıblar. […]

Mingəçevir payızı nə ilə yadda qaldı?

Məqsəd insanlarda, xüsusən gənclərdə ciddi filmlərə baxmaq vərdişləri aşılamaqdır Uzun illərdir ki, Bakı istisna olmaqla, Azərbaycanın başqa yerlərində insanlar toplum halında kinoya baxmırlar. Mingəçevirdə bir dənə də kinoteatr qalmayıb. “Yay” klubundan uzun illərdir ki, anbar kimi istifadə olunur. “Arzu” şadlıq evinə çevrilib. “Kosmos”un yerində Heydər Əliyev Mərkəzi tikilib. “Bahar” son iyirmi ildə uçula-uçula axırda buldozerin qabağında […]