Browsing category

Cəmiyyət

İctimai nəqliyyatda qiymətlər artırıldı

  Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərin müraciətləri nəzərə alınınmaqla ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.  Belə ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş […]

“İstərdim ki, düzü-düz, əyrini-əyri göstərəsiniz”

Azərbaycan Milli Mətbuatının 143-cü ildönümüylə əlaqədar iyulun 20-də Mingəçevirdə fəaliyyət göstərən yerli və bölgə KİV-lərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə “Mingəçevir işıqları”, “Mingəçevir”, “Azərbaycan işıqları”, “Azərbaycan bələdiyyəsi”, “Azadlıq” qəzetləri, “Bənövşə” jurnalı və  “AZTV”-nin bölgə müxbirləri iştirak ediblər. İcra Hakimiyyəti aparatının məsul işçisi Sahib Əliyev media mənsublarına İH başçısı Niyazi Bayramovun  salamını çatdırıb.  Azərbaycan mətbuatının keşməkeşli […]

Xoş gəldin, Ramazan!

Mayın 11-də Mingəçevir Media Mərkəzində şəhərdəki Heydər məscidinin dini icması gənclərlə  “Xoş gəldin, Ramazan” adli tədbir kecirib. Mingəçevir Dövlət Universitetinin müəllimi İlhamə İsmayilova, Mərkəzi Xəstəxananın həkimi Kamran Qafarov, ilahiyyatçı dinşünas Cavid Ələmdar Təqi  orucluq ayının savabıından danışıblar.

Mingəçevirdə Data və insan hüquqları

Mingəçevir bu gözəl bahar günlərində daha bir tədbirə ev sahibliyi etdi. Bölgə jurnalistləri bir araya gəldi, öyrəndi, müzakirə etdi. Bu vacib və maraqlı tədbiri isə, Data Jurnalistika təliminin proqram rəhbəri, hörmətli Fərman Nəbiyev idarə edirdi. Ona Fərman müəllim demək daha doğru olardı, çünki belə tədbir jurnalistlərin, icma üzvlərinin maariflənməsinə, dünyagörüşünün artmasına xidmət edir. Belə bir […]

Gənclər və idman naziri Mingəçevirdə 20-dən çox müraciətə baxıb

Martın 27-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarında yaşayan vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda ümumilikdə 20-dən çox müraciətə baxılıb. Müraciətlər gənclər, idman və digər sahələri əhatə edib. Gənclər […]

Əflatun Amaşov: “Mingəçevirin inkişafında yubileyinə toplaşdığımız bu qəzetin əvəzsiz rolu var”

Fevralın 28-də “Mingəçevir işıqları” qəzetinin 70 illik yubleyi qeyd edilib. Mingəçevirin idarə və  müəssisə rəhbərlərinin,  çoxsaylı ziyalıların  və fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar öncə qəzetin keçdiyi uzun yoldan bəhs edən videoçarxı izləyiblər. Qəzetin baş redaktoru,  əməkdar jurnalist Fərman Nəbiyev çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirərək,  yubilyar nəşrin keçdiyi yola bir qədər də geniş aydınlıq […]

Kamal Nəcəfli gəncləri karyera arxasınca getməyə çağırdı

“Bəzən gənclər hansısa yüksək vəzifəni tutmağa tələsirlər, Unutmayın ki, əksəriyyət  gələcək karyerasını qurmağa sıravi işdən başlayır, hətta xeyli müddət könüllü kimi çalışır. Sizin də maddiyyət barədə deyil,  addım-addım karyera dalınca gedəcəyinizə inanıram”. 2 Fevral Gənclər Günü münasibətilə yanvarın 31-də  Mingəçevir Gənclər Evində keçirilən  toplantıda  Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli belə deyib. […]

“Qan tökərək, can qazanıb Azərbaycan…”

“18 il hərbi xidmətdə olan Rəhimin adıyla bura çağrılmışam. Mən aprel şəhidinin həyat  yoldaşıyam. Şəhid yoldaşı olmaq isə hər kəsə qismət olmur. Bu gün mən üç övlad –iki oğul, bir qız böyüdürəm. Yeni il yaxınlaşır. İkinci ildir ki, övladlarım bayramı  atasız qarşılayırlar. Bizim üçün ağırdır. Uşaqlarım çox istərdilər ki, ataları yanında olsun.  Qızım deyir ki, […]

“Cənnətdə Allahın Rəsulu var”

Dekabrın 6-da “Mənəvi Saflıq” Vətəndaş Maarifçiliyi Fondunun təşəbbüsü ilə şəhərin “İzmir” kafesində Peygəmbərin mövlud günü qeyd olunub. Fondun rəhbəri Əhməd Əfəndi deyib ki, səma elçisi Həzrəti Məhəmməd (s)  dünyaya gəlişi ilə insanlara Allahdan xəbər gətirib: “Buna görə də Peyğımbərin dünyaya gəlişi bayramdır və biz də  bayrama toplaşmışıq”. Bundan sonra Qurani-Kərim oxunub, ilahiyyatçı qardaşların söhbətləri dinlənilib. […]

“Həzrəti Məhəmməd (s) mərhəmət peyğəmbəridir” mövzusunda gənclərlə görüş keçirilib

Mingəçevir Media Mərkəzində şəhərdəki Heydər Məscidinin təşkilatçılığı ilə  Peygəmbərin mövlud həftəsi çərçivəsində “Həzrəti Məhəmməd (s) mərhəmət peyğəmbəridir” mövzusunda gənclərlə görüş keçirilib. İlahiyyatçı Pünhan  Hüseyn və Cavid Ələmdar, Mingəçevir Dövlət Universitetinin müəllimi, psixoloq  İlhamə İsmayılova,  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev mövzu ətrafənda fikirlərini bölüşüblər. Onlar vurğulayıblar ki, bütün peyğəmbərlərin məqsədi insanları haqq  yoluna qaytarmaq […]