Browsing category

Cəmiyyət

Məcburi köçkünlər üçün qəzet nəşr ediləcək

Oktyabrın 11-12-də Mingəçevir Media Mərkəzində Azərbaycanda Məcburi Köçkünlərlə iş şəbəkəsinin (“Birləşmiş imkanlar”) üzvləri üçün “Məcburi köçkünlərin sosial problemləri üzrə ictimai maraqların müdafiəsi kampaniyası” üzrə təlim keçirilib. Humanitar Tədqiqatlar Cəmiyyətinin (HTC) sədri Əvəz Həsənov şəbəkənin son toplantısından sonra baş verənlər haqqında məlumat verib. HTC-nın eksperti Bəxtiyar Aslanov sorğuların və tədqiqat işlərinin aparılması texnikası barədə danışıb. Təlim […]

Ahıllar İcra Hakimiyyəti başçısına təkliflərini verdilər

Beynəlxalq Ahıllar günü münasibətilə   oktyabrın 1-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov çay süfrəsi ətrafında Mingəçevirin ilk qurucuları və ahıl sakinləri ilə görüşüb. Ölkədə və şəhərdə görülən işlərdən danışan başçı ahılları maraqlandıran məsələlərə aydınlıq gətirib. Xüsusən istilik, iş yeri, suvarılma problemlərinin həlli ilə bağlı atılan addımlardan danışıb. 100 yaşını haqlayan Baba Əliyevin təşəbbüsü ilə […]

Nofəl Qasımov: “Natiqin sağ olması xəbəri türk mətbuatında da yayılıb”

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. Mingəçevirdə yaşayıb. Şəhərdəki 4 saylı tam orta məktəbin məzunudur. 1991-92-ci illərdə “Qarabağ Şahinləri” adlı könüllü dəstənin tərkibində döyüşüb. 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün […]

“Qafqaz: Gözəlliklər və kədər diyarı”

Kitabın redakoru, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı bu dəyərli əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda bütün türk dünyasına, islam aləminə qarşı açıq müharibəyə atılmış erməni millətçilərinin tarix  boyu törətdikləri çirkin əməllərdən, məkrli siaysətdən, Azərbaycanın və Türkiyənin torpaqlarını ələ keçirmək üçün həyata keçirdikləri cinayətlərdən söz açılır: ”Kitab hər bir azərbaycanlı, bu yurdu sevən […]

Mingəçevirdə “Aşura günü”ndə qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” könüllü qanvermə aksiyaları Mingəçevirdəki Heydər Əliyev məscidində də  keçirilib. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin  müdiri Vüsalə Səfərəliyevanın verdiyi məlumata görə,  səhər saatlarından başlayan qanvermə aksiyası davam edir: “Saat 12-yə olan məlumata əsasən 167 nəfər qan verib. Bu aksiya axşam saat 6-ya qədər davam edəcək”.

Asfalt üzərində sülh düşüncələri

Sentyabrın 4-də Mingəçevirdə “Qoy həmişə günəş olsun” mövzusunda rəsm müsabiqəsi keçirilib. Şəhər stadionunda təşkil olunan müsabiqədə  28  uşaq və yeniyetmə iştirak edib. Uşaqlar asfalt üzərində çəkdikləri bir-birindən maraqlı rəsmlərdə mavi səma, sülh göyərçini, Qarabağ və müharibə barədə düşüncələrini əks etdiriblər. Uşaq–Gənclər İnkişaf Mərkəzinin əl işlərindən ibarət sərgi və balaca fidanların ifasında rəngarəng şeirlər də maraq […]

Hərbiyə maşın ustası kimi çağırıldı, amma döyüşçü kimi şəhid oldu

Məhərrəm Şamxalov şəhid qardaşından danışanda göz yaşlarını saxlaya bilmir. Deyir ki, o, Mingəçevirdə, Qaz İstismarı İdarəsində işləyirdi: “1992-ci ildə şəhər hərbi komissarlığından çağırış vərəqəsi gəldi. Onu Ağdama yolladılar. Tahir ilk hərbi xidmətini Çexoslovakiyada başa vurmuşdu. Orada tank, BMP maşınlarının təmiri ilə məşğul olmuşdu. 5-ci dərəcəli usta idi. Ağdamda da təmirçilər rotasında qulluq edirdi. Döyüşlərin qızğın […]

Şəhid anası oğluna iş tapa bilmir

Milli Qəhrəman Mirabov Rəşad Akif oğlu 3 may 1975-ci ildə Mingəçevirdə anadan olub. Şəhərdəki 7 saylı məktəbdə təhsil alan Rəşad bir müddət atasının yanında – Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi kimi çalışıb. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Əvvəlcə  indiki H.Z.Tağıyev qəsəbəsində, sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçib, xüsusi təyinatlı hissədə […]

Mingəçevirdə İftar süfrəsi

İyulun 26-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə iftar süfrəsi təşkil edib. Açılışına bu mübarək mərasimlə başlayan “Ana Kür” şadlıq sarayında 300-dək dindar və ictimaiyyət nümayəndəsi toplaşıb. Heydər məscidinin imam müavini Müşfiq Nəcəfov Islamın müqəddəs bayramları içərisində orucluğun mühüm yer tutduğundan danışıb, Quranın Əl Bəqərə surəsinin 183-cü ayəsini xatırladaraq, bildirib ki, “Ey iman gətirənlər! […]

Media təmsilçiləri başçıdan nə istədilər?

Milli Mətbuat və Jurnalistika günü bu  dəfə Mingəçevirdə əvvəlki illərdəkindən fərqli şəkldə qeyd olunub. İcra Hakimiyyəti başçısı İlham İsmayılov media mənsubları ilə bərabər hökumət və ictimaiyyət nümayəndələrinin də dəvət edildiyi zalda bayramın təkcə mətbuata deyil, hamıya aid olduğunu vurğulayıb və birmənalı şəkildə deyib ki, məmurlar və digər kateqoriyadan olan insanlar yerli qəzetlərin yaşamasında maraqlı olmalıdırlar, […]