Browsing category

Cəmiyyət

“Öndərin izi”

“Öndərin izi” layihəsi çərçivəsində Mərkəzi Aran iqtisadi rayonuna daxil olan altı rayon və bir şəhərdə seçim turları keçirilib. Seçim turlarında hər rayon üzrə hər birində 5 nəfər olmaqla komandalar “Nə? Harada? Nə zaman?” formatı üzrə 24 sual ətrafında öz güclərini sınayıblar. Seçim turlarının nəticələrinə müvafiq olaraq, hər rayon üzrə ən yüksək nəticə qazanan bir, Mingəçevir […]

Mingəçevirdə səsverməyə gələnlərin ardı-arası kəsilmirdi

Qarlı və yağışlı qış günlərinin ardınca fevralın 7-də Mingəçevirdə günəşli hava hamını evindən küçəyə çıxmağa çağırırdı. Seçki məntəqələrini gəzdikcə yolboyu və məntəqələrin qarşısında qələbəlik hiss edirdik. İlk baş çəkdiyimiz Energetiklər qəsəbəsindəki Mədəniyyət Mərkəzində yerləşən 54 saylı Mingəçevir seçki dairəsinin 25 saylı məntəqəsinin önünə də onlarla insan toplaşmışdı. Biz onlardan birinə yaxınlaşdıq. Təqaüdçü Məzahir Məhyəddinov dedi […]

Bölgə jurnalistləri ingiliscə danışır və yazır

ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə 2023-cü ilin iyul ayından başlayan “Bölgə mediası üçün yeni nəfəs” (“New breath for the regional media”) layihəsi başa çatıb. Layihəyə Gəncə, Yevlax, Bakı, Ağdaş, Daşkəsən, Bərdə, Mingəçevir, Masallı, Ağsu, Qazax, Xaçmaz və Ağcabədidən   14 yerli media təmsilçisi qoşulub. Onlar 5 ay ərzində iki qrup üzrə həftədə 3 dəfə olmaqla […]

İH yanında İctimai Şura 2023-cü ilin hesabatını verdi

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat,  2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin […]

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2023-cü ildəki fəaliyyəti

23 yanvar 2023-cü ildə Şura üzvləri qarşısında 2022-ci ilin hesabatı verilib. 2023-cü ilin Fəaliyyət Planına uyğun olaraq, fevral ayında əhali ilə 2 görüş keçirilib. Şura üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu […]

Mingəçevirdə 21 işsiz gənc ana usta yanında peşə bacarıqları qazanmağa başlayıb

2024-cü ilin yanvar ayının 7-dən  “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən 21 işsiz gənc ana üçün Usta Yanında Şagird Hazırlığı (UYŞH) proqramına start verilib. Peşələr və ustalar qadınların peşə bacarıqları qazanmaq istədikləri ixtisaslara uyğun olaraq seçilib. Seçilmiş qadınlardan 8 nəfəri stilist-vizalist, 7 nəfəri dərzi, qalanları isə şirniyyat, dırnaqlara qulluq və kompüter istiqamətləri üzrə ustaların […]

IYA.AZ ictimaiyyətə təqdim olundu

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə yeni yaradılan IYA.AZ səhifəsinə ilkin baxış keçirilib. Mingəçevir Media Mərkəzində səhifəni  benefisiarlara,  media və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinə 2024-cü il yanvarın 5-də veb proqramçı Teymur Əzizov təqdim edib. O, deyib ki, bu resurs ilk növbədə təhsil və iş problemlərini həll etməyə çalışan əhalinin həsas təbəqəsinə xidmət üçün yaradılıb:    “Təşəbbüsün benefisiarları […]

Mingəçevirlilər üçün bol əyləncə

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il dekabr ayının 29-da “Xarı Bülbül” şadlıq sarayında baş tutub. Öncə Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 […]

Günel qadın saç ustası kimi yeni həyata başlayır

90-cı illərin əvvəllərində Qarabağ müharibəsi ilə əlaqədar yüz minlərlə insan ev-eşiyini tərk edəndə Günelin ailəsinin yaşadığı Kəlbəcər rayonunun Şaplar kəndi də viran qalır, sahib olduqları ev, bağ, bostan, mal-qara, bir sözlə bütün əmlakları əllərindən çıxır. Ailə 1993-cü ildə beynəlxalq ictimaiyyətin dəstəyi ilə yerli hakimiyyət orqanları tərəfindən Yevlax rayonunda salınmış “EKO” (Fin tipli evlər) köçkün düşərgəsində […]