Browsing category

Cəmiyyət

“Hədiyyə karvanı” Mingəçevirdə olub – FOTO

APA-nın yerli bürosunun xəbərinə görə, “Hədiyyə karvanı” Mingəçevir “ASAN Həyat” kompleksində olub, şəhərdən olan şəhidlərimizin ailələri ziyarət olunub, onların uşaqlarına hədiyyələr paylanıb. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqan yardımçısı Salim İsot, “ASAN Xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev çıxış edərək layihə, bu çərçivədə həyata keçirilən […]

Yeniyetmələr arasında narkomaniya niyə yayılır?

Bu sorğu yeniyetmələr (18 yaş və aşağı) arasında narkomaniyanın yayılması barədə məlumat toplamaq məqsədi ilə keçirilir. Yaşı 16 və yuxarı olan hər kəs sorğuda iştirak edə bilər. Sorğuda sizin adınız və ya heç bir digər şəxsi məlumatlar alınmır. Verdiyiniz cavablar tam məxfi qalacaqdır. Xahiş edirik mümkün qədər səmimi cavab verin. Suallara cavab vermək 15 dəqiqə […]

Fuad Dərgahlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə icraçı direktor təyin edilib

Mayın 27-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclas zamanı ilk olaraq Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu bu vəzifəyə Fuad Dərgahlının namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək F.Dərgahlının namizədliyini yekdilliklə dəstəkləmişlər. Fuad Dərgahlı 10 mart 1974-cü ildə Bakı şəhərində anadan […]

Azərbaycanda açıq havada maskanın taxılması tələbi ləğv olunur

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur. Marja xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, eyni zamanda Mayın 31-dən metro açılır.  Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti də  bərpa edilir. İyunun 10-dan etibarən ölkədə fəaliyyət […]

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı zərurətdən yarandı və ondan gözləntilərimiz nədir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin hansı zərurətdən yarandı? ELTV-nin “İndiki zaman” verilişində bu və digər suallar ətrafında müzakirə aparıldı. İnqilab Şirinbəylinin aparıcı olduğu verilişdə yeni Agentliyin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev və “EkoTES” İB-nin sədri Çingiz Nəzərov fikirlərini bölüşdülər.

Türkiyənin Qazi Universitetinin rektoru Mingəçevirdə

Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın başçılıq etdiyi nümayəndə heyəti bu gün mayın 22-də Mingəçevirə səfər edib. Heydər Əliyevin abidəsinin ziyarətindən sonra qonaqlar yerli İcra Hakimiyyətində qəbul olunub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin dünəni və bu günü, xüsusən turizm potensialı, Türkiyənin Gölbaşı və Qars bölgələri ilə qardaşlaşması barədə danışıb. Başçı Türkiyənin həmişə, […]

Dr. Jelisaveta Blagojevic: “Dünyanı dəyişmək istəyiriksə, ilk olaraq özümüzdən başlamalıyıq”

Mayın 20 və 21-də Avropa Şurası və AŞ-ın Bakı Ofisinin dəstəyilə Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi layihəsi şərçivəsində iki günlük onlayn təlim baş tutub. “Gender-əsaslı zorakılıq hallarının işıqlandırılması zamanı jurnalistlər üçün etik standartlar” mövzusunda təlimə müxtəlif media orqanlarından nümayəndələr qatılıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AŞ-ın Bakı Ofisinin nümayəndəsi Vüsal […]

Atiq bulağından su içənlər onu 30 yaşındakı kimi sevəcək və sevdirəcəklər

Atiq İbrahimov İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridir. 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib. Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Hərbi borcunu yerinə yetirdikdən sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş şəbəkəsində satış şöbəsinin nəzarətçi mühəndisi işləyib. Dəfələrlə enerji borcunu ödəyə bilməyən […]

Əslən Şuşadan olan Əzəmi Hüseynov mayın 8-də bulaq kimi çağladı

Əzəmi Əli oğlu Hüseynov 29 avqust 1992-ci ildə  Mingəçevir şəhərində doğulub. Əsli Şuşadandır. 1999-2010-cu illərdə şəhərdəki 14 nömrəli tam orta məktəbdə  və 2010-2014-cü illərdə Mingəçevir Dövlət Universitetində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Əzəmi […]

Avropa İttifaqının “KƏNDİMİZ”ə “səyahəti”

Mayın 7-də Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda kənd yerləri və regionların inkişafına göstərilən dəstək barədə media nümayəndələri üçün onlayn formatda təqdimat keçirib. Təqdimat “Kəndimiz” kampaniyası çərçivəsində baş tutub.  Kampaniyanın məqsədi Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına töhfə verən, regionlarda yaşayanlar üçün yeni iş imkanlarının yaradılmasını, mikrosahibkarlığı, kiçik ailə biznesini dəstəkləyən, yerli biomüxtəlifliyi qorunmasına yönələn və s. istiqamətlərdə görülən […]