Qırx ildən sonra görüş
40 ildən çox zaman ayırırdı bu insanları. Bu həsrətə son qoymaq isə noyabrın 19-na təsadüf etdi. 50 il əvvəl valideynin əlindən tutub sinif otağına gəldilər. Tanımadıqları uşaqlarla bir parta arxasında oturdular. Yazdılar, oxudular, öyrəndilər və beləcə bir-birinə öyrəşdilər. Yaxşı oxuyanı da oldu, zəifi də. Dəcəli də, sakiti də. Bir də baxdılar ki, illəri yola veriblər: […]