Browsing category

Cəmiyyət

Region mediası niyə diqqətdən kənardadır?

Fevralın 6-da  ELTV-nin “İndiki zaman” proqramında region mediasının mövcud durumu ilə bağlı maraqlı müzakirə keçirildi. Bölgə KİV-lərinin problemlərini və yein yaradılan Media Agentliyindən gözləntiləri verilişin aparıcısı İnqilab Şirinbəyli “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və şair-publisist Elşən Əzimlə birlikdə müzakirə etdi.  

“Zəfərə Gedən Yol”

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, şəhər Gənclər və İdman İdarəsi və “İşıqlı Gələcək” GİB-in tərəfdaşlığı ilə keçirilən 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan “Zəfərə Gedən Yol” onlayn gənclər forumu uğurla başa çatıb. Forumdan öncə gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini və İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhidlik […]

Mingəçevirli şəhidin ilk övladı coşqu ilə xəstəxanadan evinə aparılıb

Mingəçevir şəhəri bu gün qeyri-adi coşquya şahidlik edib. APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər küçələrində bu böyüklükdə maşın kortejinə sakinlər sonuncu dəfə zəfər bayramını paylaşarkən rast gəlib. Bu sevinc ,fərəh təsadüfi deyildi. Vətən müharibəsində şəhid olan Mingəçevir sakini Məmmədli Məhəmməd Murad oğlunun qızı dünyaya gəlib. Həm xəstəxananın şəxsi heyəti, həm də çoxsaylı qonaqlar gün ərzində sevinc dolu […]

Sosial şəbəkələr həyatımıza necə təsir edir?

Bir neçə gün əvvəl ELTV-nin “Bu səhər” proqramı aparıcılar Zamiq Hacıyev  və Gülnar Musayevanın təqdimatında sosial şəbəkələrin həyatımıza təsiri və təhlükəsizliklə bağlı məsələləri  müzakirə etdi. 24-cü dəqiqədən verilişə biz də qoşulduq. Buyurun, izləyin.

Mingəçevirdəki Şəhidlər Xiyabanında izdiham yaşandı

Mingəçevirdə 20 Yanvar günü Şəhidlər Xiyabanında böyük izdiham yaşanıb. Milli Məclisin üzvləri Əli Hüseyinli və Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri səhər tezdən xiyabana gəliblər. Onlar 20 Yanvar abidəsinin önünə əklil qoyub, ehtiramlarını bildirib, eyni zamanda Qarabağ müharibəsində canlarından keçən şəhidlərin məzarını ziyarət edib, […]

20 Yanvar xalqımızın mübarizə əzmini daha da alovlandırdı

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “Şəhidlərimiz bizim qürur mənbəyimizdir” adlı konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz […]

Karantin şərtləri yumşaldılır, hətta şəhərlərarası və rayonlararası hərəkətə məhdudiyyət aradan qaldırılır

Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli qərarı ilə Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb. Eyni zamanda 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, […]

Yanvarın 20-dək Mingəçevirdə bütün şəhid qəbirləri abadlaşdırılacaq

İkinci Qarabağ müharibəsində iştirak edən mingəçevirlilərdən 50-si hərbi borcunu  yerinə yetirərkən şəhidliyə ucalıb. Bu vətənpərvər oğulların uyuduğu məzarların 20 Yanvar ümumxalq hüzn gününə kimi abadlaşıdırılması üçün  hazırda Şəhidlər Xiyabanında gərgin işlər aparılır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov işlərin gedişi ilə yaxından tanış olmaq üçün xiyabanda olub, övladlarını ziyarət edən şəhid ailələri görüşüb. Hazırda xiyabanda […]

Deputatın uşaq bağçasına gəlişi təsirsiz ötüşmədi

Mingəçevirdəki 15 saylı “Nigar” körpələr evi-uşaq bağçası 1989-cu ildə tikilib. 1992-93-cü illərdə erməni təcavüzü nəticəsində torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımızın bir qismi uzun müddət burada məskunlaşıb. Buna baxmayaraq, 12 qrupluq, 200 yerlik  bağça 8 qrup üzrə fəaliyyətini davam etdirib. İki il öncə məcburi köçkünlər dövlət tərəfindən verilən mənzillərlə təmin olunanda bağça boşaldılsa da, yararsız hala […]