11-ci Youth Speak Forum və World’s Largest Lesson layihələri başa çatdı
Azərbaycan Gənclər Fondunun dəstəyi və AIESEC Azərbaycanın təşkilatçılığı ilə 11-ci Youth Speak Forum keçirilib. Forum “Yaşıl Dünya üçün Həmrəylik İli” mövzusunda və COP29 çərçivəsində baş tutub. Məqsəd gəncləri bir araya gətirərək müxtəlif aktual mövzularda müzakirələr aparmaq və onların dünyagörüşünü genişləndirmək idi. Bu barədə AlESEC Azərbaycan təşkilatından lokal komitə üzrə əməkdaşlıq sədri Aysel Qələndərova məlumat verib. […]