Browsing category

Cəmiyyət

Mingəçevir gəncləri natiqlik bacarıqlarına yiyələnir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin açılışı və ilk təlimi keçirilib. Açılış zamanı layihə rəhbəri Anar Quliyev iştirakçılara layihə ilə bağlı məlumat verib, gənclərə aktiv olmağı və təlimlərdən maksimum şəkildə faydalanmağı tövsiyə edib. Təlimçi Etiram Sadıqzadə gənclərə natiqlik sənəti, natiqlik sənətinin incəlikləri, karyerada uğur qazanmaqda natiqliyin rolu, nitqin qurulması, jest və mimikalardan […]

Mingəçevirdə “Qarabağnamə” layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi Elşən İsmayılovun layihəsinin açılışı və ilk təlimi baş tutub. Layihə vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən layihə rəhbəri Elşən İsmayılov gənclərə layihə ilə bağlı məlumat […]

Azərbaycanda ilk dəfə “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutub

Bakı Gənclər Mərkəzində, “Dəstəkçi” – Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə ölkədə ilk dəfə  “1-ci Korporativ Sosial Satınalmalar Sərgisi” baş tutub. 1-ci Korporativ Sosial Satınalmalar Sərgisi (KSSS) – Azərbaycanda fəaliyyət göstərən sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təqdim edən mikro,kiçik və orta sahibkarlıq subyektləri ilə onların məhsul və xidmətlərini almağa maraqlı, öz […]

“Create Yourself” layihəsinə start verildi

5 yanvar 2023-cü il tarixində Gənclərin Fərdi Layihələr 13-cü Qrant Müsabiqəsində qalib gələn Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Pənah Kərimovun “Tələbə Təşəbbüsü” istiqaməti üzrə müəllifi olduğu Create Yourshelf  (Özünü Yarat) layihəsinin açılış mərasimi keçirilib. Mərasimdə layihə rəhbəri P. Kərimov Gənclər fondunun 13-cü qrant müsabiqəsinin nəticəsinə əsasən fondun maliyyələşdirdiyi layihənin həyata keçirildiyini […]

Mingəçevirin 13 şəhidi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeninə layiq görülüb

Ölkə başçısının 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən bir qrup şəhid orden və medallarla təltif olunub. Onların arasında Mingəçevirin 13 şəhidinin- Həmidov Mixail Hamletoviç, Əli İlqar oğlu Əhmədov, İslam İlqar oğlu Əhmədov, Emil Zaman oğlu Əmirov, Fuad Şöhrət oğlu Xankişiyev, Ülvi Şahin oğlu Qulamlı, Hüseyn Adil oğlu Abbasəliyev, Tural Əmir oğlu Orucov, Mikayıl Xalıqverdi […]

İcra Hakimiyyəti başçısı yolka ətrafında 2022-ci ilin uğurlarından danışdı

Dekabr ayının 30-da Mingəçevirdə Heydər Əliyev Meydanında yolka ətrafında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumşəhər bayramı keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirə toplaşanlara müraciətlə mingəçevirliləri təbrik edib, şəhid ailələrinə və övladlarına, qazi və veteranlara xoş arzularını çatdırıb. Başçı vurğulayıb ki, başa çatan 2022-ci ildə şəhərdə 51 yaşayış binasının dam örtüyü, […]

“Tükənən ehtiyatsız olan suyun qənaətlə istifadə istiqamətində ictimaiyyətin maarifləndirilməsi” layihəsi həyata keçirilib

Layihə çərçivəsində nəzərdə tutulan təlimlər Mingəçevir şəhərində həyata keçirilib. “İstedadlı və Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan yeniyetmə və gənclərin mövzu istiqamətində bilik və bacarıqlarının artırılması ilə yanaşı cəmiyyətin digər üzvləri üçün faydalı məlumatları ötürə biləcək […]

“Kim deyir ki, bacarmazsan? Bacararsan?” layihəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Kim deyir ki, bacarmazsan? Bacararsan?” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi gənclərə karyera addımlarını düzgün atmaqda kömək etmək və onları psixoloji olaraq hazırlamaq olub. Layihə müddətində gənclər 5 fərqli təlimlərdə iştirak ediblər. “Karyera=Sən”, “Mən necə özüm olum?”, “Şəxsi Brendinq101, “İçindəki sosial […]

“Uşaqlar GÜLərsə” layihəsi uğurla yekunlaşdı.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant müsabiqəsi çərçivəsində qalib olan Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbin müəllimi Zülfiyyə Hüseynovanın “Uşaqlar GÜLərsə” adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi. Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bağlanış mərasimində Qarabağ Regional Təhsil […]

“Region Psixoloqlarının Əsas Həyat Bacarıqları Marafonu”adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant müsabiqəsi çərçivəsində qalib olan Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbin müəllimi Aysel Mahmudovanın “Region Psixoloqlarının Əsas Həyat Bacarıqları Marafonu”adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi. Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi […]