Browsing category

Cəmiyyət

Mingəçevirdə özbaşına, qanunsuz tikililər söküləcək

Ötən ilin 25 iyulundan Mingəçevirdə qanunsuz və özbaşına tikintilərin isökülməsinə başlanıb. İcra Hakimiyyəti başçısının sərəncamıyla özbaşına tikintilərə yol verilməməsi məqsədilə yaradılmış komissiyada Sağ sahil və AzDRES yaşayış massivləri üzrə işçi qrupunun və şəhər Bələdiyyəsinin sədri Coşqun Abdullayevin dediyinə görə, xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz hərəkətlərə yol verirlər: “Fazil Əzimov döngəsindəki 5 saylı evdə […]

İlham İsmayılov : “Şəhərdə abadlaşmayan məhəllə qalmayacaq”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüşünü keçirib. Bu dəfə 127-ci məhəllənin sakinləri 1 nömrəli orta  məktəbin akt zalında toplaşıblar. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. İcra Hakimiyyəti başçısı bu günə qədər şəhərdə keçirilən səyyar görüşlərin nəticələri ilə bağlı məlumat verib. […]

“Şəhərsalma planı bir nəfərin istəyinə uyğun həyata keçirilə bilməz”

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Şəhərsalma və Tikinti Məcəlləsi”nin izahına dair növbəti seminarını Mingəçevirdə və Yevlaxda dövlət qulluqçuları üçün təşkil edib. Azərbaycan Respublikası Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, şəhərsalma sahəsində nizam-intizam yaratmaq, nəyin harda tikilə biləcəyinə və […]

İ.İsmayılov: “Problemlər mərhələli şəkildə həllini tapacaq”

Mingəçevirlilərlə icra hakimiyyəti başçısının görüşləri ənənə halını alıb. Sakinlər etiraf edirlər ki, illərlə yığılıb qalmış problemlər həll olunur, narahatlıqlara son qoyulur. 14 saylı məktəbin konfrans zalında A.Məmmədov, Ş.İ.Xətai, Nizami və Nərimanov küçələrinin sakinləri ilə keçirilən görüşdə bu məsələ xüsusilə vurğulanıb. Görüşdə iştirak edənlər mövcud problemlərə də toxunaraq, qarşılaşdıqları çətinliklərdən danışıblar. Bildiriblər ki, məhəllədəki yaşayış binaları […]

Qadınların cəmiyyətdə rolunu artırmaq, sosial statusunu yüksəltmək üçün

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində Mingəçevirdə “Qadın hüquqları” üzrə seminar keçirib. Layih’nin ekspert Məftunə İsmayılova ailənin sosial-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətlərin uşaqlara və  sosial rollara təsiri, uşaqların davranışlarının qiymətləndirilməsi, valideynlik bacarıqları barədə məlumat […]

Mingəçevirdə aprel şəhidinin xatirəsi anılıb

Aprel döyüşlərindəki  qələbədən 3 il keçdi. Bu şanlı qələbənin əldə edilməsində ən uca zirvəyə-şəhid adına yüksələnlər xalqımızın and yerinə çevriliblər.  Onların xatirədi dövlətimiz tərəfindən əbədiləşdirilir, ailələri bir an da olsun diqqət və qayğıdan kənarda qalmır. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimaiyyətinin nümayəndələri aprel şəhidi Qasımov Teymur Sabir oğlunun növbəti […]

“Aprel döyüşləri bizim şanlı tariximizdir” devizi ilə

Mingəçevir gəncləri aprel şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, burada uyuyan mərd oğullarımızın məzarlarını ziyarət ediblər. Bundan sonra onlar Mingəçevir Gənclər Evində “Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı tədbirə toplaşıblar. MGE-nin direktoru Tural Kərimov şanlı tariximiz boyu bir çox döyüşlərə şahidlik edən ölkəmiz üçün aprel döyüşlərinin xüsusi bir mərhələ, xarici müdaxilələrə layiqli cavab […]

Könüllülər İH-də nə edəcəklər?

3 aprel 2019-cu ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov İH-də könüllülük fəaliyyəti ilə məşğul olacaq gəncləri qəbul edib. Tədbirə dəvət olunmuş könüllülər özlərini təqdim etdikdən sonra başçı bildirib ki, onlar müraciət edən xeyli gəncin içindən seçilib: “İcra Hakimiyyəti könüllülük fəaliyyəti ilə bağlı qanuna və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı”na müvafiq olaraq, öz […]

Başçı ilə növbəti görüşdə çoxsaylı problemlər qabardıldı

3 aprel 2019-cu ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Xətai küçəsindəki 2, 4 və Nəriman Nərimanov küçəsindəki 44 saylı binaların sakinləri ilə səyyari görüş keçirib. Dövlət başçısının son vaxtlar əhalinin maddi rifahının yüksəldilməsi məqsədilə minimum pensiya, əmək haqqı və müavinətləri artırması, banklardan alınan kreditlərin ödənilməsi, zəlzələdən və yanğından zərər çəkənlərə yardımların göstərilməsi istiqamətində […]

Qaydaları pozan piyadalar məsuliyyətdən yayınmağa çalışsalar da…

Kimisi övladı ilə piyada keçidi olmayan yerdən keçir,  kimisi öz həyatını təhlükəyə ataraq qaydaları pozur.  Yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq yollarda qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi üçün Dövlət Yol Polisi  Mingəçevir bölməsi bu gün gücləndirilmiş iş rejimində çalışıb. Şəhərin Heydər Əliyev prospekti,  20 Yanvar və Nəriman Nərimanov küçələrində piyadaların nəqliyyat yollarından keçidinə nəzarət […]