Browsing category

Gənclər

Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsi

      “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Ulu Öndər istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən milli mədəniyyətimiz, musiqimiz xüsusi diqqət və qayğı […]

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın şagirdləri “Azərbaycan İES”-ə ekskursiya ediblər

8 may tarixində Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın bir qrup müəllim və şagird heyəti Azərbaycan İstilik Elektrik Stansiyası (İES) Baş İdarəetmə Mərkəzinə ekskursiya ediblər. Gimnaziyanın direktoru Pərvanə Tahirova tərəfindən MI.NEWS.AZ saytına verilən məlumata əsasən eksursiya zamanı Gimnaziyanın bir qrup kollektivi “Azərbaycan İES”-in istehsalat sahəsi, kimya sexi və laboratoriyası ilə yaxından tanış olub, laboratoriya […]

“Gənclər ailə dəyərlərinin keşiyində” layihəsi uğurla həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclər üçün erkən və məcburi evlilik, onun fəsadları, bu halların səbəbləri və ona qarşı mübarizə yollarının öyrədilməsi üçün təlimlər keçilib. “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində yaşayan təxminən 200 nəfərə yaxın […]

Mingəçevir Gənclər Evi Postu:

📍Mingəçevir Gənclər evinin debat klubu fəaliyyətini açıq elan edir. 7-9 may tarixlərində Klubun fəaliyyəti çərçivəsində gənclər debat simulyasiyası, natiqlik üzrə master klass, təqdimat bacarıqları üzrə təlimlərin iştirakçısı olacaqlar. #GənclərDebatda özünü inkişaf etdirəcək və fərqli, maraqlı bir mühitin iştirakçısına çevriləcək 🌟 💼 Debat klubun idarə heyəti fəaliyyətində fərqlənən gənclərdən təşkil ediləcəkdir. 🔗 Üzvlük üçün: https://forms.gle/jt1PdvywcZhyk5Yv8 #GənclərvəİdmanNazirliyi #DVC #MingəçevirGənclərEvi #birkimibirlikdə #AzDebate

Bölgə gəncləri incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlanacaq

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ və İsmayıllı Dövlət Peşə Təhsil məktəblərində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçiriləcək. Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır. Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı […]

“İxtisas Bələdçisi” Ağdaşda

Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı tam orta məktəbdə, eləcə də, Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbdə “İxtisas Bələdçisi” adlı məlumatlandırıcı sessiyalar təşkil olunub.  Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Arzu Xəlilova iştirakçılara ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, gələcəyin ixtisasları, karyera planlaması üçün VİSA, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, təhsil tələbə […]

“Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi  “Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!” layihəsini həyata keçirir. Layihə çərçivəsində  Beyləqan,  Füzuli və  Tərtər rayonlarında  yeniyetmə və  gənclərin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar  keçirilib. Seminarlarda müvafiq rayon  icra hakimiyyətlərinin əməkdaşları iştirak edərək, qonaqları salamlayıb, həyata […]

Ağdaşda “Uğurlu qadının sirri”ndən danışıldı

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi təşkilatçılığı və Ağdaş Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Uğurlu qadının sirri” mövzusunda tədbir keçirilib. Tədbirə nümayəndəliyin təcrübəçiləri və Ağdaşın müxtəlif təşkilat və idarələrdə fəaliyyət göstərən aktiv və uğur qazanmış xanımları dəvət olunub. Əvvəlcə günün tarixi, əhəmiyyəti barədə məlumatlar verilib, videoçarx nümayiş […]

Gənclər Xocalı faciəsinin ağrılarını yaşadılar

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib. Mərkəzin əməkdaş və könüllüləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib, soyqırım qurbanlarının xatirəsini hörmət və ehtiramla anıblar. Daha sonra Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan görüş keçirilib. Görüşdə Gənclərin İnkişaf və Karyera […]

10-cu Youth Speak Forum gəncləri bir araya topladı

18 Fevral 2023-ci ildə Azərbaycan Gənclər Fondunun dəstəyilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 10-cu Youth Speak Forum baş tutub. Youth Speak Forum-un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və  gənclərin baxış çərçivələrini genişləndirməkdir. Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı Youth Speak Forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və […]