Browsing category

Cəmiyyət

“Yazanda arxanızda qoyub getdiyiniz insanları düşünün”

“Jurnalist kiminsə yaratdığı mifi qəbul etməməlidir” Mayın əvvəlində Mingəçevirdə həyat yoldaşını soyuq silahla,  çoxsaylı zərbələrlə qətlə yetirən gəncin adı bir neçə gün xəbər portallarından düşmədi. Olayla bağlı jurnalistlər şahidlərin və mərhumun əzizlərinin söylədikləri mümkün bütün versiyaları yaydılar. Bununla da tərəflər- həm qurban, həm də ittiham olunan və yaxınları barədə məhkəmənin hüquqi  aktı olmadan ortalığa ziddiyyətli […]

Başçı veteranlara baş çəkdi

Alman faşizmi üzərində tarixi qələbə xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. O vaxtdan  72 il  keçməsinə baxmayaraq,   qələbə sevinci müharibə  veteranlarını tərk etmir. Zaman veteranların sıralarına “əl gəzdirsə” də,  vətənin bir çağırışı ilə onların yenidən silaha sarılmaq əzmini qıra bilməyib. 97 yaşlı Milan Yusifov və  Baba Əliyev, 94 yaşlı Nadejda Orucova və Seyidağa Ağayev,  92 yaşlı Əmrah Rzayev  onları yad edən hökumət və bələdiyyə rəhbərlərinə […]

Mingəçevir nöbəti aprel şəhidini anıb

Azərbaycan ordusunun düşmənin təxribatlarına cavab olaraq, tarixi qələbə qazanmasından bir il ötür. Ötən ilin aprel ayında Ermənistan ordusunun çoxlu canlı qüvvə və hərbi texnikasını sıradan çıxaran  qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu da məhv edərək,  strateji yüksəklikləri azad etdilər. Bu zaman torpaqlarımızın qorunmasında Azərbaycanın igid oğulları mərdlik,vətənə sadiqlik nümayiş etdirdilər, düşmən tapdağı altında olan torpaqlarımızı […]

Goranboyda sevginin gücü

80 yaşlı Cahangir Quliyev sevdiyi qadına sadiqlik nümayiş etdirir.  Belə ki, 54 il öncə ailə quran Goranboy sakini dünyasını dəyişən həyat yoldaşından cismən ayrılsa da rühən onunladır. O, bildirdi ki,4 il öncə ömür-gün yoldaşı dünyasını dəyişib: “Ondan ayrı qalmamaq üçün  xanımıma məzar daşı hazırladan zaman öz şəkilimi də baş daşının yanında çəkdirdim. Düzdür, bu addımım […]

İki az yaşlı qız küçədə

Bayram ərəfəsində Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasına baş çəkəndə iki az yaşlı uşağın da bura gətirildiyinin şahidi olduq. Sanatoriyanın baş həkimi Fəxrəntac xanım bildirdi ki, bu uşaqlar şəhər polis şöbəsinin və  şəhər İcra Hakimiyətinin xəttilə gətirilib. Mingəçevir İcra Hakimiyyəti  başçısı yanında  Qəyyumliq və Himayəçilik Komissiyasının nümayəndəsi Tofiq Əsgərovun dediyinə görə,  bu uşaqları  vətəndaşlar  H.Əliyev Məscidinin qarşısında […]

“AzNar” hərbi hissələrə bayram sovqatı aparıb

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə növbəti dəfə Bərdə və Tərtər rayonlarındakı “N” saylı hərbi hissələrə Novruz bayramı münasibətilə sovqat göndərilib. Hərbi hissələrdə zabit və əsgərlərlə görüşən “AzNar” QSC-nin nümayəndələri Asif Əhmədov və Vüqar Muradov ön cəbhədə düşmənlə üzbəüz Vətənin keşiyində ayıq-sayıq dayanan igid oğulları bayram […]

Bərdədə və Mingəçevirdə açıq məlumatlar barədə məsləhət görüşləri keçirilib

Mingəçevir  Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində  martın 13-də Bərdə və Mingəçevirdə icra hakimiyyəti,  təhsil, səhiyyə, mədəniyyət  və statistika işçiləri üçün  açıq məlumatlara dair  məsləhət görüşləri […]

Xocalı soyqırımı məcburi köçkün məktəbində anılıb

Mingəçevirdəki 51 saylı  Ağdam məcburi köçkün məktəbində Xocalı qətilamının 25-ci ildönümü ilə əlaqədar ədəbi kampozisiya nümayiş olunub.Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət  rəsmlərə tamaşa ediblər.  Bu  rəsmlər  Xocalı soyqırımında həlak olmuş, öldürülmüş, işgəncələrə məruz qalmış insanlar  barədə idi. Xocalıda həlak olanlarıx xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Tədbirin təşkilatçılarından olan Cimnaz Əliyeva […]

“Bu gün əsgərlərin rahat yerlərdə xidmətini təşkil etmək üçün valideynlərdən pul alınmır”

Fevralın 13-də Mingəçevirdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi idarə və təşkilat, ictimaiyyət nümayəndələrinin, veteranların iştirakı ilə qeyd edilib. Xidmətin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov 5 il ərzində xeyli işlərin görüldüyünü, köhnə illərdən qalmış sözün məcazi mənasında paslanıb yığılmış problemlərin bu illər ərzində həllini tapdığını deyib: “Bu gün əsgərlərin […]

Əfqan veteranlarının xatirəsinə həsr edilmiş intellektual yarış

Fevralın 11-də Mingəçevir Gənclər Evində Sovet ordusunun Əfqanıstandan çıxarılmasının 28-ci ildönümü münasibətilə gənclər arasında intellektual yarış keçirilib.Yarışda Mingəçevir Dövlət Universtieti, Mingəçevir Tibb Kolleci,   İstək liseyi və Mingəçevir gənclərinin iştirakı ilə 3 komanda iştirak edib. 24 sualdan ibarət olan intelektual yarışda I yeri MDU-nin “Çərpələng”, II yeri Mingəçevir gənclərindən ibarət “Demon” və nəhayət III yeri “İstək” […]