Browsing category

Cəmiyyət

Sənaye parklarında yeni mərhələ

2026-cı ildə ölkənin bir neçə sənaye parkında yeni müəssisələrin açılışı və bir sıra layihələrin təməlqoyma mərasimləri planlaşdırılır. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov məlumat verib. Onun sözlərinə görə, gələn il Sumqayıt, Ağdam, Araz vadisi İqtisadi Zonası, Pirallahı və Hacıqabul sənaye parklarında yeni istehsal sahələri istifadəyə veriləcək, eyni zamanda bəzi layihələrin […]

Əmək qanunvericiliyində mühüm yenilik

Prezident “Əmək Məcəlləsi”nə edilən dəyişiklikləri təsdiqləyib və yeni qaydalara əsasən minimum əmək haqqına ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu yenilik minimum əmək haqqının artırılmasında müntəzəmliyi təmin edəcək və artım mexanizmini qanunla tənzimləyəcək. Deputat bildirib ki, minimum əmək haqqındakı artım təkcə aşağı gəlirli şəxslərə deyil, həm […]

Su çərşənbəsi ilə Novruz ab-havası başlayır

Azərbaycanda Novruz ab-havası artıq hiss olunmağa başlayır. Xalq təqviminə görə, sabah baharın müjdəçisi sayılan dörd çərşənbədən birincisi – Su çərşənbəsi qeyd olunacaq. Xalq arasında bu gün “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə” və “Sular Novruzu” adları ilə də tanınır. Su çərşənbəsi təbiətdə donmuş suların hərəkətə gəlməsini, buzların əriməsini və həyatın yenidən canlanmasını simvolizə edir. İnanclara əsasən, məhz […]

“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi uğurla davam etdirilir

Mingəçevir Dövlət Universitetində “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində intellektual oyun yarışı və İctimai Nəzarət Komissiyasının (İOK) iclası keçirilib Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan, Mingəçevir Dövlət Universiteti (MDU) və Universitetin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrası […]

“Bir şəhid – bir hekayə” sənədli video layihəsinin yekun təqdimatı keçirilib

Hacıqabulda “Bir şəhid – bir hekayə” sənədli video layihəsinin yekun təqdimatı keçirildi 30 yanvar 2026-cı il tarixində Hacıqabul Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş “Bir şəhid – bir hekayə” sənədli video layihəsinin yekun təqdimat mərasimi keçirilib. Layihə rəhbəri Nazilə Abbasova tərəfindən icra olunan sənədli […]

“Şəhidlər ölməz…” layihəsinin təqdimat mərasimi keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Şəhidlər ölməz…” layihəsinin təqdimat mərasimi keçirilib Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş “Şəhidlər ölməz…” adlı layihə çərçivəsində hazırlanmış sənədli filmin təqdimat mərasimi 20 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilib. Tədbirdə şəhid ailələri, universitetin akademik heyəti, tələbələr və dəvətli […]

Su təchizatı ilə bağlı ən çox verilən suallar açıqlandı

Abonentlər su təchizatı ilə bağlı yaranan suallarla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin tabeliyində fəaliyyət göstərən qurumlara mövcud əlaqə kanalları vasitəsilə müraciət edir və qısa müddətdə ətraflı cavab əldə edirlər. Daxil olan müraciətlər arasında vətəndaşları daha çox maraqlandıran və tez-tez səsləndirilən məsələlər də yer alır. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin aktual sualları […]

Əlavə məzuniyyətlə bağlı yeni qaydalar qüvvəyə minir

Əmək şəraiti və iş stajına görə, eləcə də uşaqlı qadınlar və işğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislər üçün əlavə məzuniyyətlə bağlı yeni mexanizm tətbiq ediləcək. Yeniliyə əsasən, bu kateqoriyadan olan şəxslərə istifadə etdikləri əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur. Əmək şəraiti və funksiyanın xüsusiyyətlərinə görə əlavə məzuniyyət hüququ yeraltı işlərdə çalışanlara, zərərli və […]

Azərbaycanda şagirdlərin məktəblərarası daşınmasına vəsait ayrıldı

Azərbaycanda şagirdlərin məktəbə təhlükəsiz daşınması üçün 4 milyon manatlıq vəsait ayrılıb. Elm və Təhsil Nazirliyi bu məqsədlə bir neçə nəqliyyat şirkəti ilə müqavilələr bağlayıb. Müqavilələr Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin ərazisində şagirdlərin məktəblərarası daşınması xidmətlərini əhatə edir. Məlumata görə, “Baku Rent […]

“Gənc Ədiblər Məclisi ilk yubileyini festival ilə qeyd etdi”

Gənc Ədiblər Festivalı – Gənc Ədiblər Məclisinin ilk ildönümünü qeyd etmək məqsədilə keçirilmiş festivaldır. Gənc Ədiblər Məclisi – multidissiplinar gənclər maarifçilik platformasıdır. Cəmiyyətimizin bütöv təbəqələrindən olan uşaqların və gənclərin maariflənməsinə, təhsilə və məşğulluğa cəlb olunmasına imkanlar və fürsətlər yaradan inteqrasiya platformasıdır. Festivalın keçirilməsinə maddi dəstək olanla sırasında Maarif Evinin təsisçisi Emin Abbasov və Moda Kids […]