Browsing category

Cəmiyyət

BÖLGƏLƏRƏ GƏLƏN QƏZETÇiLƏR

İyulun 10-dan avqustun 10-dək “Yeni nəsil” Jurnalistlər Birliyi və “Mingəçevir işıqları” qəzeti tərəfindən şəhərdə monitorinq aparılıb. Öyrənilib:  Hansı qəzetlərdən kimlər gəlib və nə istəyiblər?  Onlar əsasən hansı müəssisələrdə olublar? Təhsil şöbəsinə: • “Korrupsiya və qanun” qəzetindəm 12.07.12-ci ildə xəbərlər şöbəsinin müdiri Əhmədov Vasif Əyyub oğlu • “Sirr qapısı” qəzetindən 24.07.12- ci ildə xüsusi […]

Liftin qapısı üçüncü mərtəbədə açılmır

Mingəçevir sakini Əhmədova Sevil Xəlil qızı 20 Yanvar küçəsindəki 12 saylı evdə, 9 mərtəbəli binanın üçüncü mərtəbəsində yaşayır. O, uzun illər TRM zavodunda texnoloq vəzifəsində çalışıb və “qazancı” ikinci qrup əlillik olub. Xəstəliyi ayağıyla bağlıdır: “Üçüncü mərtəbəyə qalxan zaman təngənəfəs oluram. Qapımın ağzında liftin açılması üçün lift idarəsinə dəfələrcə müraciət etmişəm. Lakin bir faydası yoxdur. […]

“Əfqanıstan müharibəsi – bir nəslin tarixçəsi”

Öncə tədbir iştirakçıları Əfqanıstanda və Qarabağ müharibəsində həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Layihənin rəhbəri Babək Məmmədov məlumat verərək bildirib ki, məqsəd Əfqanıstan müharibəsində döyüşən soydaşlarımızın iştirakına dair məlumatlandırıcı və maarifləndirici vəsaitlərin hazırlanması, veteranların və onların ailələrinin problemlərini ictimaiyyətin diqqətinə çatdırılması olub. Natiq qeyd edib ki, indiyədək Azərbaycan və ingilis dillərində almanax […]

“Qəzet müstəqil deyilsə, özünü tam ifadə etməyəcək”

30 iyun-1 iyul 2012-ci ildə Mingəçevir Media Mərkəzində Media Hüququ İnstitutu (MHİ) IREX-Azərbaycan təşkilatının maliyyə yardımı ilə “İfadə azadlığı” mövzusunda Mingəçevirdən və ətraf bölgələrdən olan jurnalist və bloqçular üçün 2 günlük təlim keçirdi. Məqsəd yeni bilgilərə yiyələnmək, məlumat almağın yollarını öyrənmək idi. Salamlaşdıq, tanış olduq Öncə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev iştirakçıları salamladı […]

“Baxın, odur mənim viranə qalmış evim”

Səhər saat 7-radələrində avtobusla Bakıdan Naxçıvana yola düşdük. 6-7 saatlıq yolu düz 14 saata getməli olduq. Yol boyu ya maşın sıradan çıxır, ya da ki, gömrükdə növbə gözləməli olurduq. Amma bütün bunlara və yayın istisinə baxmayaraq, günün sonunda doğulub boya-başa çatdığım torpağa, yaxınlarıma qovuşacağım üçün sevincimin həddi-hüdüdu yox idi. …İran sərhəddindən keçərkən sərnişinlərin hamısı gözünü […]

Polis-vətəndaş əl-ələ

İctimaiyyətlə polisin arasında qarşılıqlı hörmət, etibar, inam və məhəbbət körpüsü yaranıb İnsanlar həmişə polis orqanlarına üz tutublar. Bu, müxtəlif səbəblərlə bağlıdır. Adətən cinayətkarların təzyiqinə məruz qalanda kömək edəcək təşkilat kimi ilk növbədə ağıla polis gəlir. Kiminsə evini yarırlar, cibini soyurlar, hətta dələduzluqla pulunu alırlar, qeyd-şərtsiz polisə üz tutur. Bir sıra hallarda bu məsələlər digər orqanların […]

“Duyğularım” dilə gəldi

Şeirlərindən ibarət yeni diskini təqdim edən Zeynəb Ədalətqızı onu sevənlər üçün maraqlı bir gün yaşatdı Bu həyat yolumu yazıb-yaradan, Neçə il, neçə gün keçdi aradan. Qaranlıq dünyaya düşdüm sonradan, Mənim də gözümə işıq ver, Allah! Bu sətirlərin müəllifi, gənc şairə Zeynəb Ədalət qızı 21 iyun 2012-ci ildə sözü, sənəti başa düşənləri və dəyərləndirənləri Mingəçevir Media […]

Yerli medianın problemləri Mingəçevirdə

16 iyun 2012-ci ildə Mingəçevir Media Mərkəzində Regional Media Birliyinin (RMB) növbəti toplantısı keçirilib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd edib ki, məqsəd telekompaniya və qəzet bazarını inkişaf etdirməkdir: “Biz elə qurum formalaşdırmalıyıq ki, yerli medianın problemləri ilə məşğul olsun. Maraqlı bir ideya ilə dövlət orqanlarının qarşısında məsələ qaldıra bilərik. Bununla bağlı saytın […]

Evinizi sığorta etdirmisinizmi?

Son zamanlar çox tez-tez yol nəqliyyat və təyyarə qəzaları, yanğınlar, oğurluq, istehsalatda bədbəxt hadisələr və təbii fəlakətlər haqqında məlumat alırıq. Hər belə bir məlumatın arxasında insan faciəsi, bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu məlumatlar özlüyündə sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizmdən lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman maddi və […]

Jurnalistlər üçün kiçik qrant müsabiqəsi

IREX –Azərbaycan Nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi sərbəst (“freelance”) jurnalistləri “Sərbəst jurnalistika sahibkarlıq fəaliyyəti növü kimi” mövzusunda Amerikalı jurnalist Karen Coates’in  iki günlük təlimə və bu layihə çərçivəsində kiçik qrant müsabiqəsinə dəvət edir. Təlim iyulun 1-ci həftəsində Bakı, Şəki və Mingəçevirdə keçiriləcək (konkret tarix tezliklə bəlli olacaq). Təlimdə iştirakçılara öz biznes modellərini qurmaq: xəbər istehsalı […]