Browsing category

Cəmiyyət

Mingəçevirdə qəbiristanlıq qıtlığı?

Artıq bir neçə vaxtdır ki, Mingəçevir şəhərində qəbiristanlıq problemi yaşanır. Daha dəqiq desək şəhərin Mingəçevir kəndi adlanan ərazisində yerləşən qəbiristanlıq xeyli vaxtdır ki, mübahisə predmetinə çevrilib. Belə ki, kəndin bir qrup sakini Mingəçevir şəhərində dünyasını dəyişənlərin burada dəfn edilməsinə icazə vermir. Onlar bunun səbəbini qəbiristanlığın dolmasıyla izah edirlər. Hələ 2002-ci ildə o vaxtkı icra başçısı […]

“Saatsazlıq sənəti təmiri mümkünsüz olan saat kimi sıradan çıxır”

Sovet dövründə şəhərin hər addımbaşında saat təmiri köşklərinə rast gəlmək olardı. Ancaq son zamanlar sanki saatsaz qıtlığı yaranıb, saat təmiri köşkləri də qeybə çəkilib. Mərkəzi küçələrdə, bazarın ərazisində, məişət avadanlıqları satılan yerlərdə bu cür təmir sahələrini artıq bağlanıb. Nə səbəbə? Ömrünün 50 ilini saatsazlıq sənətinə həsr edən Ələddin Salmanovla görüşüb bu sənətin sirlərini və bizi […]

Ruhların bayramıydı bu gün…

Taleyinə itkinlik taleyi qismət olan Səlim Səməd oğlu Pirimovun yaxınları da göz yaşlarını saxlaya bilmirlər. Dövlət xanim Ağdərədə öldüsü-qaldısı bilinməyən ciyərparəsinin xiffətini hələ də çəkir: “Sankt-Peterburqda tələbə idi, 19 yaşı vardı. Orda ermənilərlə yola getmədi və təhsilini Bakıda, Hərbi Akademiyada davam etdirdi. Hüquq fakültəsinin 3-cü kursundaydı. Anası ölmüş, heç burda 2 ay oxumadı. Rəhim Qaziyevin […]

Mingəçevirin şəhidlik zirvəsinə ucalan məzunları

Təhsil ocağının dəhlizindəki “Məktəbin şəhid məzunları” adlı güşədə bunu aydın görmək olur. Direktor Günəş Nəsibova deyir ki, şəhidlik zirvəsinə ucalmış bu insanların həyatı şagirdlərə bir nümunədir: “Vətənpərvərlik mövzusunda keçirilən dərslərdə şəhidlərin həyatı barədə məlumatlar verilir, valideyinləri ilə görüşür, onların övladları barədə söhbətləri dinlənilir”. Öyrəndik ki. bu məktəbin ən fəal şagirdlərindən biri olan Yalçın Azad oğlu […]

Mingəçevirdə “Qida təhlükəsizliyi və qida mədəniyyəti ” adlı kitabın təqdimatı keçirilib

Ərzaq təminatında qida təhlükəsizliyi vacib şərtlərdən biridir. Təhlükəsiz qidanı seçmək isə həmişə asan olmur. Belə ki, istehsalçıların məhsulun üzərində “Təbiidir” yazması çox vaxt həqiqətə uyğun gəlmir. Görəsən düzgün, normal qidalanmaq üçün nə etməliyik? Sağlamlığımıza zərər vuran məhsulları istehlak səbətimizdən necə kənarlaşdırmalıyıq? Təhlükəsiz qidalanma ilə bağlı bu və digər sualların cavabı yeni nəşr olunan “Qida təhlükəsizliyi […]

“Mingəçevir işıqları” GİZ-in müsabiqəsində ikinci mükafata layiq görüldü

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) həyata keçirdiyi “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” regional proqramı çərçivəsində azərbaycanlı jurnalistlər üçün təşkil olunan yeni məqalə müsabiqəsinə yekun vurulub. 1-ci yerə Gülər Mehdizadə (“Təhsil nazirliyinin fakültə monopoliyası”, “Bizim yol” qəzeti, 04.10.2013), 2-ci yerə Fərman Nəbiyev (“Kredit bataqlığı”, “Mingəçevir işıqları” […]

“Mingəçevir işıqları” onlayn media müsabiqəsinin ikinci qalibi oldu

Multimedia Mərkəzinin direktoru, AİF prezidenti Osman Gündüz təqdimat mərasimini açaraq, layihə barədə, keçirilən müsabiqə və təlimlər haqqında danışıb. Bildirib ki, 15 sentyabrdan 01 dekabr tarixədək davam edən müsabiqədə İnformasiya cəmiyyəti, elektron hökumət quruculuğu, İKT-nin müxtəlif sahələrdə tətbiqi haqda yazan 30 jurnalist və bloqçu iştirak edib. Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib. Həmçinin müsabiqədə […]

“Bizdə yaşayış məntəqələrində sərhədlər itib”

Noyabrın 15-də Mingəçevir Media Mərkəzində Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı məlumatlandırma sessiyasında Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov belə deyib. İlin əvvəlindən qüvvəyə minən yeni qanun barədə məlumat verən ekspert Məcəllənin yaranma zərurəti və tətbiq sahələri haqda ətraflı danışıb. O, bildirib ki, ərazi planlaşdirilmasi zamani məsuliyyət Şəhərsalma və Arxitektura […]

52 nəfər öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb

Noyabrın 15-də Mingəçevirdə keçirilən növbəti əmək yarmarkasına 36 müəssisə və təşkilat 171 boş iş yeri çıxarıb. 25 dövlət və 9 özəl təşkilat, bir xarici şirkət və bir fiziki şəxs tərəfindən təqdim edilən iş yerləri üçün 105 manatdan 550 manatadək əmək haqqı təklif olunub. Gunun sonuna yaxın şəhər Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədovun verdiyi məlumata görə, […]

Gənclər və idman naziri Mingəçevirdə

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonundan 50-ə yaxın vətəndaş iştirak edib. Nazirə yazılı və şifahi formada müraciət edən vədəndaşlar daha çox rayonlarda idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər […]