KOBİA qadın sahibkarlara maliyyə və startap dəstəyi göstərib
İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 33 qadın sahibkara ümumilikdə 500 min manatdan artıq qrant ayrılıb. Bununla yanaşı, 36 qadın sahibkara “Startap” şəhadətnaməsi təqdim olunub. KOBİA-dan Teleqraf-a verilən məlumata istinadən bildiririk ki, təsisçiləri qadın olan və investisiya təşviqi sənədi əldə etmiş 69 sahibkarlıq subyekti 2016-cı ildən bu günə qədər 82 layihə həyata […]