Browsing category

Mədəniyyət

“Little Free Library” artıq Naftalanda

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş ateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib. Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək. Məqsəd əhalinin kitaba marağını artırmaqdır. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs üçün açıqdır. Kiçik kitabxanada Azərbaycan […]

Avropa İttifaqı Azərbaycanda 1-ci virtual mədəniyyət Festivalını həyata keçirəcək

Avropa inteqrasiyası tarixinin bir parçası olan “Şuman Bəyannaməsi”nin 70 illik yubileyi münasibətilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ Üzv Dövlətlərinin Səfirlikləri ilə birlikdə ilk dəfə rəqəmsal formatda keçiriləcək. Koronavirus (COVID-19) səbəbindən Aİ Nümayəndəliyi ənənəvi 4-cü IMAGINE Avro Tolerantlıq Festivalını ənənəvi formatında keçirə bilməyəcək, lakin əvəzində müxtəlif mədəniyyət tədbirlərini Azərbaycan evlərinə gətirən virtual formatda Festival keçirməyə […]

Sərhədlər bağlı olsa da, “Sarı gəlin” sərhədləri aşdı

Azərbaycan, Türkiyə, Amerika, İran və Fransada yaşayan soydaşlarımız pandemiya ilə əlaqədar #evdəqal kampaniyasına qoşularaq, “Sarı gəlin” xalq mahnısını birgə ifa ediblər. Bu layihə Regional Mədəniyyət İdarələri arasında ilk olaraq Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər nümayəndəliyi Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin təşəbbüsü ilə baş tutub. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota […]

Ölkədə ilk dəfə Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyinin tikintisi yekunlaşmaq üzrədir

Ölkədə ilk dəfə Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyinin tikintisi yekunlaşmaq üzrədir.  APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhərində ötən ilin iyulunda təməli qoyulan binada, son tamamlanma işləri görülür. Görünüşü ilə diqqət çəkən muzey binası şəhid Müşfiq Mirzəyev adına Dostluq parkının ərazisində inşa olunub. İki mərtəbəli müasir dizaynlı muzeydə Azərbaycan tarixinə aid dəyərli məlumatlar, […]

Xocalı faciəsi rəsmlərdə

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olan Xocalı faciəsinin 28-ci ildönümünə həsr olumuş rəsm sərgisi keçirilib. Sərgidə Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev, könüllülər, şəhər gəncləri […]

Atillanın “Damburu”

Dambur — tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli əhalinin ləhcəsində deyilişidir Yerli musiqi aləti kimi nəinki Azərbaycanın şimal-qərb bölgəsi, həm də Şimali Qafqaz xalqlarının bir çoxu damburdan istifadə edir. Tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökü vardır. Damburun əsas hissələri bunlardı: Çalovabənzər gövdə (çanaq), azca geriyə əyilmiş kəllə (tac), Qolla […]

Musiqi məktəbində rus bəstəkarının musiqiləri səsləndirilib

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində  «Ruslan və Lyudmila» və «İvan Susanin» kimi iki möhtəşəm operanın müəllifi olan böyük rus bəstəkarı, professional rus operasının banisi M.İ.Qlinkanın 215 illik yubileyi ilə bağlı tədbir keçirib. Tədbir iştirakçılarına əvvəlcə bəstəkarın həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib. Daha sonra görkəmli rus […]

Mingəçevirdə gənc mədəniyyət işçilərinin könüllülər qrupu yaradılıb

Yanvarın 13-də Heydər Əliyev Mərkəzində “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc könüllülərin rolu” adlı dəyirmi masa keçirilib. Bərdə Regional Mədəniyyət İdarəsi və onun Mingəçevir şəhər Nümayəndəliyinin təşkil etdiyi tədbir gənc mədəniyyət işçilərinin kreativ qrupunun və mədəniyyət könüllülərin iştirakilə baş tutub. Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi  Tutu Xanlarova, “Zəmanətimiz-Nəticəmizdir” kompüter kurslarının rəhbəri Emil Xanlarov, Mingəçevir […]

Liseydə möhtəşəm kompozisiya

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü Lisey Nəsiminin 650 illik yubileyi ilə əlaqədar maraqlı kompozisiyasını təqdim edib. 50 dəqiqəlik kompozisiyada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından səhifələr vərəqlənib. Şagirdlər xüsusi ustalıqla şairin qəzəllərini səsləndiriblər. Kompozisiyada Nəsiminin ədəbi yaradıcılığı, fəlsəfi baxışları ilə bağlı maraqlı məsələlərə,  onun ideyalarının istər o dövrdə, istərsə də müasir […]