Browsing category

Cəmiyyət

Evinizi sığorta etdirmisinizmi?

Son zamanlar çox tez-tez yol nəqliyyat və təyyarə qəzaları, yanğınlar, oğurluq, istehsalatda bədbəxt hadisələr və təbii fəlakətlər haqqında məlumat alırıq. Hər belə bir məlumatın arxasında insan faciəsi, bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu məlumatlar özlüyündə sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizmdən lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman maddi və […]

Jurnalistlər üçün kiçik qrant müsabiqəsi

IREX –Azərbaycan Nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi sərbəst (“freelance”) jurnalistləri “Sərbəst jurnalistika sahibkarlıq fəaliyyəti növü kimi” mövzusunda Amerikalı jurnalist Karen Coates’in  iki günlük təlimə və bu layihə çərçivəsində kiçik qrant müsabiqəsinə dəvət edir. Təlim iyulun 1-ci həftəsində Bakı, Şəki və Mingəçevirdə keçiriləcək (konkret tarix tezliklə bəlli olacaq). Təlimdə iştirakçılara öz biznes modellərini qurmaq: xəbər istehsalı […]

Məktəblər 20 ildir bufet həsrətindədir

Məktəblərdə təlim-tədrislə bərabər uşaqların qidalanması da aktual məsələrdəndir. Bəs Mingəçevir şəhərində bu sahədə vəziyyət necədir? Bu məqsədlə bir neçə məktəbə baş çəkdik. Məlum oldu ki, 2, 9 və 10 saylı məktəblərdə ümumiyyətlə bufet yoxdur. 10 saylı məktəbin “bufeti” kiçik, səliqəsiz otaqda yerləşir. Otaq göy polietilen salafanla iki yerə bölünüb. Bir tərəfdə adını demək istəməyən “bufetçi […]

“mi-news.az“ səhifəsi xəbər portalına çevrildi

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Fərman Nəbiyevin verdiyi məlumata görə, əvvəllər qəzetin bu adda internet səhifəsi vardı, lakin o, həftədə bir dəfə yenilənirdi: “Çap variantımız ayda dörd dəfə çıxdığından biz də həftəlik qəzetdəki materialları sayta yerləşdirməklə işimizi bitmiş hesab edirdik. Məsələ bundadır ki, bölgə qəzetlərindən yalnız bir neçəsinin internet səhifəsi var və […]

“Eurovision 2012” məşəli Mingəçevirdə

16 may 2012-ci ildə “Eurovision 2012” çərçivəsində gəncləri fəallaşdırmaq məqsədi ilə “Step İn!” gənclərin təşəbbüs qrupu Mingəçevirdə olub. H.Əliyev meydanında baş tutan aksiyada şəhər gənclərinə “Eurovision”la bağlı suallar verilib, düzgün cavab tapanlara hədiyyələr təqdim olunub. Sonda “Eurovision” məşəlini yandıranlar marafonu Şəki gənclərinə ötürüblər. Qəzetimizə müsahibə verən “Step in!” gənclərin təşəbbüs qrupunun əlaqələndiricisi Seymur Hüseynov bildirib […]

“Aslanın erkəyi – dişisi olmaz”

Tarix boyu ölkəmiz şücaətli qadınları ilə fəxr edib. Onlardan biri 1958-ci ilin aprel ayında Rəsulovlar ailəsində dünyaya göz açıb. Adını Sevil qoyublar. O da hamı kimi taleyindən xəbərsiz idi. Nə biləydi ki, kişilərlə çiyin-çiyinə döyüşüb, qəhrəmanlıqlar göstərəcək. Uşaqlıqdan ailələri ilə birlikdə Ağdaşdan Bakıya köçəndən sonra Sevil Rəsulova Bakı şəhərində 175 saylı orta məktəbdə təhsil aldı. […]

Mingəçevirdə Hüquq Məsləhət Mərkəzi açıldı

2012-ci il aprelin 17-də ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə “İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyi Mingəçevirdə Hüquq Məsləhət Mərkəzini (HMM) açıb. Açılış mərasiminə qatılan səfir Koray Tarqay bildirib ki, mərkəz regionda davamlı iqtisadiyyatın inkişafı, kiçik və orta sahibkarlıq (KOS) üçün sağlam biznes mühitinin gücləndirilməsinə xidmət edəcək. ATƏT rəsmisi deyib ki, iqtisadiyyatın şaxələndirilməsi və regionlarda […]

“Bu gündən mən də mingəçevirliyəm”

Aprelin 15-də Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev Mingəçevirə yeni təyin olunmuş İcra Hakimiyyəti başçısı Niyazi Bayramovu şəhər ictimaiyyətinə təqdim edib PA-nın şöbə müdiri bildirib ki, aprelin 14-də Prezident İlham Əliyev bir neçə icra hakimiyyəti başçısı ilə bağlı sərəncamlar imzalayıb və onlardan biri də Niyazi Müzəffər oğlu Bayramovdur: “Bildiyiniz kimi, mart ayında Şimal bölgəsində baş […]

“Yoxluğuna alışa bilmirəm”

Cəmi 34 il ömür sürdü Şaban. Vətənin dar gününə göz yummadı Vətən oğlu. Könüllü olaraq idarə etdiyi maşını döyüş bölgəsinə yazdırdı. Şəhidin ailəsini ziyarət etdik. Yoldaşı Şərafət xanım bizi görəndə təəccüb etdi. Birinci dəfədir ki, kiminsə Şaban və onun ailəsi ilə maraqlandığını dedi. Şərafət xanım Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında kiçik tibb bacısı işləyir. […]

Şəhərin sanballı kişilərindən biri

Təkcə Mingəçevirdə deyil, onun hüdudlarından çox-çox kənarda “Arı və demokratiya “ kitabının və başqa nəşrlərin, çoxsaylı məqalələrin müəllifi kimi tanınan Nəsib Bayramoğlunun martın 17-də 75 illik yubileyi qeyd edilib. Tədbirin aparıcısı İsmayıl İmanzadə yazıçı-jurnalistin həyat və sənət yolunun maraqlı məqamlarına nəzər salıb. O, bildirib ki, səkkiz kitab müəllifi olan N.Süleymanov əsasən xalq yaradıcılığından bəhrələnib: “Onun […]