Browsing category

Cəmiyyət

Mingəçevir Gənclər Evi qarşısına qoyduğu hədəflərin öhdəsindən layiqincə gəlib

Tural müəllim, 2 Fevral tarixinin milli Gənclər Günü kimi qeyd olunması gənclərə necə təsir edir? Sizcə bu əlamətdar gün Azərbaycan gəncliyinin inkişafında hansı rolu oynayır? – Bu əlamətdar tarixi gün gənclərə nə qədər dəyərli olduqlarını, necə böyük diqqət və qayğı ilə əhatələndiklərini, ölkə səviyyəsində dəstəkləndiklərini hiss etdirir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Hər […]

Mingəçevir gəncləri “Müsyö Jordan və Dərviş Məstəli şah”ı səhnəyə gətirdilər

2 fevral Gənclər günü ərəfəsində Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının istedadlı gəncləri Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” əsərini səhnələşdiriblər. Onlar müasir formada və yeni variantda hazırladıqları tamaşanı 1 fevral 2022-ci ildə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində tamaşaçılarına təqdim ediblər. Rəsmi şəxslərin, qazi, döyüşçü və könüllülərin həvəslə izlədikləri tamaşa […]

“Mingəçevirdə “hörümçək toru”nu xatırladan qaz xətləri standarta uyğun xətlərlə əvəz olunacaq”

“Sənaye şəhəri Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır”. Bu sözləri Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində yerli sahibkarlarla 26 yanvar 2022-ci ildə baş tutan görüş zamanı bildirib. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev isə qazlaşdırma zamanı kobud nöqsanlara yol verildiyini diqqətə çatdırıb: […]

Müharibənin canlı şahidi dəyirmi masada

“Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib. Əməkdaş və könüllülər 20 Yanvar abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar. “Canlı şahid” adı ilə keçirilən dəyirmi masada hadisələrin canlı şahidi olan Mingəçevir Dövlət Universitetinin dosenti Mehman Rəsulov gənclərə qanlı hadisələrə aparan tarixi şəraitdən, 20 Yanvar faciəsininin […]

Mingəçevirdə 5 yaşlı qızı alovlar içindən xilas edən kimdir?

“Binanın yanından keçirdim, birdən bir evin pəncərəsindən alov qarışıq tüstünün çıxdığını gördüm. Binanın blokuna girər-girməz bir qadın göz yaşları içində “balam qaldı içəridə, xahiş edirəm, xilas edin”, – deyə üstümə doğru gəldi. Heç nə düşünmədən təcili keçdim içəri…” Bu sözləri 3 gün öncə Mingəçevir şəhəri Axundov küçəsi 15/16 ünvanında yerləşən ikimərtəbəli binada qazsızması nəticəsində baş […]

Mingəçevirli gənclər nə istəyir?

Samrin Xanlayev “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinə yeni sədr və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinə üzv seçilib. -Salam, Samrin bəy, öncə sizi təbrik edir, yeni vəzifənizdə uğurlar arzulayırıq. Sədri seçildiyiniz təşkilatla bağlı məlumat almaq istərdik. -“İşıqlı Gələcək” GİB 2013-cü ildə yaradılıb. Məqsədi Mingəçevir və ölkə gəncliyinin hərtərəfli inkişafına, gənclərin sosial aktivliyinin artırılmasına […]

Yeni təqvim ilinə ön söz

İnsanın savadlı olmağı onun tez-tez kitab oxuduğu anlamına gəlmir. Kitab oxusa belə, gərəkli şeylər oxuduğu anlamına gəlmir. Gərəkli şeylər oxusa da doğru nəticələr çıxardığı, doğru qərarlar verdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarsa da, onları həyatında tətbiq etdiyi və ya həyat tərzinə çevirdiyi anlamına gəlmir. Doğru nəticələr çıxarıb, doğru qərarlar verib, həyat tərzinə çevirsə də , […]

Fərman Nəbiyev: “Məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır”

Mingəçevir Media Mərkəzidə gerçəkləşən təlimlərdə iştirakçılar jurnalistikanın əsas prinsipləri və janrları, xəbər hazırlamağın və mövzu seçməyin yolları barədə bilgilərə yiyələniblər. Təşkilatçı və təlimçi Fərman Nəbiyev deyib ki, məqsəd bölgə gənclərinin fəallığını artırmaqdır: “İstəyirik ki, bölgə gəncləri aktiv olsun, fikrlərini rahat ifadə etməyi bacarsın, baş verən hadisələrə laqeyd qalmasınlar.” F.Nəbiyevin sözlərinə görə, dekabrın əvvəllərindən MVA yeni […]

Mingəçevir Valideynlər Assosiasiyası bölgə gənclərini media ilə əməkdaşlığa cəlb etdi

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi 2021-ci ilin dekabr ayı başlayandan “Bölgə gənclərində media ilə əməkdaşlığa maraq yaradılması” layihəsinə start verib. 4 gün davam edən təlimlərdə 15 iştirakçı mövzu seçməyi və xəbər yazmağı, böyük yazıları kiçik statusa çevirməyi öyrənib. Onlar qrup şəklində çalışaraq, mənbələrlə işləməyi, hətta Kür çayının çirklənməsi, təhsil müəssisələrinin mühafizə olunması və həyətlərə məişət […]

Ali hüquq təhsilli və idman cüssəli gənclərə polis orqanlarında iş tapmaq fürsəti yaranıb

Müsabiqədə ali hüquq təhsilli, yaşı 28-dək, idman cüssəli, həqiqi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları (ancaq  oğlanlar) iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabr ayının 27-dən dekabr ayının 27-dək http://mia.gov.az/index.php?/az/concent/29799/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket formalarını şəxsən dolduraraq elektron […]