Browsing category

Mədəniyyət

“Təbiətin səssiz musiqisi” fotosərgisi uğurla başa çatdı

Mingəçevirdə təbiətin “səssiz ritmləri” fotoobyektivdə canlandı Fevralın 14-də Mingəçevir Heydər Əliyev Mərkəzinda səyyah-fotoqraf, Azərbaycan Fotoqrafları Birliyinin İdarə heyətinin üzvü Əli Əkbərin (Ali Akbar Photography) “Təbiətin səssiz musiqisi” adlı fərdi fotosərgisi böyük maraqla keçirildi. Sərgi təbiətin dərinliklərində gizlənmiş səssiz ritmləri, xırda detallardakı böyük sükutu və hər kadrda yaşanan duyğuları unikal bədii yanaşma ilə əks etdirdi. Təxminən […]

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına salınıb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, 9–13 fevral tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində fevralın 11-də “Ordubad Tarix-Memarlıq Qoruğu”nun İlkin Siyahıya daxil edilməsi ilə bağlı qərar qəbul olunub. Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu statusu […]

“Azərbaycanfilm”in gələcəyi üçün yeni təşəbbüslər

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Azərbaycanfilm” kinostudiyasının inkişafı ilə bağlı yeni təşəbbüslərlə çıxış edib. İttifaq bu təklifləri Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimliyə ünvanladığı məktubda təqdim edib. Məktub “Azərbaycanfilm”in həyətində yerləşən görkəmli dramaturq Cəfər Cabbarlının abidəsinin bərpası ilə bağlı xəbərlərə münasibət olaraq göndərilib. AKİ bildirib ki, Kinopark layihəsi çərçivəsində abidənin bərpası təkcə estetik məsələ deyil, eyni […]

Dünya operasının mərkəzində Azərbaycan səsi

Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskatda yerləşən “Royal Opera House Muscat”da dünya opera klassikasının incilərindən biri – Cakomo Puççininin “Toska” əsəri ilk dəfə nümayiş olunacaq. Premyerada baş rolu Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov ifa edəcək. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun iştirakı ilə təqdim olunacaq. Azərbaycan […]

Mədəni irsin qorunmasında yeni mərhələ

Tarix və memarlıq abidələri ilə bağlı məlumatlar elektron formata keçiriləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasını nəzərdə tutan Tədbirlər Planında əksini tapıb. Sənədə əsasən, layihənin icrasında Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları iştirak edəcək.

Mingəçevirdən Moskvaya uzanan peşə yolu

Mingəçevir Dövlət Dram Teatrının sabiq baş rejissoru Vüsal Mehrəliyev artıq iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərmir. Onun sözlərinə görə, teatrdan ayrıldıqdan sonra həyatını Moskvada davam etdirir və hazırda Moskva vilayətində yerləşən teatr kollecində rejissorluq və aktyorluq üzrə dərslər keçir. Bu barədə Vüsal Mehrəliyev “Yeni Sabah”a açıqlamasında məlumat verib. O bildirib ki, Mingəçevirdə çalışdığı dövrdə […]

Mingəçevirdə “Şahidlər” adlı tarixi-teatral kompozisiya nümayiş etdirilib

Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru Cavid Təvəkkülün, ikinci rejissor İbrahim Türksoyun, quruluşçu rəssam Pakizə Adilbəylinin və musiqi tərtibatçısı Gülcahan Yusifovanın yaradıcı heyəti tərəfindən hazırlanan “Şahidlər” adlı tarixi-teatral kompozisiya tamaşaçılara təqdim olunub. Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında səhnələşdirilən tamaşa 20 Yanvar – Hüzn Günü və Qanlı Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilib. Səhnə […]

Film istehsalına xarici investorlar cəlb olunur

Film istehsalında xarici prodüserlərin iştirakı asanlaşacaq Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kinematoqrafiya haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycan ərazisində film istehsalını təşviq etmək üçün xarici prodüserlərin cəlb edilməsi məqsədilə xüsusi tədbirlər görüləcək. Qanunvericilik təşəbbüsü çərçivəsində, xarici prodüserlər və birgə istehsal filmlərinin çəkilişi üçün xərclər müəyyən şərtlərlə qismən geri […]

Nizami irsi Türkiyədə yenidən doğulur

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusunun əsərləri orijinal mətnlər əsasında Türkiyə türkcəsinə çevrilərək ardıcıl şəkildə nəşr olunur. Mərkəzdən verilən məlumata görə, “Xəmsə”yə daxil olan poemaların tərcüməsini Erzurum Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım həyata keçirir. Layihə çərçivəsində Nizami Gəncəvinin ölməz […]