“İcra hakimiyyəti başçısı imzaladığı sərəncamla yerli səviyyədə dövlətin adından akt qəbul edir”
Noyabrın 6-da inzibati aktların qəbulunda iştirak edən məmurlar üçün seminar keçirilib. Mingəçevir Media Mərkəzində GİZ-in (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) təşkilatçılığı ilə baş tutan toplantıda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov yeni inzibati hüquq mövzusunda fikirlərini bölüşüb. Natiq izah edib ki, əvvəllər inzibati hüquq dedikdə vətəndaşın dövlət qarşısında vəzifələr daşıdığı başa […]