Browsing category

Cəmiyyət

“Yarat, inkişaf et, töhfə ver” layihəsi Şəmkirdə

Göygol Gənclər və Karyera Mərkəzinin əməkdaşları Raul Abbaszadə və Nəzrin Dəmirli  “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Şəmkir Gənclər və Karyera Mərkəzində ART Terapiya təlimlərində iştirak edir. Təlim iştirakçılar pandemiyadan və müharibədən əziyyət çəkən uşaqlarla […]

Suqovuşan istiqamətində ayağından ağır yaralanan döyüşçü müalicədən sonra evinə qayıtdı

Yevlax rayonunun Havarlı kəndinin sakinləri Vətən Müharibəsi iştirakçısını böyük coşqu ilə qarşılayıblar. APA-nın Mingəçevir bürosunun məlumatına görə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə minatan atəşi nəticəsində yaralanan Qarabağ qazisi, cəsur döyüşçü Cavid Əfqan oğlu Mustafayev böyüyüb boya-başa çatdığı Havarlı kəndinə qayıdıb. Əsgərimizin qayıdışı alqışlarla qarşılanıb. Suqovuşan istiqamətində ayağından ağır yaralanan döyüşçünün müalicəsinin ardınca doğmalarının, dostlarının […]

Aİ döyüş əməliyyatlarından zərər çəkmiş mülki vətəndaşlar üçün əlavə olaraq 3 milyon avro məbləğində fövqəladə yardım ayırır

Komissiya Dağlıq Qarabağ və onun ətrafındakı münaqişənin təsirinə ən çox məruz qalmış mülki şəxslərə həlledici yardımın göstərilməsi üçün humanitar dəstək məqsədilə əlavə 3 milyon avro ayırdığını elan etdi. Bu maliyyə vəsaiti döyüş əməliyyatlarının başladığı oktyabr ayının əvvəlindən bəri ayrılan 900.000 avroya əlavə edilir. Böhran İdarəçiliyi üzrə Komissar Janez Lenarčič demişdir: “Aİ münaqişənin təsirinə məruz qalmış […]

Yaşamaq həm də xatırlamaqdır.

. Hər yaşadığımız xatirəyə çevrilmir, amma xatırlayırıq: bəzən sevinərək, bəzən kədərlənərək, bəzən unutmaq istəyirik, heç yaşamamışıq kimi. Həyata dəyər verirsənsə yaşadıqların da xatirəyə çevrilər. Əsərlərini oxuduğum yazarlardan daha çox Borxesin xatirələrə çox dəyər verdiyini anlamışam. Bu hal o qədər hiss olunur ki, bəzən həyəcanla, bəzən də narahtlıqla xatirələrin dəyərli olduğunu, hətta xatirələr uğrunda mübarizə aparmağın […]

Əsgərə məktub!

Sənə yenə məktub yazıram, çünki  günümüz səni düşünməklə keçir. Görəsən, rahat yemək yeyə bilirsənmi, yarımca saat da olsa mürgüləyib gözünün acısını ala bilirsənmi, ya da bir balaca fasilə olanda, erməni quldurlarının mərmisi qurtarıb dayananda, sən də o anlarda  xoşladığın qızın gözlərini xatırlayıb köks ötürürsənmi? Heç narahat olma, o da mütləq səni xatırlayır. Sən qələbə ilə […]

Ehtiyatlı ol, Azərbaycan əsgəri!

Salam əsgər! Sən məni tanımasan da mən səni ən əziz, ən doğma adamım kimi tanıyıram. Tozun-torpağın içində, mərmi yağışlarının altında dayanmadan irəlilədiyini görürəm. Bizim  otuz il əvvəl buraxdığımız səhvləri aradan qaldırmaq, Azərbaycana diplomatiya dərsi keçənlərə yeni Azərbaycan tarixini öyrətmək sənin öhdənə düşüb. Nə gizlədim, 90-cı illərdə mənfur düşmənlərimizlə savaşda biz döyüşü uduzduq. Onlara çoxlu kömək […]

Azərbaycan ilk dəfə Beynəlxalq Sosial Sahibkarlıq Forumuna ev sahibliyi edib

Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə oktyabrın 28-də Azərbaycanda ilk dəfə sosial sahibkarların beynəlxalq forumu keçirilib. Azərbaycanda ikinci dəfədir təşkil olunan forumun məqsədi sosial sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında rolunu, dövlətin bir sıra məqsədlərinə nail olmaq üçün innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu […]

Əsgərə məktub.

Salam əsgər! Bu məktubu sənə Mingəçevir şəhərindən yazıram, balaca şəhərdir, amma başqa şəhərlər kimi o da səs-küylüdür. Yaşayış binalarının hər tərəfini əhatə edən yollarda aramsız şütüyən avtomobillər, məhəllələrdə çığırışan uşaqlar. Son vaxtlar bu səs-küy daha da artıb və bu səslərə, tez-tez səslənən qələbə xəbərlərinə  sevinənlərin və uşaqların -“Qarabağ Azərbaycandır!” şüarları da qarışıb. Lakin bu səs-küydə […]

İsrailin Azərbaycandakı səfiri: “Mülki insanlara, dinc əhaliyə qarşı hücumlar qəbul olunmazdır”

Bu gün oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevirdə səfərdə olub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səfirə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdən, eyni zamanda cəbhə bölgəsindən xeyli kənarda yerləşən və dinc əhalinin yaşadığı rayonlara erməni hərbi birləşmələrinin uzaq və yaxınmənzilli raketlər, top mərmiləri atmasından danışıb. Səfir bildirib ki, o […]

Əsgərlərimiz yaşasın!

İnsan böyük mənadır, çox böyük məna, bəlkə də ağlımız almayacaq qədər böyük. Bu haqda danışmaq çətindir, amma bəzən, bu böyük mənanın daşıyıcısı olan insan özünü elə hallara salır ki, çox kiçilir, alçalır, zəhlətökən olur, əl-ayağa dolaşır, hətta qatil və vicdansız olur. Əslində, insan yaxşı ilə pis arasındakı spektrin bütün rənglərində, çalarlarında ola bilir: yaxşı, yaxşı […]