Browsing category

Cəmiyyət

Məndən soruşsan…

Sənə böyüdücü ilə də baxsam, ətsən, sümüksən, ya da molekullar, atomlar, hüceyrəsən. Qəlbinə də baxsam, beyninə də baxsam, yenə də ətsən, sümüksən, hüceyrəsən. Orda nə arzuların görünməz, nə xəyalların, nə düşüncələrin, nə də ümidlərin. Bəs nədir səni danışdıran, hərəkət etdirən, ağladıb-güldürən, düşündürən, gözlərin gördüyünə necə sevinər, necə kədərlənər? Vücudun bir kimyadır, beynin də, qəlbin də […]

Qazi bir maşın odun istəyir – İcra başçısı KORONA QORXUSUNDAN onu qəbul etmir

Bizim.Media-nın Mingəçevir bürosunun verdiyi məlumata görə Yevlax rayonunun Xaldan qəsəbəsində yaşayan qazimiz Knyaz Mirzəyev  Yevlax Şəhər İcra Hakimiyyətindən və digər qurumların ona olan biganəliyindən şikayətçidir. Həmçinin Zəfər yürüşü iştirakçısı olan qazi səhhətində ciddi problemlərin  olduğunu, lakin əlillik müavinətini almaqda problemlər yaşadığını bildirib: “Ön xəttdə olduğum döyüş zamanı ağır yaralanmışdım. Amma bir müddət sonra yenidən əməliyyatlarda […]

“Media haqqında” qanun layihəsinin yanvarın əvvəlindən qüvvəyə minməsi gözlənilir

Azərbaycan Respublikasında “Media haqqında”  qanun layihəsi  bir müddətdir ki, müzakirə olunur.  Gələn il yanvarın 1-dın qüvvəyə minməsi gözlənilən  qabun media sahəsində fəaliyyəti necə tənzimləyəcək? Bu məqsədlə qanun layihəsini çap edirik ki, oxucularımız yaxından tanış olub, özləri fikirlərini bölüşsünlər.   “Media haqqında” qanun layihəsi 1-ci fəsil Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün […]

Mingəçevir Media Mərkəzində Gender Əsaslı Zorakılığa “YOX” deyildi

2021-ci il dekabrın 9-da Mingəçevir Media Mərkəzində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yevlax bölgəsi şöbəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Media Mərkəzinin (MMM) birgə təşkilatçılığı ilə baş tutan görüşdə ümumtəhsil orta məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri  və ictimaiyyət nümayəndələri iştirak ediblər. Seminarda gender əsaslı zorakılığın […]

Şəhidlər yaddaşlarda yaşayacaq

Dekabrın 3-də Yevlax rayonunun Aran qəsəbəsində M.Pənahov adına 1 saylı tam orta məktəbin şəhid məzunu Tural Quliyevin anım gecəsi keçirilib. Mərasimdə məktəbin müəllim kollektivi, qazi məzunları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları İkinci Vətən müharibəsində həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra məktəbin direktoru Səidə Süleymanova deyib ki, şəhid […]

BİL – “Birlik” İntellekt Liqasında final həyəcanı!

Gənclərin İnkişaf Karyera Mərkəzinin (GİKM) 46 nümayəndəliyində sinxron şəkildə keçirilən, 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunan, “Nə? Harada? Nə zaman?” formatında reallaşan BİL – “Birlik” İntellekt Liqası başa çatıb. 7 həftə davam edən liqada GİKM-in Mingəçevir nümayəndəliyindən ümumilikdə 6 komanda olmaqla, 28 gənc iştirak edib. İntellekt Liqasının final turunda qaliblər müəyyən olunub. Ağdaş […]

“Yarat, İnkişaf et, Töhfə ver” layihəsi başa çatdı

Dekabrın 2-də “Yarat, İnkişaf et, Töhfə ver (Gənclərin inkişaf yolu)” layihəsinin bağlanış mərasimi keçirilib. Mərasim zamanı layihə müddətində təşəbbüs komandalarının həyata keçirdiyi fəaliyyətlər ictimaiyyətə təqdim edilib. Bundan əlavə tədbirdə İntern Akademiya və Art terapiya haqqında da məlumat verilib. Tədbirdə iştirak edən KAF vitse prezidenti, AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, AR […]

Yerli icra hakimiyyətlərinin ləğvi gözlənilir

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyinatı ölkədə yeni idarəetmə modelinə başlanacağı ilə bağlı çoxdan gəzən söhbəti yenidən gündəmə gətirdi. Ölkə başçısının dekabrın 1-də imzaladığı sərəncama əsasən Emin Hüseynov Qarabağ iqtisadi rayonunda (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyətə başladı. Ekspertlər bu təyinatı yerli icra […]

Neftçi Komandası Qadınlara Qarşı Zorakılığa “YOX” deyir

“Neftçi” futbol klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMTnin Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində 27 noyabr saat 18:15-də “Sabail FC” ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək! Sözügedən oyun Bakcell Arenada […]

Tələbələr öz mediasını yaratdı

2021-ci ilin sentyabr ayında Mingəçevir, Gəncə və Lənkəran gənclərinin iştirakilə   start götürən “Tələbələr öz mediasını yaradır” layihəsi noyabrın 21-də studentmedia.az platformasında dünya auditoriyasına çıxdı. “Tələbə mediası layihəsi ilk mərhələsi 3 bölgədə media vərdişləri və onlayn jurnalistika barədə ənənəvi təlimlərlə başladı. Tələbələr oktyabrın 11-dən 13-dək Gəncə, 15-dən 17-dək Mingəçevir, 19-dan 21-dək Lənkəranda nəzəri və praktiki məşğələlər […]