Browsing category

Cəmiyyət

“İncəsənət sosial inkişafda vasitə kimi”

“İncəsənət sosial inkişafda vasitə kimi” təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilib. Dekabrın 14-də baş tutan tədbirdə layihənin bağlanış mərasimi baş tutub. Layihə sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsini təşviq edir. Beş ay müddətində həyata keçirilən layihə çərçivəsində Azərbaycanın bölgələrini təmsil edən və müxtəlif universitetlərdə təhsil alan […]

Vətən Müharibəsi Qəhrəmanı mingəçevirlilərlə görüşdü

44 gün davam edən 2-ci Qarabağ müharibəsində Azərbaycanın bütün bölgələrindən, o cümlədən Mingəçevirdən yüzlərlə gənc könüllü Milli Ordu sıralarında qəhrəmanlıqla döyüşüb. Onların arasında mayor rütbəli hərbçi Elnur Ramiz oğlu Şirinov da var.  O, Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Elnur Şirinov 1987-ci ildə Mingəçevir şəhərində anadan olub.  13 saylı tam orta […]

Şuşa uğrunda şəhid olan 20 yaşlı xüsusi təyinatlı əsgər

20 yaşlı Elcan Əfsəddin oğlu Abbasov ailənin iki oğul övladından biri idi. Ömrü qısa, amma şərəfli məqamlarla zəngin oldu. APA TV-nin yerli bürosunun xəbərinə görə, Elcan 23 sentyabr 2000-ci ildə Mingəçevirdə doğulmuşdu, istedadlı qarmon ifaçısı idi. Uşaq yaşlarından güləşlə məşğul idi. Məhz fiziki göstəricilərinə görə həqiqi hərbi xidmətinin son dönəmlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə cəlb edilmişdi. […]

Yaralı əsgər Orxan Muradova və başqalarına tibbi yardım necə göstərilir?

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yaralıya “Bizdə sığorta sistemidir, sənin buralıq işin yoxdur” deyiblər Son günlər sosial şəbəkələrdə 2-ci Qarabağ müharibəsinin qazisi  Orxan Muradovla bağlı yayılan məlumatı həm qürur hissi ilə qarşıladıq, həm də təəssüflə. Orxanın ön cəbhədə cəsarətlə döyüşməsi, düşmənin başını əzərək, işğalçılara qan uddurması ürəyimizi fərəhlə doldurdu. Amma Qubadlıda gedən döyüşlərdə ağır bədən xəsarətləri […]

“Könüllülükdən zirvəyə”

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Forumu giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı və forumun moderatoru Zəminə Ədilova könüllü fəaliyyətlə bağlı məlumat verib. Gənclər Evinin direktoru Tural Kərimov Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib, […]

BMT ilkin ehtiyacları qarşılamaq üçün ictimai təşkilatlarla məsləhətləşmə apardı

BMT-nin ölkəmizdəki ofisi Azərbaycan hökuməti, ictimai təşkilatlar, tədqiqat mərkəzləri və digər  inkişaf tərəfdaşlarıyla birgə həm COVİD-19, həm də ikinci Qarabağ müharıbəsindən yaranan sosial-iqtisadi və ekoloji vəziyyəti daim izləyir, müəyyənləşdirilmiş ilkin ehtiyacları qarşılamaq üçün birgə tədbirlər həyata keçirir. Növbəti tədbir dekabrın 3-də onlayn rejimdə ictimai təşkilatlarla məsləhətləşmə şəklində baş tutub. Görüş BMT-nın müəyyən və ictimai təşkilatların təsbit […]

Qarabağ qaziləri Beynəlxalq Əlillər Günü Şəhidlər Xiyabanına gəldilər

Dekabrın 3-də Qarabağ Əlilləri Cəmiyyətinin Mingəçevirdə yaşayan bir qrup üzvü Beynəlxalq Əlillər Günü münasibətilə Şəhidlər Xiyabanına gələrək, şəhid yoldaşlarının qəbirlərini və 20 Yanvar abidəsini ziyarət ediblər. Birinci qrup əlilliyi olan şəxs Əbülfət Babayev deyib ki, adətən ziyarətə daha çox adam gələ bilərdi, sadəcə pandemiya ilə əlaqədar sosial məsafə gözlədikləri üçün bu missiyanı bir neçə nəfər […]

Xalqmı, Lobbimi…

Bizə qarşı “etnik təmizləmə” iddiası və ittihamı isə yenə də ermənilərin həyasız uydurması  və riyakarlığıdır. Çox da uzaq tarix deyildir,1988 -ci ilin soyuq oktyabr- noyabr aylarında Ermənistanda yaşayan minlərlə soydaşımız öz dədə-baba yurdlarından silahlı erməni dəstələri tərəfindən qovulurdular. Öz yurdlarını tərk etmək istəməyənlər, müqavimət göstərənlər isə vəhşicəsinə qətl edilirdilər. Bu isə faktiki olaraq soydaşlarımıza qarşı […]

Xalqmı, Lobbimi…

Bəzən düşünürəm ki, bir aydan çoxdur bizim bu qədər həyəcanlı, qəzəbli, nifrət dolu olmağımız normaldırmı? Çünki biz, xalq olaraq, daha çox xeyirxah, üzügülər, mərhəmətliyik. Lakin ermənilər faşist davranışları ilə illərdir xalqımıza zülm edirdilər və bu bir ayda isə vəhşiliklərini çox  həyəsızcasına davam etdirirlər, ən pisi isə etdiklərini inkar edirlər. Bununla da kifayətlənməyib bizi ittiham edirlər, […]

“Yarat, inkişaf et, töhfə ver” layihəsi Şəmkirdə

Göygol Gənclər və Karyera Mərkəzinin əməkdaşları Raul Abbaszadə və Nəzrin Dəmirli  “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsinin Şəmkir Gənclər və Karyera Mərkəzində ART Terapiya təlimlərində iştirak edir. Təlim iştirakçılar pandemiyadan və müharibədən əziyyət çəkən uşaqlarla […]