Browsing category

Cəmiyyət

Narın yağış altında baş tutan Novruz şənliyi

Martın 19-da narın-narın yağış çiləməsinə baxmayaraq, mingəçevirlilərin ümumşəhər şənliyi Səməd Vurğun adına meydanda baş tutub. Hər tərəfi al-əlvan plakat və pannolarla, yaşıl səməni, Novruzun digər rəmzləri ilə bəzədilmiş meydan bayramı hərəkətə gətirən iştirakçıların ixtiyarına verilib. İdmançılar, xüsusən də pəhləvanlar öz qabiliyyətlərini göstəriblər. Meydan boyu tonqal ətrafına cəmləşən müəllim və şagirdlər bayram münasibətilə hazırladıqları əl işlərini, […]

Hərbi hissədə “Açıq qapı”

Martın 17-də “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçi-rilib. Mingəçevir ictimaiyyətinin nümayəndələri şanlı ordumu-zun əsgər və zabitləri ilə görüşüb, onlara Novruzun gəlişi mü-nasibətilə təbriklərini çatdırıblar. Dədə Qorqud və Bahar qıza, Kosa və Keçələ çevrilən MDDT-nın aktyorlarının, Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi üzv-lərinin, şəhərin mədəniyyət kollektivlərinin və məktəb şa-girdlərinin rəngarəng çıxışları maraqla qarşılanıb. Əsgərlər on-lara […]

Sakinlər hansı problemlərə diqqəti yönəltdilər?

Martın 13-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Aydın Məmmədov, Əliağa Vahid  və Nizami Gəncəvi  küçələrinin  bir qrup yaşayışçısı ilə görüşüb. Sakinlərdən Yaqub Hüseynov, Şəmsəddin Abbasov, Vilayət Süleymanov və Dilarə Abdullayeva diqqəti narahatlıq doğuran problemlərə yönəldiblər. Onlar istilik sisteminin yenidən qurulması, təhlükəli vəziyyətdə olan ağacların kəsilməsi, məhəllələrin asfalt örtüyünün dəyişdirilməsi, binaların zirzəmilərində yığılıb qalan […]

Mingəçevirdə DYP əməkdaşları qadın sürücülərə bayram sürprizi edib

DYP-nin Mingəçevir bölməsi yollarda təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, həm də qadın sürücülərə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  sürpriz etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Mi-news.az xəbər verir ki, Yol polisi əməkdaşları  sükan arxasında avtomobil idarə edən 30-dan çox qadını saxlayaraq onları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, hər birinə çiçəklər veriblər. […]

8 Martdır, anacan…

Sabah dünyanın əksər hissəsində 8 Mart Beynəlxalq Qadınlar günü qeyd ediləcək. Təqvimimizin bayram gününü biz də yaddaqalan şəkildə keçirməyə, ana və bacılarımıza, xanımımıza və qızlarımıza daha çox diqqət yetirməyə çalışırıq. Amma unuduruq ki, ilin qalan 364 gününü qadınlar  adi nəvazişə ehtiyac duyur, üstəlik təhqir və təzyiqlərə, işgəncələrə məruz qalırlar. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin […]

“Əfqan veteranları sonradan Qarabağ döyüşlərinin iştirakçılarına, əlillərinə, şəhidlərinə çevrildilər”

Fevralın 15-də Mingəçevir Dövlət Dram Teatrı keçmiş sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyinə həsr olunan möhtəşəm bir tədbirə ev sahibliyi edib. Qeyd olunub ki, 1979-cu ildə SSRİ Əfqanıstanda sülhü bərqərar etmək, əmin-amanlıq yaratmaq, yerli əlaliyə dostluq köməyi adı altında müharibəyə başlayıb. Əslində isə həmin ölkəni öz əsarətinə salmaq məqsədi güdülübb. 10 il ərzində bu əməliyyatlarda […]

Məktəb direktoru və hərbi müəllim gənclərin çağırışadək hazırlıq fənninin tədrisinə görə fərqləndi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 7 il keçir. Bu münasibətlə fevralın 13-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. İştirakçılar ulu öndərin abidəsi önünə  gül  qoyaraq  ehtiramlarını bildirib, onun həyat və fəaliyyətinə həsr edilən sərgi ilə tanış olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Şirvan Xasıyev […]

Təqaüdçü: “Ayda bir dəfə də ət ala bilmirəm”

Mingəçevir sakini, təqaüdçü Kərəm Cəfərov deyir ki, pensiyası nə qədər qalxsa da, evinə bir kilo ət ala bilmir: “Yaşlı adamam. Aldığım 180 manat pensiya ilə çox çətinliklə dolanıram. Əgər ayda bir dəfə bu pula ət ala bilmirəmsə, bunun nəyi yaxşı oldu. Pensiyanını artırılması mənim təqaüdümə 3-4 manat təsir edib. Ayın axırı gələndə bilmirəm hara qaçıb […]

GIZ Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı media müsabiqəsi elan etdi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir. Müsabiqə əlilliyi olan şəxslərlərin sosial, iqtisadi, əmək, fundamental hüquqları və əlilliyin daha yaxşı dərk edilməsi mövzularında yazılar hazırlamaq və beləliklə bu kateqoriya insanların […]

Bakıda Sahibkar xanımlar üçün təcrübə klinikası keçirilib

Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin  dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində fevralın əvvəllərində Azercell şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olunub. Təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və s. barədə məlumat əldə […]