Browsing category

Cəmiyyət

General-leytenant Arzu Rəhimov Mingəçevirdə 40-a yaxın vətəndaşı qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 18-də Mingəçevir şəhərində bölgə vətəndaşlarını qəbul edib. Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında keçirilən qəbulda Gəncə və Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri əsasən xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə […]

Gözü yaşlı ata və ana

Şəhidlər Xiyabanında oğul məzarının başında bir ana və ata ağlayırdı. Onlar Milli Qəhrəman Ruslan Muradovun  valideyinləridirlər. Ana qeyri millətdən olsa da azəri dilində oğluna dil deyib məzar üstünə göz yaşları tökürdü. Onların dərdinə şərik olmaq üçün oğullarına Allahdan rəhmət dilədik. Elə Şəhidlər Xiyabanında bu ata və ana ilə həmsöhbət olduq. Atanı qəhər boğdu, gözləri yaş […]

QHT və KIV insan alverinə qarşı birgə çalışarsa…

2016-cı il dekabrın 13-dən 16-dək Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi Bakı şəhərində QHT və kütləvi informasiya vasitələri nümayəndələri üçün təlim təşkil edib. Təlim insan alveri və əməyin istismarı hallarının müəyyən edilməsi və monitorinqi, onlara dair məlumat verilməsi və zərərçəkmişlərin istiqamətləndirilməsi barədə mövzuya həsr edilib. Təlimin ən maraqlı hissəsi Lunanın hekayəsi ilə bağlı olub. Jurnalistlər […]

Gənclərin radikal meyllərdən qoruyaq!

Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlax bölgəsinin təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə şəhərdəki 1 saylı tam orta məktəbdə  Gənclərin radikal meyllərdən qorunması  mövzusunda konfrans keçirilb. Konfransda məktəbin pedaqoji kollektivi və 9-11 sinif şagirdləri iştirak ediblər. Məktəbin direktoru Aynur Rəsulova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri […]

“Oğlumun cəsədi də tapılmadı, gözlərim yoldadır”

2015-ci il dekabr ayının 4-də  “Günəşli” yatağındakı  10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərovdur Mingəçevirdə, 1957-ci il noyabrın 29-da anadan olan İnqilab ixtisasca nəqliyyatçı idi. O, ömrünün axırıncı 10 ilini dənizdə işləyirdi. İki övlad atası olan neftçi hadisə zamanı itkin düşdü. Bu günə qədər onun cəsədi də […]

Üçüncü qrup əlilliklə 55 manat alan lal-karlar ailələrinin dolandıra bilmirlər

3 dekabr Beynəlxalq Əlilər günü ərəfəsində dil və eşitmə qüsuru olan əillərlə görüşüb,  onların problemləri ilə yaxından tanış olduq. Onlarla ünsiyyət qurmaqda bizə  Mingəçevir şəhər Rayonlararası Lallar-Karlar Cəmiyyətinin sədri Elman Abbasov kömək etdi. Elman müəllim qeyd etdi ki, Mingəçevirdə hazırda 291 nəfər lal-kar qeydiyyatdadır: “Lal-karlar 3 qrup əlil sayılırlar, çünki onlar fiziki qüvvəyə malik olduqları […]

İsrail dövlətinin səfiri şəhərimizin qonağıdır

Noyabrın 16-da İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Mingəçevir şəhərinə səfər edib. Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov qonağa Mingəçevir barədə ətraflı məlumat verib, xüsusən şəhərdə Komputer və “Akkord” sənaye müəssisələrinin yenidən bərpa olunduğundan,  Mingəçevir Dövlət Universtieti, Turizm və Tibb kolleclərinin fəaliyyətindən, şəhərdə aparılan abadlıq-quruculuq işlərindən söhbət açıb: “Cənab prezidentimiz İlham Əliyevin […]

“Mingəçevirdə avropalı turist nəyə baxa bilər?”

Görüş zamanı əhalinin məşğulluğu, peşə təhsili, şəhərin turizm və investisiya imkanları müzakirə olunub. Xanım  vurğulayıb ki, Azərbaycan nəinki neft –qaz yataqları  ilə zəngindir, həm də dünyanın əlverişli mövqeyində yerləşməsi ilə fərqlənir: “Çindən Avropayadək uzanan ipək yolu Azərbaycandan keçir”. N.Bayramov qeyd edib ki,  1948-ci ildə şəhər statusu alan Mingəçevir ölkənin 4-cü şəhərdir, sənaye məkəzlərindəndir: “İndi Qafqazda […]

Mindən çox insan 101 iş yerinə göz dikmişdi

Oktyabrın 28-də Mingəçevir şəhərində iş axtaranlar üçün əmək yarmarkası keçirilib. Mindən çox  işsiz insanın ümid ilə üz tutduğu yarmarkada isə cəmi 30 nəfərə göndəriş verilib. Xeyli müddətdir ki,  yarmarkanın olacağı günü səbrsizdiklə gözləyən qaynaqçı Ramil Ələkbərov deyir ki, bu günə kimi ümidli imiş: “Yarmarkada yaşananları görüb, səbrimə hakim ola bilmədim. Mindən çox insanın ümid yeri […]

11 bölgənin jurnalistləri insan alveri probleminin aradan qaldırılması yollarını Mingəçevirdə müzakirə ediblər

Oktyabrın 22-də və 23-də Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində 11 bölgənin jurnalistləri bir araya gəlib. Onlara 2 gün ərzində «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda təlim keçilib. Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, […]