Browsing category

Gənclər

Ağdaş gəncləri üçün “Əsas Həyat Bacarıqları” təlimi keçirilib

2 ay ərzində 16 dərsdən ibarət təlim paketində iştirakçılar “Stresin idarə olunması”, “Dinləmə bacarıqları”, “Empatiya”, “Özünüqiymətləndirmə”, “İnamlı ünsiyyət” kimi mövzuları öyrənib, məsuliyyətli olmaq, özünü idarə etmək, diqqətlə dinləmək kimi bacarıqlara yiyələniblər. “Basic Life Skills TOT” sertifikatlı təlimçi, fasilitator Sevinc Məmmədova onlara bu istiqamətlərdə məlumatlar verib, müxtəlif enercayzerdən və innovativ metodlardan istifadə edib. Təlimin sonunda isə […]

8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə Ağdaşdakı könüllülər də iştirak ediblər

Əvvəlcə gənclərimiz rayonumuzun şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə fləşmob edib, şəhidlərimizin adlarını səsləndiriblər. Daha sonra gənclər hərbi yürüş addımları ilə marş ifa edib və bayrağımızı dalğalandırıblar. Həmçinin 9 noyabr tarixində Ağdaş gəncləri, qazilər, şəhid ailələrinin üzvləri, aztəminatlı ailələrin övladları, idmançılar və əməkdaşların II Fəxri Xiyabana və Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Ağdaş rayon […]

Sabirabadda 240 gənc erkən evlilik və şübhəli nikahlara “YOX!” dedi

Azərbaycanda boşanma hallarının sayı çoxalıb. Bu  hal hər qurulan 10 ailədən ikisinin başına gəlir. Bu gün ölkə məhkəmələrində ən çox baxılan işlər sırasında birinci yerdə məhz boşanmalar dayanır. Statistika göstərir ki, son illərdə nikaha girənlərin 20 faizi boşanır. Boşanmaların əksəriyyəti isə tələsib ailə quranlar və tanımadan evlilik xatirinə bu addımları atanlardır. Gəncləri maarifləndirmək üçün Azərbaycan […]

“Gənclər üçün Soft Skills” layihəsindən kimlər faydalandı?

Layihə çərçivəsində Balakən rayonunda və Mingəçevir şəhərində gənclərə ünsiyyət bacarıqları, liderlik və komanda ilə iş, bədən dili, auditoriya qarşısında çıxış, müsahibədə nitq və digər yumşaq bacarıqların öyrədilməsi üçün təlimlər keçilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində və Balakən […]

Mingəçevir gənclərindən daha bir möhtəşəm tamaşa

Bərdə Regional Mədəniyyət İdarəsi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və “İşıqlı Gələcək” GİB-in birgə təşkilatçılığı ilə son iki ay ərzində ərsəyə gələn “Teatr laboratoriyası” layihəsi Mingəçevir Dövlət Dram Teatrının səhnəsində yeni tamaşa ilə başa çatıb. Gənclər Andre Moruanın “Tanatos mehmanxanası” hekayəsinin […]

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə fəaliyyətlər həyata keçirib

İlk öncə mərkəzin əməkdaş və gəncləri Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirəsini sevgi və ehtiramla anıblar! Daha sonra qazilərlə görüşən əməkdaş və gənclər Şəhidlərin Xatirə Muzeyini ziyarət edib. Daha sonra “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və GİKM-in Mingəçevir nümayəndəliyinin gəncləri Azərbaycanın Zəfər tarixini yazan Xüsusi Təyinatlı […]

Fərid Cəfərov Mingəçevir gənclərinin qonağı oldu

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı ilə “Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi çərçivəsində keçirilən görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərə fondun fəaliyyəti, gənclər üçün yaradılan imkanlar, görülən işlər və onları gözləyən yeniliklərlə bağlı məlumat verib. Gənclərin suallarını […]

Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb

“Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi” layihəsi davam edir. Layihənin növbəti qonağı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev olub. Görüş zamanı gənclərin suallarını səmimiyyətlə cavablandıran Vüsal müəllim uğura gedən yolda əldə etdiyi təcrübələrdən danışıb. Gənclər sektoruna gəldiyi illərlə bağlı məlumat verən qonağımız təhsilin əhəmiyyətinə diqqət çəkib. Yaxşı iş, yaxşı karyera […]

Bakıda Avropa Bilik Yarışması baş tutdu

27 iyul 2022-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa Səfirlərinin birgə əməkdaşlığı ilə Avropa Bilik Yarışması keçirilib. “Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” adlı yarışma Avropa Gənclər İlinə həsr olunub. Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı istedadlı gəncləri bir araya gətirən Bilik Yarışması Avropanın tarixi, dəyərləri, mədəniyyəti barədə iştirakçıların biliklərini interaktiv yolla […]

Kənd gəncləri Mingəçevirdə əylənərək öyrənirlər

Gənclər və İdman Nazirliyi Nazirliyinin xətti ilə  bu ilki yay mövsümündə respublikanın 14 bölgəsində gənclər üçün düşərgələrə start verilib.  3 bölgədə- Astara, Yardımlı və Mingəçevirdə düşərgələr artıq fəaliyyətə başlayıb, digərlərində isə növbəti mərələlərdə yaradılacaq. Nazirliyin əməkdaşı Elşən Hüseynovun mətbuata açıqlamasına görə, 2000 gənci əhatə edəcək düşərgələr sentyabr ayının 15-dək davam edəcək. Öyrəndik ki, Mingəçevir Kür […]