Browsing category

Cəmiyyət

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub

Müdafiə Nazirliyinin mətbuat xidmətini yaydığı məlumata görə, cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal […]

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb. Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının video görüntülərini təqdim edirik.

“Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur”

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib. – Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı […]

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir. Cəbhənin ən […]

İlham Əliyev xalqa müraciət etdi

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlətimizin başçısının müraciətini təqdim edirik. Prezident İlham Əliyevin xalqa müraciəti -Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, […]

“Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!”

JuHİ Mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Qlobal Həmkarlar İttifaqları Koalisiyasının (UNI Global Union) birgə təşəbbüsü ilə çap medianın problemlərinə həsr edilmiş beynəlxalq onlayn konfrans keçirilib.  “Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!” devizi ilə onlayn keçirilən konfransa dünyanın 95 ölkəsindən 100-ə qədər nümayəndə qatılıb.  […]

Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin Alternativ Həlli və əhaliyə hüquqi yardım göstərilməsi” layihəsi çərçivəsində mediasiya fəaliyyətinin təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir. Mediatorların ilkin hazırlığı üzrə təlimlər cari ilin may-avqust aylarında, hər bir qrup üçün 52 saat müddətində keçirilmişdir. Təlimlərə cəlb edilən 60 nəfərdən 49 nəfər təlimləri uğurla başa vurmuş və müvafiq komissiya qarşısında […]

Kompetensiya, Metakompetensiya.

Biz çox məlumatları oxuyuruq, əzbərləyirik, lakin iş görməyə, qərar verməyə gələndə isə elə hərəkət edirik ki, sanki heç nə bilmirik, doğrulardan xəbərimiz yoxdur…Nə üçün belədir? Ya oxuduğumuzun, əzbərlədiyimizin mənasını anlamırıq, ya onlara inanmırıq, ya da tətbiq etməyi bacarmırıq. Deməli, biz düşünmürük, sadəcə, əzbərləyirik, çünki hər şey yaddaşların yarışına çevrilib, kim daha çox əzbərləyirsə, daha çox […]

Yeni dərs ilimiz münasibətilə.

Sinifdə aləm bir-birinə qarışmışdı. Mən isə bu gurultudan bir qədər uzaq olmaq və təmiz hava almaq üçün pəncərənin önündə dayanmışdım. Əksəriyyət uşaqlar yerində otursa da, beş-altı uşaq sinifdə ora-bura qaçışır, yoldaşlarını itələyir, partaların başına hərlənirdilər. Həm də bu dəcəllər oturacaqların üstündəki döşəkcələri bir-birinə atır və qışqırışırdılar. Elə bu vaxt zəng çalındı, amma  onların heç vecinə […]

Samir Quliyev indidən sonra mətbuat xidmətində çalışacaq

Azərbaycan Televiziyasının Aran regional bürosunun əməkdaşı kimi çalışan Samir Quliyevə yeni vəzifə verilib. O, “Azərişıq” ASC-nin mətbuat xidmətinin yeni yaradılan regional ofisinin rəhbəri təyin olunub. Samir Quliyev BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər müxtəlif mətbuat orqanlarında işləyib. 2003-cü ildən AzTV-nin Mingəçevir, Yevlax, Göyçay, Zərab, Ucar və Ağdaş bölgələri üzrə xüsusi müxbiri olub. Azərbaycan Jurnalistlər Birliyinin […]