Browsing category

Kriminal

Şagird tərəfindən güllələnən müəllim xəstəxanada müalicə alır, vəziyyəti orta ağırdır

Xəbər verdiyimiz kimi fevralın 6-da səhər saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahını götürərək məktəbə gətirib və sinif otağında müəllimə Ş.K-ya xəsarət yetirib. 1997-ci il təvəllüdlü qadın müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona odlu silahdan açılan atəş nəticəsində zədələnmə diaqnozu qoyulub, […]

Bakıda liseydə silahlı insident: müəllim şagird tərəfindən güllələndi

Bakıda yerləşən İdrak Liseyində silahlı insident qeydə alınıb. Hadisə Ziya Bünyadov 3 ünvanında, keçmiş Karl Marks heykəli ilə üzbəüz yerləşən təhsil müəssisəsində baş verib. “Unikal”ın məlumatına istinadən xəbər veririk ki, liseyin riyaziyyat müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Yaralanan müəllim dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Hadisədən sonra valideynlər təhlükəsizlik məqsədilə övladlarını liseydən […]

Talama hadisələri: Polis əməliyyatları nəticəsində şübhəlilər saxlanıldı

Paytaxtın Sabunçu rayonunda baş verən talama hadisələri polis tərəfindən araşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.  Zərərçəkən şəxs polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən istixanasından 50 min manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 55 yaşlı […]

BAKIDA SƏFİRLİYƏ QANLI HÜCUM PLANI: DTX İŞİD-Ə BAĞLI QRUPU ZƏRƏRSİZLƏŞDİRDİ

Azərbaycanda xarici ölkələrin birinin səfirliyinə qarşı terror aktı törətməyə cəhd göstərən şəxslər ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hücum planının qarşısı vaxtında alınıb. DTX-nin yaydığı rəsmi məlumata görə, əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşları – 2000-ci il təvəllüdlü İlqar Quliyev, 2005-ci il təvəllüdlü Amin Piriyev və Elvin Əlizadənin Bakı şəhərində yerləşən xarici […]

Polisin narkotiklərə qarşı əməliyyatı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əməliyyat zamanı 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən metamfetamin, heroin və marixuana aşkar edilib. Araşdırmalar zamanı M.Əsgərova narkotik vasitə və psixotrop maddələr satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o da polis tərəfindən […]

Yevlaxda müəmmalı ölüm hadisəsi

Yevlax şəhərində yerləşən “Həmdəm” hotelində 37 yaşlı Elkin Zakir oğlu Kərimli həyatını itirib. Məlumata görə, hadisə onun dərmandan zəhərlənməsi nəticəsində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

Ağstafada dəhşətli hadisə

Ağstafa rayonunda qadın sahibkar bıçaqlanıb. Hadisə ötən gün axşam saatlarında rayonun Vurğun qəsəbəsində yerləşən kafedə baş verib. Məlumata görə, kafenin icarədarı, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb və dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadına xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev […]

Ailə münaqişəsi faciə ilə nəticələndi

Mingəçevirdə ailə münaqişəsi qanla bitib. Hadisə şəhərin Energetiklər yaşayış massivində, Yadigar Mənsurov küçəsində yerləşən binanın qarşısında baş verib. 1991-ci il təvəllüdlü Aytən Bəkirova çoxsaylı bıçaq xəsarətləri alıb. Onun sifət, qol və qulaq nahiyələrinə ağır zərbələr endirilib. Yaralı qadın komatoz vəziyyətdə təcili olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Mingəçevir Şəhər […]

Toyuna 2 həftə qalmış meyiti tapılan qızın fotosu

Oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyiti şəhərin Günəşli Bağlar ərazisində asılı vəziyyətdə tapılıb. Sosial şəbəkələrdə mərhumun gəlinlikdə fotoları yayılıb. Məlumata görə, Ləman 35 yaşlı nişanlısı ilə bir neçə gün əvvəl qız toyu etmiş, noyabrın 1-də isə oğlan toyu planlaşdırılmışdı. Hadisədən əvvəl isə gəlinlikdəki kürək nahiyəsinin açıq qalması üzündən aralarında mübahisə baş […]

PUA ilə İrandan Azərbaycana narkotik keçirmək cəhdi ifşa olundu

İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə narkotik tərkibli maddə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, hadisə oktyabrın 13-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Sərhəd qoşunlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb. Aparılan axtarış zamanı sərhədyanı sahədən 980 ədəd narkotik […]