Browsing category

Cəmiyyət

Mingəçevirdə işsiz gənc analara psixologiya dərsləri

2023-cü il dekabr ayının 7-dən 10-dək “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən işsiz gənc analar üçün psixoloji mövzuda təlim keçirilir. 3 və 11 saylı orta məktəblərin valideynləri olan bu qadınlarla görüşün açılışında təlimçi-psixoloq Seymur Səfəralıyevlə birlikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəsi Əlisa Fərəcov da iştirak edib. Ə.Fərəcov deyib: “Bu təlimlərin qadınlara qarşı hər cür zorakılığa son qoyulmasıyla bağlı 16 günlük kampaniya dövrünə təsadüf etməsi təqdirəlayiqdir. Ümid edirəm ki, bu təlimləri başa vurmuş şəxslər həm iqtisadi, həm də hüquqi baxımdan öz ayaqları üstdə durmağı bacaracaq və ətraflarındakı qadınları da buna həvəsləndirəcəklər”.
Təlimdə valideyn-övlad münasibəti, xüsusən uşaq və valideyn arasında münaqişədə valideynin rolu, valideyn öhdəliklərinin hüququ və psixoloji tərəfləri, övlada münasibətdə sərhədlərin müəyyən edilməsi, məhsuldarlığa mane olan əngəlllər və işə başlamaq çətinliyi barədə danışılıb və problemlərdən çıxış yolları göstərilib. Təlimçinin danışığı slaydlarla müşayiət olunub. Gün ərzində bir neçə dəfə qrup işi aparılıb, müzakirələrə geniş yer verilib. Təlimlərin əvvəlində və sonunda iştirakçıların bilikləri qiymətləndirilib.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.

2 məktəbdə işsiz gənc analarla görüş keçirildi

Ötən həftənin sonlarında Mingəçevirdəki 3 və 11 saylı orta məktəblərdə “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə 60-dan artıq valideynlə görüş keçirilib. Onlar məktəb ictimai şuralarının bir həftə davam edən araşdırmalarından sonra işə daha çox ehtiyacı olan analar kimi toplantılara qatılıb. Təşəbbüsün rəhbəri Fərman Nəbiyev 2024-cü ilin iyul ayınadək görüləcək işlərdən danışıb. O, deyib: “Biz sizin məktəbin […]

İşsiz gənc anaların məşğulluğa və təhsilə əlçatanlığı təmin ediləcək

Mingəçevir Media Mərkəzində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünün təqdimatı keçirilib. 20-dək QHT, media və təhsil işçisinin qatıldığı mərasimdə təşəbbüsün rəhbəri Fərman Nəbiyev 2024-cü ilin iyul ayınadək görüləcək işlərdən danışıb. O, deyib: “Biz bir qrup işsiz gənc ananın məşğulluğa və təhsilə əlçatanlığını təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bununla da iqtisadi imkanlara və idarəetmə bilgilərinə yiyələnəcək bu insanlar […]

Texniki Humanitar Liseydə Zəfər yürüşü

8 noyabr 2023-cü ildə Mingəçevir şəhər R. Muradov Texniki Humanitar Liseydə Zəfər yürüşü keçirilib. Mingəçevir şəhidlərinin adları qürurla çəkildikdən sonra ibtidai sinif şagirdlərinin yürüşü baş tutub.  Şagirdlər böyük fəxarətlə tribunanın qarşısından keçiblər. Tədbirin bədii hissəsində şagirdlərin ifasında mahnılar səslənib, kompozisiya nümayiş olunub, xatirə şəkilləri çəkilib. Bədii hissədən sonra Şəhidlərin adlarının siniflərə verilməsi ilə bağlı mərasim […]

Bir aydan çox müddəti əhatə edən “Öz fərqində Ol” layihəsi işini uğurla tamamladı

Layihənin əsas məqsədi Mingəçevir Dövlət Univesitetinin birinci kurs tələbələrinin yumuşaq bacarıqlarının artırılması və özünü tanıma prosesində dəstək göstərməkdir. Bu müddət ərzində həftədə 1 dəfə olmaqla 4 əyani təlim və onlayn mentor görüşləri həyata keçirilib. Peşəkar təlimçi və mentorların dəstəyilə müsahibə əsasında seçilmiş 25 gənclə hərtərəfli çalışıb, onların inkişafına töhvə verməyi qarşıya məqsəd qoyan layihə öz […]

Səyyar Gənclər Paytaxtı Zərdabda

“Gənclər Paytaxtı 2023” çərçivəsində “Səyyar Gənclər Paytaxtı” layihəsi keçirilib. Zərdab Gənclər Evində baş tutan görüş zamanı Mingəçevir Gənclər Evinin əməkdaşları tərəfindən şagirdlər üçün interaktiv təlim proqramı təşkil olunub. Arzu Şərifova  “Günümüzün xəstəliyi: Sosial şəbəkə asılılığı”, Hikmət Qaffarov “Bədən dili”, Eşqin Məmmədov “Nitq bacarıqları”, Samrin xanlayev  “Komanda quruculuğu və Liderlik” barədə danışıblar. Samrin Xanlayev  və Ruziyyə […]

“Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində “Azərbayacan dəyər günləri”

Forum oktyabrın 10-13-də keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində baş tutub. “Azərbaycan dəyər günləri” tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır. Forumda dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Forumun əsas mövzuları sosial sahibkarlıq, sosial […]

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə  İnkişaf və İnnovasiyalar üzrə VII qrant” müsabiqəsinin qalibi olan məktəb layihəsinin açılış mərasimi həyata keçirilib. Layihə rəhbəri İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova tədbir iştirakçılarını salamlayıb. Layihənin mahiyəti haqqında ətraflı məlumat verib. “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” düşərgəsinin 3 gecə 4 gün müddətində, 2023-cü […]

“Şəhidlər ən ali qürur mənbəyimizdir!”

 Ağdaş rayonunda “Şəhidlər ən ali qürur mənbəyimizdir!” mövzusunda rəsm sərgisi və bilik yarışması keçirilib. Ağdaş şəhər Heydər Əliyev parkında keçirilən tədbir Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunub və rayon rəsmilərinin və əhalisinin iştirakı ilə yaddaqalan olub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Azərbaycanın zəngin mədəni, bədii, ədəbi irsindən söz açılıb. Ardınca rəssam Məlahət İsmayılın və […]