Browsing category

Cəmiyyət

Layihə təşəbbüsünün benefisiarları Peşə Məktəbində

2023-cü ilin noyabrından “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü həyata keçirilir. Məqsəd Mingəçevir şəhərindəki 3, 11 və 14 saylı məktəblərin aztəminatlı valideynlərinə, xüsusən gənc və işsiz analara  dəstək və bacarıqlar aşılamaqla övladlarının keyfiyyətli təhsil almasına yardım göstərməkdir.  Təşəbbüs çərçivəsində psixoloji, hüquqi və iqtisadi, ardınca peşə təlimlərinə cəlb edilən qadınlar Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində də olublar. […]

Avropa İttifaqı “Startap haradan başlayır?” mövzusunda təlim keçirib

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində biznes ideyasını formalaşdırmış, lakin buna haradan başlamalı olduğunu bilməyənlər üçün “Startap haradan başlayır?” mövzusunda praktiki seminar keçirib. Tədbirin əsas məruzəçiləri – “Saatsrore” brendinin təsisçisi Hüseyn Hümbətov, videobloqqer, “Libraff” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Sərxan Rüstəmov və kommunikasiya məsələləri üzrə ekspert Afət Yaqubova […]

Mingəçevirdə təhsillə bağlı problemlər İctimai Şuranın müzakirəsində

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda  məktəb və bağçalara qazın və suyun limitlə  verilməsi, uşaq bağçalarının əsaslı təmiri və imkansız ailələrin övladlarının ali məktəblərə hazırlığı üçün orta məktəblərdə ödənişsiz kursların yaradılması ilə bağlı məsələlər  müzakirə olunub. Birinci məsələ ilə bağlı Şura üzvü İnqilab Şirinli məlumat verib və bildirib ki, sonuncu […]

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir Niftəliyev Fazil Səbzəli oğlu 18 mart 2024-cü il tarixdə vəfat etmişdir. Fazil Niftəliyev 1937-ci il sentyabr ayının 15-də Ağdaş rayonunun Hüşün kəndində anadan olmuşdur. 1947-1957-ci illərdə Ağdaş rayon Kükəl kənd orta məktəbində təhsil almışdır. 1958-1961-ci illərdə Leninqrad vilayətində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Fazil Niftəliyev hərbi […]

21 işsiz qadın Biznes Planın hazırlanması üçün təlimə cəlb olunub

Mingəçevir Media Mərkəzində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə usta yanında şagird hazırlığı prosesini başa çatdıran 21 qadın üçün Biznes Planın hazırlanması məqsədilə təlim keçirilib. Dövlət qurumu ilə əməkdaşlıq şəraitində baş tutan təlimi KOBİA-nın eksperti Samir Zamanov aparıb. O, biznesin təsviri və maliyyə planının yazılması ilə bağlı hissələrə diqqəti çəkərkən auditoriyadan “Nə üçün siz bu bizneslə […]

KOBİA Mingəçevirdə qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirə aparıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qadın sahibkarlığın inkişafında mövcud imkanlar, çətinliklər və perspektivlər”ə dair görüş təşkil olunub. Görüşdə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pirməmmədov, İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin nümayəndəsi Tural  Nağıyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyev, KOBİA-nın Aran Regional koordinatoru Ayaz Ədilov, […]

BQXK AZƏRBAYCANDA

BQXK, münaqişənin təsirinə məruz qalmış icmaların üzləşdikləri çətinlikləri azaltmaq məqsədilə  1992-ci ildən etibarən regionda fəaliyyət göstərir. 2023-cü il ərzində silahlarla çirklənmə ilə bağlı maarifləndirmə işləri, münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması  istiqamətində aidiyyəti hakimiyyət orqanlarına dəstək, humanitar müdafiə və münaqişənin təsirinə  məruz qalmış icmaların dolanışığına dəstək göstərilməsi kimi fərqli fəaliyyətlər həyata keçirilib.  Müxtəlif […]

“Ətraf mühitin keşiyində”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp” layihəsini həyata keçirir. Məqsəd ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərini və məsuliyyətini artırmaqdır. Layihə çərçivəsində 14-16 fevral 2024- cü ildə Beyləqan, Füzuli və  Tərtər rayonlarında  gənclərn iştirakı ilə ətraf mühit, yaşıl dünya […]

BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar

2024-cü ilin fevral ayının 20-də BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar.  Onlar Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünün icrası vəziyyətini izləyiblər. Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus olan və Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilən təşəbbüs nəticəsində ötən […]