Browsing category

Mədəniyyət

“Turizm – mədəniyyətimizin müasir təbliğat strategiyası”

2016-cı il mayın 6-da Mingəçevir Turim Kollecində regionlarda mədəniyyət sahəsi üzrə ixtisaslaşmış KİV nümayəndələri üçün “Turizm–mədəniyyətimizin müasir təbliğat strategiyası” mövzusunda interaktiv seminar keçirilib. Eyni zamanda  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytının və facebook səhifəsinin təqdimatı olub. Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov və Məzahir Qarayev, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov və KİV […]

“Sevinc” rəqs qrupu Türkiyədə olub

Uşaq Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin rəhbəri Mələk Tağıyeva deyib ki, 23 Nisan – Ata Türkün 1923-cü ildə təsis etdiyi Dünya Uşaq bayramıdır: “20 nəfərlik heyətlə qardaş ölkədə olduq. Tərkibdə 12 uşaq, 2 müəllim, 8 valideyn vardı. Festival Sarıyel Bələdiyyəsi tərəfindən təşkil olunmuşdu”. Mələk Tağıyevanın dediyinə görə, müxtəlif ölkələrin iştirak etdiyi festivalda “Sevinc” rəqs qrupunun üzvləri […]

Arif Əsədullayev: “Kamança Azərbaycanın xalq çalğı aləti olaraq mövcud olacaq”

Məktəbin direktoru Namiq Mirzəyev mədəni irsimizin təbliğində bu müsabiqənin rolundan danışıb,  tədbir iştirakçılarına uğurlar diləyib. Azərbaycanın regionlarını da əhatə edən müsabiqədə uşaq musiqi və incəsənət məktəbləri, muaiqi kollecləri və gimnaziyanın şagird və tələbələri 10-14, 14-17 və 18-21 yaş qrupları üzrə iştirak ediblər. Münsiflər heyətiniin sədri  Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə […]

Mingəçevirdəki Mərkəzi Kitabxanada mədəni tolerantlıq müzakirə olunub

Mingəçevir İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Sahib Əliyev “Tolerantlıq dövlətimizin əsas siyasətidir”, MKS-nin direktoru Etibarə Babayeva “Multikulturalizm və kitabxanalar”, 10 saylı məktəbin tarix-ictimayyət müəllimi Yeganə Bədəlova “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və milli-mənəvi dəyərlərin inkişafı yolları”, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”, oxu zalının müdiri Gülnar Bağırova […]

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə   hər il  ölkə paytaxtında düzənlənən  Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə  maraq artır. Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin, həmçinin  şirkət və müəssisələrin  hüdudları  yeni  coğrafiyalara uzanır. Bu günlərdə başa çatmış və sayca  15-ci olan sərginin önəmi və perspektivləri  növbəti dəfə  hər bir iştirakçıda  ən […]

Mingəçevirdə Dədə-Qorqudla Bahar qız xalqımıza nə dedi?

Qədim el bayramı Səməd Vurğun meydanına toplaşan energetiklər şəhərinin sakinlərinə bahar təbrikləri ünvanlanıb. Çaparlar yaşayış məhəllələrində dövrə vuraraq,  qara zurnanın sədaları altında Novruzun gəlişini müjdələyiblər. El şənliyində diqqətə çatdırılıb ki, əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı yaranmış Novruz bayramı tarixin bütün dövrlərində dostluq,barışıq,təbiətin oyanışı,yazın gəlişi və yeniləşmə rəmzi kimi insanlarda saf niyyətlər, xoş arzular yaradıb. […]

Mingəçevirdə bayram şənliyi Səməd Vurğun meydanında keçiriləcək

Mingəçevir bələdiyyəsi Novruz bayramı münasibəti ilə təşkil edilən ümumşəhər tədbirlərinin keçiriləcəyi S.Vurğun meydanında və parkında abadlıq-təmir işlərinə başlayıb. Park və bağ süpürülür, ağaclar budanır, meydan boyu bordürlər rənglənir, ölkə əhəmiyyətli abidə olan qapı tağları təmir olunur. Xalq şairimiz S.Vurğunun heykəli, heykəlin pedestalı yuyulub təmizlənir. Parkın giriş hissəsindəki yaşıllıq və gül kolları səliqəyə salınır. Təmir-abadlıq işləri […]

Mingəçevirdəki musiqi müəllimlərinin bayram sürprizi

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan bayram konserti fərqliliyi ilə yadda qaldı. Tədbir zalı çiçəklərlə bəzənmışdi. Bu dəfə şagirdlər dünya və Azərbaycan bəstəkarlarının əsərlərini  doğma müəllimlərinin ifasında dinləyib,  ruhlandılar. Hər bir müəllim öz ifası ilə örnək oldu. Polad Osmanov, Elnarə Qarayeva, Dilbər Qurbanova, Pərvanə Soltanova, Nərmin Nəsibova, Fidan […]

Martın 10-da Mingəçevir Teatrında bayram gecəsi yaşanıb

“M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrı 1969-cu ildə ilk olaraq Cəfər Cabbarlının “Almaz” dramı ilə fəaliyyətə başlayıb. İndiyədək teatrın səhnəsində 300-dən artıq tamaşa oynanılıb”. Bu fikirlə çıxışına başlayan teatrın direktor müavini Vüsal Məmmədov Azərbaycanın bölgələrinin də bayram əhval-ruhiyəsində olduğunu deyib: “Milli Teatrımızın 143-cü  ildönümü ərəfəsində teatrımızın aktyoru Şıxı Yaqubov Əməkdar artist fəxri adına, rəssamı Yusif […]

Mingəçevirdə gizli qalan istedad

Ailələrə Sosial Dəstək İctimai Birliyi  Mingəçevir Dövlət  Rəsm Qaleriyası ilə  birgə sərgi təşkil edib. Sərgidə Solmaz Şükürovaya məxsus əl işləri nümayiş etdirilib. Məqsəd evdar qadınların istedadlarını üzə çıxarmaq, onları ictimaiyyətlə bölüşmək olub. İctimai birliyin əməkdaşı Mətanət Yusifova Solmaz xanımın evdar, eyni zamanda gözəl əl qabiliyyətinə malik bir xanım olduğunu deyib: ”Çox təəssüflənirəm ki, belə gözəl […]