Browsing category

Cəmiyyət

Əsgərlərimiz yaşasın!

İnsan böyük mənadır, çox böyük məna, bəlkə də ağlımız almayacaq qədər böyük. Bu haqda danışmaq çətindir, amma bəzən, bu böyük mənanın daşıyıcısı olan insan özünü elə hallara salır ki, çox kiçilir, alçalır, zəhlətökən olur, əl-ayağa dolaşır, hətta qatil və vicdansız olur. Əslində, insan yaxşı ilə pis arasındakı spektrin bütün rənglərində, çalarlarında ola bilir: yaxşı, yaxşı […]

86 yaşlı tənha qadın pensiyasını orduya bağışladı

Bu gün Sosial Xidmətlər Agentliyinin 15 saylı saylı Mingəçevir filialına müraciət edən Mingəçevir sakini,  86 yaşlı Gülavər Aslanova pensiyasının bir aylıq məbləğini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etmək istədiyini bildirib. Qurumun müdir əvəzi Zəfər Hacıyev dediyinə görə, ona bu işin icrasında yardım göstərilib: “Onun bu arzusunu reallaşdırmaq üçün öz iştirakı ilə Beynəlxalq Bank […]

Cəbrayılda “Gültəkin” əməliyyatı

Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir. Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq. Bilirik ki, burdan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik. Dedim son dəfə evdəkilərdən danışım, səslərin eşidim. Nə isə yoldaşlardan prostoy telefonu alıb evi yığdım. Telefonda diktofondadı hamı eşidir. Mamam götürdü. […]

AZƏRBAYCAN XALQININ İRADƏSİ SARSILMAZDIR

Oktyabrın əvvəllərində erməni  tərəf cəbhə boyu məğlubiyyətdən qorxaraq atəşkəsin əldə edilməsi ilə bağlı Azərbaycana yalvarmağa başladı, bir çox dövlətləri vasitəçi olmağa səslədi. Həmsədr dövlətlər, daha doğrusu ermənipərəst dövlətlərin rəhbərləri Azərbaycan ilə Ermənistanı danışığa dəvət etdilər. Moskva şəhərində baş tutan danışıqda  humanitar atəşkəs əldə edilsə də düşmən bu sazişə heç bir saat belə əməl etmədi, silahlar […]

Doğrular və xaos…

Dünya xaosdan yaranıb və xaosa doğru da irəliləməkdədir… Dünya necə yaranıb, nədən yaranıb, nə vaxt yaranıb, sonu varmı? Əslində bu sualları davam etdirmək də olar, ancaq bu qədəri də bəsdir, çünki heç kim bu suallara düzgün, inandırıcı cavab verə bilmir və cavab verəcək birinin olacağına da inanmıram. Amma çox inandığım bəzi məqamlar var. İnandıqlarımın nələr […]

Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır

Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Düşmən doxsanıncı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınıar törətməklə torpaqlarımızı işğal edib, 1 milyona yaxın insan yurd yerindən məcburi köçkün düşüb. Ötən illər ərzində  Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar aparılsa da, dövlətimizin yalnız bir və […]

Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirir

30 ilə yaxındır ki, Azərbaycan xalqı erməni şovinistlərinin silahlı hücumlarına məruz qalıb. Torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bu həqiqətləri dünya birliyi bilir. İllərdir danışıqlar aparılsa da düşmən işğal etdiyi torpaqlardan qeyd şərtsiz çıxmaq istəmir. Ermənistan bu dəfə açıq müharibəyə başlayıb. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri […]

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən dinc əhaliyə ilkin təcili yardım göstərir

Dağlıq Qarabağ münaqişə zonasında döyüşlər başladıqdan sonra, Aİ təmas xəttinin hər iki tərəfində münaqişədən əziyyət çəkən dinc əhaliyə təcili humanitar yardım ayıracağını elan etdi. Ayrılan maliyyə vəsaitləri ilə tibbi yardım göstəriləcək, tibb avadanlığı, ərzaq paketləri təmin ediləcək və bir neçə min insana digər şəkildə təcili yardım göstəriləcəkdir. Böhran İdarəçiliyi məsələləri üzrə Komissar Janez Lenarčič demişdir: “Dağlıq Qarabağ […]

Mingəçevir şəhidlərini son mənzilə yola saldı

Sentyabrın 28-də Mingəçevirdə orduya dəstək aksiyası keçirilib. On minlərlə insan Azərbaycan ordusunun dünəndən bəri düşmənə qarşı əks həmlə hücumu nəticəsində işğal altında olan torpaqlarımızı azad etməsindən məmnunluğu əks etdirən şüarlar səsləndirib. Onlar Ali Baş komandanın rəhbərliyi altında qələbə qazanılacağını, tezliklə Kəlbəcərdə, Xankəndində, Şuşada və Qarabağdakı digər  ərazilərimizdə Azərbaycan bayrağının dalğalanacağına inandıqlarını bildiriblər. Eyni zamanda aksiya […]

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub

Müdafiə Nazirliyinin mətbuat xidmətini yaydığı məlumata görə, cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal […]