Browsing category

Cəmiyyət

Lələ təpə əsgərləri qayğıya ehtiyacı olan uşaqların yanında

“N” saylı hərbi hissənin əsgərləri qayğıya ehtiyacı olan Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərinə hər cür ərzaq, geyim, uşaq oyuncaqları gətiriblər. Özləri ilə gətirdikləri qoyunu da kəsərək, uşaqlar üçün kabab bişirib və hər bir uşağa bu təamdan dadızdırıblar. Ziyarət zamanı balacalar doyunca yeyib, rəqs ediblər. Onların gözlərində bir sevinc qığılcımı görsənirdi. Hərbi hissənin komandirinin dediyinə […]

Heydər Əliyev meydanından Bayraq meydanınadək ümumşəhər yürüşü

Mingəçevirdə noyabrın 9-da Bayraq günü izdihamlı tədbirlə yadda qalıb. Şəhər rəhbərlərinin və ictimaiyyət fəallarının iştirakı ilə baş tutan yürüş Heydər Əliyev meydanından Bayraq meydanınadək uzanıb. İdmançı gənclər eni 7, uzunluğu 14 metr olan möhtəşəm üç rəngli bayrağı başları üzərində daşıyıblar. Onları əli bayraqlı digər həmyaşıdları müşayiət edib. Daha sonra yürüş Bayraq meydanında coşqulu şənliklə davam […]

ADF “21 AZƏR” Hərəkatının 74-cü ildönümünü elmi-nəzəri konfransla qeyd edib

Noyabrın 6-da “İrşad” İslam Araşdırmalar Mərkəzinin konfrans zalında “21 Azər” Hərakatının 74-cü ildönümü qeyd olunub. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin keçirdiyi tədbirdə partiya funksionerləri, üzvləri, şanlı inqilabın iştirakçıları, şahidləri, alim və tədqiqatçılar, media təmsilçiləri iştirak ediblər. Elmi-nəzəri konfransın açılışında və bağlanışında Azərbaycan Respublikasının və Azərbaycan Milli Hökumətinin himnləri səslənib. Sonra Ulu Öndərimiz Heydər Əliyevin, ADF-nin, […]

Son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır

Qəbirlər fərqli, tutduqları ərazi isə isə geniş. Bir sözlə son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır. Söhbət Mingəçevirdən gedir. Bu şəhərdə 3 əsas qəbristanlıqda mövcud  olan yer sıxlığı son illər ərzində daha qabarıq şəkildə özünü göstərir. Vəziyyət o həddə çatıb ki, Bozdağın yamaclarını yonub orada dəfn üçün yer açılır. İnsanlar dünyasını dəyişənlərini dəfn etmək üçün […]

Böyük şair Kür sahilinə “gəldi”

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri noyabrın 6-da Mingəçevirin Sahil parkında qeyd edilib. Bu yubiley haqda və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı ölkə başçısının sərəncamına uyğun olaraq, il ərzində şəhərin müxtəlif təşkilatlarında silsilə tədbirlər –  elmi-nəzəri konfanslar təşkil olunub, dəyrimi masa ətafı müzakirələr aparılıb, Nəsiminin əsərlərindən […]

Ölkə üzrə 31432 nəfər narkoloji xəstə kimi uçota alınsa da, bu rəqəm reallığı əks etdirmir

Oktyabrın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun Mingəçevirdəki Heydər Əliyev Mərkəzində şəhər aktivinin iştirakilə növbəti toplantısı keçirilib. Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub. Mövzu ətrafında Dövlət Komissiyasının işçi qrupu rəhbərinin […]

Yol polisi məktəbə gəldi

Mingəçevir şəhərindəki Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Mingəçevir Polis Şöbəsi Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov  deyib ki, məqsəd yol hərəkətində təhlükəsizliyi təmin etmək, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Gəncləri DYP ilə birgə tədbirlərdə iştiraka dəvət edən X.Məmmədov onları […]

Masallıda “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə  oktyabrın 28-də Masallı  şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar  keçirilib. “Cənub xəbərləri” qəzetinin konfrans  zalında keçirilən seminara Cənub bölgəsində fəaliyyət göstərən  yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə üzrə təmsilçiləri, həmçinin, yerli QHT və internet fəalları  qatılıblar.  Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  maliyyə yardımı ilə […]

AR Ali Sovetinin sessiyasında Müstəqillik aktının qəbulu

Humanitar Tədqiqatlar İB-nin sədri Əvəz Həsənovun təqdim etdiyi bu video ölkəmiz və millətimiz üçün çox dəyərli bir tarixi əks etdirir.  1991-ci il Oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası zamanı müstəqillik aktının qəbul olunması anını əks etdirən video görüntüləri izləyicilərimizlə paylaşırıq.  

Mingəçevirdə seçki komissiyalarının üzvləri üçün 3 günlük seminar-məşğələ başlandı

Oktyabrın 15-də 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük seminar-məşğələyə başlanıb.  Bu  barədə müxbirimizə 47 saylı DSK-dan məlumat verilib. Bildirilib ki, seminarın ilk günündə MSK üzvü Bəxşeyiş Əsgərov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq seçki prosesində müşahidəçilərin hüquq […]