“Əyalətdən dünyaya çıxış”
Martın 15-də Mingəçevir Media Mərkəzində (MMM) “Mingəçevir işıqları” qəzetinin yeni layihəsinin təqdimatı olub. Tədbirdə QHT və dövlət qurumları, o cümlədən KİV nümayəndələri iştirak edib. Qonaqları salamlayan qəzetin baş redaktoru Fərman Nəbiyev rəhbərlik etdiyi qəzetin 2002-ci ildən bir sıra layihələri həyata keçirdiyini deyib. Bildirib ki, artıq mart ayının 1-dən rəhbərlik etdiyi mətbu orqan IREX-Azərbaycan təşkilatının maliyyə […]