Browsing category

Cəmiyyət

İH yanında İctimai Şura 2023-cü ilin hesabatını verdi

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat,  2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin […]

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2023-cü ildəki fəaliyyəti

23 yanvar 2023-cü ildə Şura üzvləri qarşısında 2022-ci ilin hesabatı verilib. 2023-cü ilin Fəaliyyət Planına uyğun olaraq, fevral ayında əhali ilə 2 görüş keçirilib. Şura üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu […]

Mingəçevirdə 21 işsiz gənc ana usta yanında peşə bacarıqları qazanmağa başlayıb

2024-cü ilin yanvar ayının 7-dən  “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən 21 işsiz gənc ana üçün Usta Yanında Şagird Hazırlığı (UYŞH) proqramına start verilib. Peşələr və ustalar qadınların peşə bacarıqları qazanmaq istədikləri ixtisaslara uyğun olaraq seçilib. Seçilmiş qadınlardan 8 nəfəri stilist-vizalist, 7 nəfəri dərzi, qalanları isə şirniyyat, dırnaqlara qulluq və kompüter istiqamətləri üzrə ustaların […]

IYA.AZ ictimaiyyətə təqdim olundu

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə yeni yaradılan IYA.AZ səhifəsinə ilkin baxış keçirilib. Mingəçevir Media Mərkəzində səhifəni  benefisiarlara,  media və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinə 2024-cü il yanvarın 5-də veb proqramçı Teymur Əzizov təqdim edib. O, deyib ki, bu resurs ilk növbədə təhsil və iş problemlərini həll etməyə çalışan əhalinin həsas təbəqəsinə xidmət üçün yaradılıb:    “Təşəbbüsün benefisiarları […]

Mingəçevirlilər üçün bol əyləncə

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il dekabr ayının 29-da “Xarı Bülbül” şadlıq sarayında baş tutub. Öncə Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 […]

Günel qadın saç ustası kimi yeni həyata başlayır

90-cı illərin əvvəllərində Qarabağ müharibəsi ilə əlaqədar yüz minlərlə insan ev-eşiyini tərk edəndə Günelin ailəsinin yaşadığı Kəlbəcər rayonunun Şaplar kəndi də viran qalır, sahib olduqları ev, bağ, bostan, mal-qara, bir sözlə bütün əmlakları əllərindən çıxır. Ailə 1993-cü ildə beynəlxalq ictimaiyyətin dəstəyi ilə yerli hakimiyyət orqanları tərəfindən Yevlax rayonunda salınmış “EKO” (Fin tipli evlər) köçkün düşərgəsində […]

Gənc aşpaz usta yanında şagirdlik proqramı fürsətindən yararlanır

Kulinariya həvəskarları nəslindən olan 20 yaşlı Rəvan Əhmədovun kulinariya həvəsi hələ gənc yaşlarında atasının məharətlə ləzzətli yeməklər hazırlamasını müşahidə edərkən yaranıb. Atası kulinariya ixtisası peşə təhsilini fərqlənmə diplomu ilə bitirmiş və özünü kulinariya sənətinə həsr etmiş, kənd məclislərində peşəkar aşpaz kimi xidmət göstərmişdi. Bu irsdən ilhamlanan Rəvan rəsmi təhsil almağa can atır və peşəkar aşpaz […]

Qış-təbiətin məzuniyyət vaxtıdır

Təbiətin qış çağıdır, günlər istər günəşli olsun, istər buludlu, ya da ki, yağışlı, ümid edirsən və sevinirsən ki, qar yağacaq, çünki qar qışın vazkeçilməzi, əvəzolunmazıdır, sənin yaşadığın kəndə və ya şəhərə yağsa da, yağmasa da. Məgər siz qışın gəlişinə sevinmirsiniz, ya da qarın yağacağına ümid etmirsiniz? Məncə buna sevinməyən insan yoxdur. Qışın gəlişinə ən çox […]

İşsiz gənc analar maliyyə bacarıqlarını artırırlar

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə 2023-cü il dekabrın 7-dən başlayan psixoloji və hüquqi təlimlərin ardınca dekabrın 21-dən 24-dək iqtisadi təlim keçirilib. Nəzəri və praktik nümunələr, ev tapşırıqları və qrup işləri, işverənlərlə görüşlər, bilikləri ilkin və son qiymətləndirmə, biznes planlarını hazırlama, ən nəhayət sertifikatlarla təltif olunma bu həftəni işgüzar və yaddaqalan edib. İqtisadçı Elnur Həsənzadə 4 […]

Mingəçevirdə işsiz gənc analar hüquqi sahədə ilkin biliklərə yiyələndilər

Bu həftə “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə növbəti təlim keçirilib. Təşəbbüsə təlimçi qismində qatılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin regional koordinatoru və mediator Ayaz Ədilov ilk gün “buzqıran” formatında fərdi bacarıq və maraqları müəyyən edib, təhsil üzrə baza məlumatlılığının yoxlanılması üçün 12 sualdan ibarət test qiymətləndirilməsi aparıb. O, iştirakçılara hazırki təhsil qanunvericiliyi, normativ aktlar, […]