Browsing category

Cəmiyyət

Almaniyalı jurnalistlər Mingəçevirin tarixi ilə maraqlanıb, alman qəbiristanlığına səfər ediblər

Tarix muzeyinin direktoru Nofər Məmmədəliyev qonaqlara Mingəçevirin qədim yaşayış məskəni olduğunu, son illərədək aparılan qazıntılar zamanı aşkarlanan insan və məişət avadanlıqlarının qalıqları, qədim Qarabağ xalçası və digər məlumatları verib. O, qonaqlara Villi Deşşin əl yazması olan xatirələr kitabını göstərib: “1943-ci ildə Stalinqrad cəbhəsində mühasirəyə düşən 100 minlik alman ordusunun 10 min əsgəri Mingəçevir su anbarının […]

“Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan  58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki,  58 yaşlı şəhər sakini Əlövsət Əhmədov  insanların gözü önündə özünü körpüdən Kür çayına atıb. Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə […]

Elman Abuşov Vətən müharibəsinin cəsur iştirakçılarından biridir

44 günlük Vətən Müharibəsi həm də Azərbaycan xalqına özünə və gücünə daha yaxından bələd olmaq şansı yaratdı. Müharibə dövründə hətta elə oldu ki, ailənin bir neçə övladı könüllü döyüşlərə qatıldı, qəhrəmanlığı ilə hər kəsi heyran etdi. Örnək qəhrəmanlıq nümunəsindən biri də Mingəçevirli Abuşovlar ailəsidir. Zəfər döyüşlərinin cəsur iştirakçılarından biri olan Elman Abuşov ailəsinin vətənpərvər ənənələrini […]

Vətən üçün oğul böyüdənlər Mingəçevir Turizm Kollecində

Mingəçevir Turizm Kollecinin kollektivi şəhid valideynləri və İkinci Qarabağ müharibəsi qaziləri ilə birgə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən, erməni işğalçıları ilə döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, onların məzarları üzərinə tər qərənfillər düzüblər. Bundan sonra mərasim kollecin akt zalında davam edib. Dövlət Himnimizin ifasından […]

Mingəçevirdə izdihamlı anım günü

Mingəçevir Şəhidlər Xiyabanı sentyabrın 27-də izdihamlı Anım gününü yaşadı. Ümumşəhər mərasimində şəhidlərin ruhuna dualar oxunduqdan sonra onların canı və qanı bahasına,  qazilərimizin şücaəti sayəsində qazanılan qələbədən danışıldı. Bildirildi ki, bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan igidlərimizin 51-i ikinci Qarabağ döyüşlərində ucalığın zirvəsinə qalxan oğullarımızdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “N” saylı hərbi hissənin […]

Şəhid ailələrinin yaşadıqları məhəllələrdə sərv ağacları əklidi

2021-ci il sentyabrın 25-də Mingəçevirdə şəhidlərimizin xatirəsinə ağackmə aksiyası keçirilib. Şəhid valideynlərinin iştirakilə dörd  şəhidin yaşamış olduğu məhəllədə və Mingəçevir yüksək Texnologiyalar Parkının  arxasındakı ərazidə ağac əkmə prosesinə yerli İcra Hakimiyyətinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, digər dövlət qurumlarının nümayəndələri və YAP Gənclər  Birliyinin könüllüləri qatılıblar. İH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin […]

“Gənc qazilər” qazi övladlarına məktəb ləvazimatları hədiyyə etdilər

“Qarabağ Qaziləri” İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Gənc qazilər” təşkilatının Mingəçevir filialı yeni dərs ili ərəfəsində qazi övladlarını sevindirib. Onlar iş adamı Hacı Vüsal Əlibəylinin maddi dəstəyi 45 qazi ailəsinin hər birinə 18 adda məktəbli ləvazimatını hədiyyə ediblər. Mingəçevir Gənclər Evində baş tutan tədbirdə filialın rəhbəri, 12 saylı məktəbin hərbi hazırlıq müəllimi  Namiq İbrahimli uşaqlara […]

Mingəçevirdə “Vətən fədailəri” abidəsi ucaldılıb

Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdə pay sahibi olanların xatirəsini əbədiləşdirmək üçün ölkədə ilk dəfə Mingəçevir kəndi yaşayış massivində “Vətən fədailəri” abidəsi ucaldılıb. Bu təşəbbüsün təşkilatçılarından olan kənd sakini  Ehtibar Əhmədov  açılış mərasimində deyib ki, hər bir vətəndaşın bu zəfəri yaşadan igid oğullarımıza borcu var: “ Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu təşəbbüsü tariximiz […]